Key words: Environmental risks, risk classification, structure, accidents and disasters, safety,
production risks.
Son dərəcə dəyişkən və inkişaf edən iş dünyasında müəssisədən onlar üçün təhlükə yaradan geniş
spektrli risklərlə məşğul olmaq tələb olunur. Bu məqsədlə son zamanlar istehsalda ekoloji problemləri fəal və
şüurlu şəkildə tənzimləmək tendensiyası müşahidə olunur. Təqdirə layiq haldır ki, son dövrlər menecerlər
ekoloji risklərin vaxtında müəyyən edilməsinin və idarