Conference committees conference chairs c



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə6/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   2   3   4   5   6   7   8   9   ...   189

AZƏRBAYCAN DİLİ  

 

 

TOFİQ HACIYEVİN ELMİ YARADICILIĞINDA MİLLİ ABİDƏMİZ 

“DƏDƏ-QORQUDKİTABI”NINDİLİ 

 

Vüsalə AĞAYEVA 

Azərbaycan Dillər Universiteti 



agayeva144@gmail.com 

AZƏRBAYCAN 

 

Azərbaycan  xalqının  milli-mənəvi  abidəsi  olan  “Dədə  Qorqud  kitabı”  Şərq  və  Qərb  alimləri 



(H.Dits, T.Neldeks, V.V.Bartold, Kilisli Rüfət, Orxan Şaiq) tərəfindən tədqiq olunaraq bu günümüzə 

kimi gəlib çatıb. Azərbaycanda anti-türk, şəxsiyyətə pərəstiş dövrünün sona çatması nəticəsində “Dədə 

Qorqud kitabı” H.Araslı, Ə.Dəmirçizadə, Ə.Soltanlı tərəfindən tədqiqata cəlb olunub.  

“Dədə  Qorqud  kitabı”nı  oğuz  və  qıpçaq  dil  ünsürləri  ilə  qaynayıb-qarışdıqdan  sonra  təşəkkül 

tapmış ümumxalq Azərbaycan dilində yaranmış ən yaxşı ilk abidə sayan Ə.Dəmirçizadə oğuznamənin 

dil-üslub xüsusiyyətlərini tədqiq etsə də, müasir dövrümüzdə dastandakı dil faktlarının fonetik, leksik, 

qrammatik  xüsusiyyətləri  görkəmli  türkoloq,  dilşünas-alim  Tofiq  Hacıyev  tərəfindən  geniş  şəkildə 

tədqiq olunub.  

Akademik “Dədə Qorqud kitabı”nın dil-üslub xüsusiyyətlərini ehtiva edən bir neçə monoqrafiya 

və  məqalə  müəllifidir.    Alimin  yeddi  fəsildən  ibarət  olan  “Dilimiz  və  düşüncəmiz:  Dədə  Qorqud 

kitabı”  dastanın  tədqiq  tarixinə,  dil-üslub  xüsusiyyətlərinə  həsr  olunub.  Bəhs  olunan  kitabda  Tofiq 

Hacıyevin  dastanın adı  ilə bağlı  şərhləri  xüsusi  maraq  doğurur.  Belə  ki,  H.  Ditsin  tədqiq  etdiyi XV 

əsrdə yazıya alınmış “Dədə Qorqud kitabı”əlyazmasının üzərində dastanın adı bu cür yazılıb: “Kitabi-

Dədəm Qorqud əla lisani-taifeyi-oğuzan”, yəni “Dədə Qorqud kitabı”. Həmişə Azərbaycan dilçiliyinin 

müdafiəçisi kimi çıxış edən alim T. Hacıyev, haqlı olaraq, bu dastanla bağlı yazılarında dastanın adını 

farsca (“Kitabi-Dədə Qorqud”) qeyd etmir, ana dilimizin quruluşuna uyğun “Dədə Qorqud kitabı” adı 

kimi  qeyd  edir.  Bu  tipli  sözlərlə  bağlı  alimin  başqa  bir  fikri  də  maraqlıdır,  belə  ki,  alimin  fikrincə, 

“bayatı-şiraz” deyil, “şiraz bayatısı” deyilsə, daha yaxşı olar, milli dilimizi qorumuş olarıq. 

Tofiq Hacıyev  Mete, Atilla, Əmir Teymur, Osmanlı imperatorluqları, Orxon-Yenisey daş kitabı, 

M.Kaşqarinin”Divan”ı  kimi  türkün  möcüzəsi  olan  “Dədə  Qorqud  kitabı”nın  dilindən  bəhs  edərkən 

oğuznaməni üç əlamətinə görə səciyyələndirir: 

Qəhrəmanlıq  dastanlarına  səciyyəvi  olan  salnaməçilik  prinsipi  dastanda  da  elmi  və  tarixiliyi  ilə 

təzahür olunur. Məhz bu xüsusiyyətinə görə obrazları real, tarixi şəxsiyyətlərlə əlaqələndirirlər. 

Alim  dastanın  oğuznamələrlə  yanaşı,  ümumən,  bədii  əsərlər  içərisində  əvəzsiz  qəhrəmannamə 

olduğunu vurğulayır. 

Əsərin  Azərbaycan  ədəbiyyatına  məxsus  olduğunu  qeyd  edən  T.  Hacıyev  bu  yazılı  eposu 

ümumtürk ədəbiyyatına aid olduğunu real faktlarla bir daha sübut edir. 

“Dədə Qorqud kitabı”nda əks olunan boyların dili XV-XVI əsrlərin prizmasında necə əks olundu, 

qədimiliyini  necə  qoruyub  saxlaya  bildi  ?  ” sualını T.Hacıyev  belə  cavablandırır:  “Əlbəttə, XV-XVI 

əsrlərin qoyduğu izləri inkar etmək olmaz, ancaq küll halında yarandığı dövrün əlamətləri qalır. Abidə 

XV-XVI  əsrlərdə  birbaşa  aşıq-ozan  dilindən  yazıya  köçürülə  bilərdi.  Epitetlərin,  təsvirlərin, 

məlumatların  şifahi-aşıq  dilinə  məxsus  şəkildə  yayvari  təkrarı  belə  bir  gümana  əsasdır.  ...Kitabdakı 

şeirlər, ümumiyyətlə, əruz “hücumundan” əvvəl yaranmışdır: şeirlər prosesdə deyil, donuq haldadır”. 

Alim “Kitabi Dədə Qorqud” kitabının girişində yazır: “Kitabın dili nə qədər günümüzlə səsləşsə 

də,  onda  məlum  yazılı  dil  nümunələrimizdə  rast  gəlmədiyimiz  xüsusiyyətlər  də  müşahidə  olunur. 

Məsələn,  “utanmaq”  feilinin  kökü  olan  “ut”-hissəsi  müstəqil  söz  kimi  ancaq  burada  işlənir:  ut+suz 

(utanmaz)”. (“Kitabi-Dədə Qorqud”,2004, səh.15) Müəllif oğuznamənin dilindəki köhnəlmiş sözlərin 

tədqiqinə  də  biganə  yanaşmır.  Alimə  görə,  arxaik  sözlərin  təşəkkül,  yaranma  dövrü  ədəbi  dilimizin 

başqa  abidələrində  də  öz  əksini  tapır,  işlənmə  dairəsinə  görə  genişdir.  O,  dastanın  dilində  işlənmə 

funksiyasına  görə  fəal  olub,  lakin  zaman  keçdikcə  işlənmə  çevikliyini  itirərək  arxaikləşən  milli 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

805



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

leksikonun  Nəsimi,  Xətai,  Füzuli  dilində  də  eyni  işləkliyə  malik  olaraq  Azərbaycan  dili 

leksikologiyasının  inkişafı-tərəqqisi  ilə  sıx  bağlı  olduğunu  qeyd  edir.  Məsələn,  keyik,  soy,  damu, 

bəbək (bala), kendu, şol, dünlə, ilətmək, əsən və s. kimi “Dədə Qorqud” dilinə xas olan sözlər XVII 

əsrə qədərki Azərbaycan ədəbi dili üçün də xarakterik olduğunu qeyd edir. 

Dastanın  dilindən  bəhs  edərkən  akademik  feil  səmtində  işlənən  təqlidlərdən  də  geniş  söz  açır. 

Onun fikrincə, feil səmtində işlənən təqlidlər (zarımaq- zar-zar zarımaq və s.) abstraksiya nəticəsində 

qrammatikləşir,  feildən  ayrılaraq  tərz-hərəkət  zərfinə  çevrilir.  Alimə  görə,  “dilçilikdə  daxili  obyektli 

feil  adlanan  formanın  Azərbaycan  dilində  məhz  bu  motivdə,  təqlidlə  təqlidi  feilin  analogiyası  üzrə 

meydana çıxır və abstraksiya mərhələsində feil öz obyektindən təcrid olunur, məsələn, iş işləmək- hər 

nə iş olsa, Qorqud Ataya danışmayınca işləməzlərdi. Ünsü ünütmək- Dədənin ünsü ünütdü və s.”. 

Tofiq  Hacıyev  “Dədə  Qorqud  kitabı”nda  dil  faktlarının  paralelliyini  də  müşahidə  edir.  “Eyni 

məfhumun verilməsi üçün müxtəlif mənşəli leksik vahidlərdən, yaxud sözlər arasında eyni tipli əlaqə 

üçün  müxtəlif  morfoloji  göstəricilərdən  istifadə  olunur.  ...Müəyyən  leksik  vahidin,  morfemin  və  ya 

fonetik  təzahürünün  seçilməsində,  hansına  üstünlük  verilməsində  ixtiyarilik  yoxdur,  formalaşmış 

münasibət  müəyyənləşmir.  ...Abidənin  həcminə,  böyük  söz  tutumuna  uyğun  olaraq  bu  paralellikdə-

qarışıqlıqda  xüsusi  rəngarənglik  görünür”  –deyən  müəllif  “Sağ-əsən  varıb  gələsən.  Dünya-aləm 

gözünə  qaranqu  oldu.  Tanrı-Təala  bizə  bir  yetman  oğul  verməz”  cümlələrini  leksik,  “I  şəxsin  təkini 

bildirmək  üçün  həm  ayın,  həm  də  ayım”  dil  faktını  morfoloji  paralelizmə,  “uca-yuca,  yiyə-iyə” 

sözlərini  fonetik,  “kiçi-kiçik,  söyləməgim-söyləməğim”  tipli  sözlərini  isə  fono-morfoloji  paralelizmə 

aid edir. 

Ömrünün  çox  hissəsini  dilçilik  elminə  həsr  edən  görkəmli  alimimiz  Tofiq  Hacıyevin  “Dədə 

Qorqud  kitabı”nın  dili  ilə  bağlı  araşdırmaları  hər  zaman  aktualdır.  Əbəs  yerə,  T.Hacıyevə  dilçilik 

sahəsində əvəzsiz xidmətlərinə görə Azərbaycan dilçilik elminin “Dədə Qorqudu” demirlər. 



 

 

 

AZƏRBAYCAN DİLİNDƏ İSMİN MÜXTƏLİF HALLARINDA 

İŞLƏNƏN   QOŞMALAR 

 

Aytən ƏHMƏDOVA 

Gəncə Dövlət Universiteti 



83-aytan@mail.ru 

AZƏRBAYCAN 



 

Azərbaycan  dilçiliyində  qoşmanın  hansı  hallarla  işlənməsi  ilə  bağlı  mübahisə  vardır.  Bu 

mübahisə  qoşmanın  adlıq  halla  işlənib-işlənməməsi  ilə  bağlıdır.  Məlumdur  ki,  bəzi  qoşmalar  şəxs 

əvəzliyinə qoşulduqda əvəzlik yiyəlik hal şəkilçisi ilə işlənir, lakin isim və substantivləşmiş digər nitq 

hissələrinə  qoşulduqda  həmin  söz  hal  şəkilçisiz  olur.  Buraya  “kimi,  qədər,  tək,  üçün,  ilə,  haqqında” 

qoşmaları daxildir. Məsələn: insan kimi, insan qədər, insan tək, insan üçün, insan ilə, insan haqqında, 

sənin  kimi,  sənin  qədər,  sənin  tək,  sənin  üçün,  səninlə,  sənin  haqqında.  Qeyd  edək  ki,  uzun  zaman 

dilçiliyimizdə bu forma adlıq hal kimi təqdim olunmuşdur .  

Qoşma  haqqında  ilk  geniş  məqalənin  müəllifi  olan  S.Cəfərov  bu  məsələyə  toxunaraq,  həmin 

qoşmaların birləşdiyi sözlərin adlıq halda deyil, qeyri-müəyyən yiyəlik halda olduğu fikrini irəli sürdü 

. Qeyd edək ki, sonrakı əksər əsərlərdə həmin sözlər qeyri-müəyyən yiyəlik hal kimi öyrənilir. Hətta 

əvvəllər  M.Hüseynzadə  adlıq  hal  kimi  göstərdiyi  formanı  dərsliyin  sonrakı  illərdə  olan  nəşrlərində 

qeyri-müəyyən yiyəlik hal kimi vermişdir.  

Bizə  belə  gəlir  ki,  qeyd  edilən  qoşmalar  qeyri-müəyyən  yiyəlik  halla  deyil,  adlıq  halla  işlənir. 

Düzdür,  şəxs  əvəzliklərinin  qeyri-müəyyən  yiyəlik  hala  düşməsi  mümkün  deyil  və  bu  baxımdan 

fikirləşmək  olardı  ki,  məhz  bu  baxımdan  əvəzliklər  müəyyən  yiyəlik  halda,  digər  sözlər  qeyri-

müəyyən  yiyəlik  hal  formasındadır.  Lakin  qoşmalara  diqqət  yetirilsə,  görərik  ki,  onların 

potensiyasında  yiyəlik-mənsubluq  məzmunu  yoxdur.  Fikrimizcə,  şəxs  əvəzliklərində  olan  müvafiq 

şəkilçilər yiyəlik yox, qədim alət halının qalığı hesab edilməlidir. Müasir danışıq dilində bəzən şəxs 

əvəzliyinin də adlıq hal formasında işləndiyini müşahidə edirik: mən ilə, sən kimi, mən qədər və s.  



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

806



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Onu  da  qeyd  edək  ki,  isimlərlə  adlıq  halda  işlənən  və  qoşmalaşan  mənsubiyyət  şəkilçili  sözlər 

çox  zaman  hər  iki  forma,  yəni  müəyyən  və  qeyri-müəyyən  yiyəlik  halla  işlənir.  Məsələn:  Məmməd 

haqqında—Məmmədin  haqqında,  Məmməd  barəsində--Məmmədin  barəsində,  Məmməd  sayəsində--

Məmmədin sayəsində və s. Bunların hər ikisində birinci komponent yiyəlik hal kimi qəbul edilməlidir. 

Məlum  olduğu  kimi,  qoşma  ismin  müəyyən  halında  olan  sözə  qoşulur,  lakin  bəzən  elə  halla 

rastlaşmaq  olur  ki,  qoşma  özü  hal  şəkilçisi  ilə  işlənir.  Bu  cəhətdən  “tərəf”  qoşması  diqqəti  çəkir. 

İstiqamət məzmunlu bu qoşma həm də yönlük halda olan sözə qoşulur. Məsələn: Kəndə tərəf gedən 



yolun  üstündə  köhnə  bir  dəyirman  var  idi(İ.Məlikzadə).  Bəzi  hallarda,  xüsusən  də  danışıq  dilində 

yönlük halın şəkilçisini isim yox, məhz qoşma qəbul edir: Kənd tərəfə gedən yolun üstündə köhnə bir 



dəyirman var idi.  

Qeyd edək ki, qoşmanın qəbul etdiyi həmin hal şəkilçisi ismə aid deyil. Bunu onunla sübut etmək 

olar ki, bu mövqeyində qoşma istənilən halın şəkilçisi ilə işlənə bilir: ev tərəfi, ev tərəfdə, ev tərəfdən 

və  s.  Misallardan  da  göründüyü  kimi,  bu  məqamda  qoşma  istər  yönlük  hal,  istərsə  də  digər  halların 

şəkilçisini  qəbul  edərkən  isim  yönlük  hal  şəkilçisi ilə  işlənmir  və  bu  mümkün  də  deyil.  Fikrimizcə, 

bunun səbəbi “tərəf” sözünün potensial leksik mənaya malik olmasıdır.  

Bu cür hal şəkilçisi ilə işlənə bilmə əsas etibarilə başqa nitq hissələri ilə omonimlik təşkil edən 

qoşmalara aiddir, buna baxmayaraq, bəzən xalis qoşmalarda bunu müşahidə etmək mümkündür. Bunu 

da  demək  yerinə  düşər  ki,  Yapon  dilində  qoşmalı  ifadələrdə tərəflərin  hər  ikisi  hal  şəkilçisi ilə  olur; 

daha doğrusu, isim yiyəlik halda, qoşma isə müxtəlif hal formalarını qəbul edir .Müasir danışıq dilində 

olan  bir  hal  “Əsrarnamə”də  də  diqqəti  çəkir.  Belə  ki,  burada  “sarı”  qoşması  da  “tərəf”  qoşmasında 

müşahidə  etdiyimiz  xüsusiyyətə  malikdir,  yəni  birinci  komponent  yox,  məhz  qoşma  yönlük  hal 

şəkilçisi  ilə  işlənir:  Ol  yaradan  saruyə  seyr  edəvüz  .Qeyd  edək  ki,  tədqiqatçıların  fikrincə,  “saru” 

qoşmasının bu xüsusiyyəti XVIII əsrə qədər davam etmişdir. 

Müasir  dilimizdə  hər  bir  qoşmanın  ismin  konkret  olaraq  bu  və  ya  digər  halı  ilə  işlənməsi  artıq 

müəyyənləşdirilmişdir.  Bunun  səbəbi  müvafiq  qoşmaların  təcrid  olunduğu  sözlərin  tarixi  leksik-

qrammatik  xüsusiyyətləri  ilə  bağlıdır.  Məsələn,  “doğru”  qoşmasının  özü  tarixən  istiqamət,  yönəlmə 

məzmununa malik olduğundan özü də məhz yönlük halda olan sözlərlə işlənir. Yaxud “əvvəl, qabaq, 

sonra” sözlərinin daxili məzmununda məkan və ya zamanın çıxış nöqtəsini ifadə edən məna vardır, elə 

buna görə də həmin qoşmalar məhz çıxışlıq halda olan sözlərlə işlənir. Bu şəkildə digər qoşmaların da 

halla işlənmə qanunauyğunluqlarını izah etmək mümkündür. 

Bəzi  qoşmalar  bir  deyil,  ayrı-ayrılıqda  müxtəlif  hallarla  işlənib  müvafiq  olaraq,  ayrı-ayrı  məna 

çalarları  yaradır.  Məsələn,  “kimi,  qədər”  qoşmaları  adlıq  və  yiyəlik  hallara  qoşularkən  müqayisə-

bənzətmə,  yönlük  hala  qoşularkən  məsafə  məna  çalarını  formalaşdırır:  Sərvər  kimi—Sərvər  qədər—



sənin kimi—sənin qədər; şəhərə kimi—şəhərə qədər—səhərə kimi—səhərə qədər. Bu qoşmaların da iki 

halla işlənib müxtəlif çalarlar yarada bilməsi onların tarixən iki məna ifadə etməsi ilə bağlıdır. Belə ki, 

M.Kaşğarinin  ”Divanu  Luğət-it-Türk”  əsərində  “kibi”  sözünün  iki  mənası  verilir:  1.qab;  2.oxşar. 

Birinci  məna  məsafə,  ikinci  məna  isə  müqayisə-bənzətmə  çalarını  yaratmışdır.  Bu  şəkildə  digər 

qoşmaları da izah etmək mümkündür. 

Eyni fikri “sarı” qoşması haqqında da söyləmək olar. Bu qoşma ismin yönlük halı ilə işlənərək 

istiqamət  çaları  yaradır, lakin  xüsusən  danışıq  dilində  bu  qoşma  çıxışlıq  halla işlənərək,  səbəb  çaları 

yaradır.  Burada  da  qoşmanın  birləşdiyi  söz  yox,  qoşmanın  özü  çıxışlıq  hal  şəkilçisi  ilə  işlənə  bilir: 



Mən Bakı sarıdan çox darıxmışam(İ.Əfəndiyev). 

Bununla  yanaşı,  istər  tarixi  əsərlərin  dilində,  istərsə  də  müasir  dialektlərdə  bəzi  qoşmaların 

müəyyənləşmiş  halla  deyil,  başqa  halla  işlənməsi  faktları  ilə  də  qarşılaşırıq.  XV  əsr  abidəsi  olan 

“Əsrarnamə”nin dilini tədqiq edən Ş.Xəlilov göstərir ki, müasir dilimizdən fərqli olaraq, adı çəkilən 

abidənin dilində “sonra qoşması daha çox adlıq halla işlənir. Məsələn: Həqq saru döndin. Qeyd edək 

ki,  müəllif  özü  də  bu  abidənin  daha  çox  danışıq  dili  xüsusiyyətlərini  özündə  əks  etdirdiyini  yazır: 

“Abidənin dəyəri hər şeydən əvvəl ondadır ki, o (“Əsrarnamə”) klassik ənənələrlə ümumxalq danışıq 

dili  xüsusiyyətlərinin  vəhdətindən  doğmuşdur.  İkinci  xüsusiyyət  isə  öz  çəkisi  etibarilə  daha  ağır 

gəlir”.Deməli,  adlıq  halla  işlənmə  özü  də  danışıq  dili  xüsusiyyətidir  ki,  həmin  vəziyyət  bu  gün  də 

özünü göstərməkdədir. 



 

 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

807



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

XV ƏSR AZƏRBAYCAN ƏDƏBİ DİLİ VƏ XƏLQİLİK 

 

Aynur QƏDİMALIYEVA 

Azərbaycan Dövlət İqtisad Universiteti 



aynur_familqizi@rambler.ru 

AZƏRBAYCAN 



 

Ədəbi  dilimizin  inkişaf  tarixində  xəlqilik  anlayışı  klassiklərimizin  doğma  ana  dilini  sevərək 

əsərlərində  xalqın  ruhu  ilə  xalqın  dilini  bir  araya  gətirmək,  vəhdətdə  götürməkdir.  B.Vahabzadənin 

təbirincə  desək,  “Xəlqilik  yalnız  sadə  yazmaqdan,  xalqın  yaratdığı  folklor  xəzinəsindən  istifadə 

etməkdən  ibarət  deyildir”  (4,  75).  Sənətkar  xalqın  dilinə,  ruhuna,  yaradıcılığına  söykəndikdə  xalqın 

qəlbinə girmək üçün daha asan yol tapır və dillər əzbəri olur. Hətta xalq onun yazdıqlarını göz bəbəyi 

kimi  qoruyaraq  nəsillərdən-nəsillərə  ötürərür,  xalqın  malına,  sərvətinə  çevrilməsinə  zəmin  yaradırdı. 

Yaşadığı  dövrdən,  çətinliklərdən  asılı  olmayaraq  hansı  sənətkarlar  bütün  varlığı  ilə  mənsub  olduğu 

xalqın  dilinə  və  ruhuna  bağlıdırsa,  onlar  sənətin  bütün  zirvələrini  fəth  edərək  minilliklər  keçsə  də, 

xalqın  qəlbində  yaşayırlar.  İstər  ədəbiyyat  tariximizdə,  istərsə  də  ədəbi  dil  tariximizdə  bütün 

klassiklərimizin, söz ustadlarımızın yaradıcılıq yolu bu ana xətt üzrə inkişaf etmişdir. O cümlədən, XV 

əsrdə  yazıb  yaratmış  sənətkarlarımızın  da  yaradıcılıq  yoluna  nəzər  salsaq,  eyni  mənzərənin  şahidi 

olarıq.  

XV  yüzilliyin  əvvələrindən  başlayaraq  ana  dilimizin  inkişafında,  onun  saflığının  qorunub 

saxlanılmasında,  lüğət  tərkibinin  zənginləşməsində,  ədəbi-bədii  dilimizin  yüksək  mövqeyə 

qalxmasında həmin dövrün klassiklərinin rolu böyükdür. Belə ki, Əfsəhəddin Hidayət, Kişvəri, Xətai 

Təbrizi, Rövşəni, Gülşəni, Şirazi, Həqiqi, Həbibi və digər ədiblərimiz əsasən ana dilimizdə yazmaqla 

Azərbaycan ədəbi dilinin inkişafında zəngin, keyfiyyətli bir mərhələnin yaranmasına xidmət etmişlər. 

Sadə, aydın, mənası hamı tərəfindən başa düşülən canlı dil faktlarından istifadə edilərək dövrün dilini 

daha  da  xəlqiləşdirmişlər.    Xalqın  danışıq  dilində,  həyat  tərzində  geniş  istifadə  olunan  leksik 

vahidlərin  ədəbi  dildə  ustalıqla  işlədilməsi,  əsl  Azərbaycan  sözlərinin  aparıcı  olması  bir  daha  onu 

təsdiqləyir  ki,  sənətkarlar  doğma  ana  dilinin  söz  xəzinəsinə  dərindən  bələd  olmuş  və  daima 

faydalanmışlar. 

XV  əsr  ədəbi  dilimiz  başqa  bir  səciyyəvi  cəhəti  ilə  diqqəti  cəlb  edir.  Bu  dövrdə  Qazi 

Bürhanəddindən  gələn  ənənəyə  əsasən,  qüdrətli  söz  ustaları  ilə  yanaşı,  şahların,  sultanların  da  öz 

doğma ana dilində gözəl əsərlər yaratmaları, xalq dili ilə xalq ruhunu vəhdətdə götürmələri dövr üçün 

xəlqilik  prinsipini  daha  da  dərinləşdirirdi.  T.Hacıyevin  fikrincə,  bu  işin  faydası  yalnız  o  deyil  ki, 

dövlət  başçısı  bədii  yaradıcılıqla  məşğul  olduğundan  onda  humanist  meyillər  yaranır,  müəyyən 

dərəcəyə qədər demokratizm aşkar olur. İşin başqa tərəfləri də var: 

ana dilində yazan sənətkarlar himayə olunurlar; 

hökümdarın  ana  dilində  yazdığını  görən  şairlər  Azərbaycan  dilində  yazmağa  xüsusi  cəhd 

göstərirlər.  

Belə  bir  imkan  Azərbaycan  dili  poeziyasının  auditoriyasını  böyüdür.  Azərbaycan  dili  əvvəllər 

saraya pəncərədən-bacadan süzülürdüsə, indi isə geniş qapıdan daxil olur (2, 238). XV əsrdə belə bir 

tarixi hadisə Qaraqoyunlu hakimi Mirzə Cahan şahın adı ilə bağlıdır. O, “Həqiqi” təxəllüsü ilə şeirlər 

yazmış, Azərbaycan dilində “Divan” yaratmış və üslubuna görə Nəsimi ənənəsini davam etdirmişdir. 

XV əsr ədəbi-bədii dilimizin sadəliyi, doğmalığı, kövrəkliyi daha çox diqqəti çəkərək,  özündən 

əvvəlki və sonrakı dövrlərdən seçilir. H.Araslı yazır: “Çox maraqlıdır ki, XV əsr şairlərinin dilindəki 

sadəlik XVI əsr sənətkarlarından fərqlənir” (1, s.314). Şübhəsiz ki, bunun səbəbi XV əsr Azərbaycan 

ədəbi  dilinin  yad  ünsürlərdən  xilas  olaraq,  ümumxalq  dilinə  arxalanması  və  öz  kökünə 

bağlanmasından  irəli  gəlirdi.  Həmin  dövrə  qədər  danışıq  dilində  mövcud  olub,  ancaq  məlum 

səbəblərdən  yazıda  əksini  tapmayan  qrammatik  göstəricilərin,  ifadə  vasitələrinin  yazı  dilinə  keçməsi 

ədəbi dilin canlı danışıq dili əsasında inkişafına təkan verirdi. 

Məqsədimiz  XV  əsr  yazılı  abidələrimizdə  geniş  şəkildə  işlədilən,  eyni  zamanda  xalq 

yaradıcılığından, xalq ruhundan süzülüb gələn dil faktlarını abidələrdən seçib bir araya getirməklə xalq 

düşüncəsini, mənəviyyatını əxz etmək və minilliklərdən süzülüb gələn dilimizin sadəliyini, gözəlliyini 

vurğulamaqdır.  


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

808



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

XV əsr Azərbaycan ədəbi dilinin lüğət tərkibində rast gəlinən qədim türk mənşəli sözlərin geniş 

işləkliyi, zənginliyi müşahidə olunur: ağmaq – qalxmaq, alu – axmaq, dəli, aymaq – söyləmək, çizgin-

mək – dönmək, çələb – Tanrı, dərilmək – yığılmaq, dün – gecə, dəvləngəc – sarıköynək, ergürmək – 

çatdırmaq, əsən – sağ-salamat,  əkşi – turş,əsrük – sərxoş, ətmək – çörək, küpə - sırğa, sağış – hesab, 

sayru – xəstə, onarmaq – sağalmaq, pürlənmək – tumurcuqlanmaq,  tutuq – pərdə, tütün – tüstü, ülü – 

pay, us – ağıl, uvaq – balaca, uçmağ – cənnət, tamu – cəhənnəm, yancuq – pul qabı, yavuz – qəddar, 

yasağ – qanun və s. Bu leksik vahidlərin bir qismi zaman keçdikcə dilimizdən arxaikləşərək izsiz yox 

olmuş, digər qismi müasir ədəbi dildən çıxaraq dialekt və şivələrimizdə işləkliyini qorumuşlar.   

Fikri  yığcam  şəkildə,  sadə  dillə  çatdırmaq,  atalar  sözlərinə,  aforizmlərə,  xalq  deyimlərinə 

üstünlük  vermək,  cinaslardan  məharətlə  istifadə  etmək  o  dövr  şairlərinin  yaradıcılığının  xəlqiliyini, 

təbiiliyini daha da artırırdı. Kişvəri “Divan”ından seçilən nümunələrə nəzər salaq: 

Xəlq der ki, ol vəfasuzdur bir özgə yar dut, 

Ağrımaz barmağa əski sarə bilmən, neyləyim (3,63) 

Mən kim, ərirəm yüzüni görgəc nə əcəbdür, 



Kim gördi ki,bir yerdə ola atəş ilə mum (3, 56) 

Şami-hicrin sonrəsi sübhi-vüsal irür, bəli, 



Hər enişə bir yoxuşdur, bir yoxuşə bir eniş (3,32) və s. 

Yuxarıdakı nümunələrdə verilən “Ağrımaz barmağa əski sarə bilmən”, “Kim gördi ki,bir yerdə 



ola  atəş  ilə  mum”,  “Hər  enişə  bir  yoxuşdur,  bir  yoxuşə  bir  eniş”  atalar  sözləri  bu  gün  də  müasir 

Azərbaycan  dilində  azacıq  fonetik  dəyişikliyə  uğrasa  da,  işləkliyini  qoruyub  saxlamışdır.  Kişvəri 

yaradıcılığını izləyərkən belə nəsihətamiz atalar sözlərinə, məsəllərə tez-tez rast gəlinir. Bu da şairin 

dilinin canlı danışıq dili əsasında formalaşdığını bir daha vurğulayır. 

Bu baxımdan, XV əsr Azərbaycan ədəbi dilinin leksik tərkibini araşdırarkən ümumxalq dilinə xas 

olan sadəliyi, doğmalığı, ahəngdarlığı görmək mümkündür. Abidələrdə rast gəlinən lüğət vahidlərinin 

əksəriyyəti  müasir  ədəbi  dilimizdə  işlənsə  də,  sonrakı  inkişaf  mərhələlərində  bir  qismi  tamamilə 

istifadədən qalmış, digər qrupu isə dialekt və şivələrimizdə qorunmuşdur. XV əsr ədəbi-bədi dilimizdə  

xalq ifadələrinin, deyimlərin leksik tərkibi də dil baxımdan maraq doğurur. 

 

 

FEİLLƏRİN SUBSTANTİVLƏŞMƏSİ 

 

Mehriban MAHMUDOVA 

ADPU 



mahmudova.mehriban@list.ru 

AZƏRBAYCAN 

 

Feillərin  substantivləşməsi  prosesi  sifət  və  saylarda  olduğu  qədər  intensiv  olmasa  da,  yenə 



Azərbaycan dili üçün xarakterik bir hadisədir. 

Dünya dillərinin hər birində feil özünəməxsusluğu zənginliyi ilə digər söz qruplarından fərqlənir. 

Belə  fərqli  cəhətlərindən  biri  də  feillərin  substantivləşməsi  məsləsidir.  Məlumdur  ki,  feillər  növ, 

inkarlıq, təsirlik, tərz, təsriflənmə kimi kateqoriyalara malikdir. Həmin kateqoriyalar substantivləşmə 

prosesində  mühüm  rol  oynamır.  əksinə,  bu  zaman  öz  təsir  qüvvəsini  mühafizə  edir.  Substantivləşmə 

feillərdə feillik xüsusiyyəti bu kateqoriyalar əsasında daha da qüvvətlənir, saxlanılır. 

C.  Cəfərovun  da  qeyd  etdiyi  kimi  feilin  təsriflənən,  həm  də  təsriflənməyən  formaları 

substantivləşməyə  məruz  qala  bilir.  Lakin  təsriflənən  formalara  nisbətən  təsriflənməyən  formalar 

substantivləşməyə daha çox meyyllidir. 

İlk  növbədə,  feili  sifətlərdə  sifətə  məxsus  cəhətlər  də  özünü  göstərdiyi  üçün  sifətlərdəki 

substantivləşmə xüsusiyyəti də bu sözlərdə özünü daha çox göstərir. Bütün sifətlər kimi çox asanlıqla 

isimlərşir  və  cümlənin  müxtəlif  üzvləri  olur.  Eyni  qayda  ilə  feili  sifətlər  hərəkətlə  bağlı  əlaməti 

bildirdiyi və yanaşma əlaqəsində olduğu sözü (ismi) itirərkən, təyin olmaq xüsusiyyətini də itirir, aid 

olduğu sözün əlamətlərini daşımaq funksiyasını yerinə yetirməli olur. Substantivləşmə nəticəsində feili 

sifətlər  mübtəda  və  tamamlıq  ola  bilir,  isim  kimi  hallanır,  cəmlənir,  mənsubiyyətə  görə  dəyişir. 

Məsələn, 



Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin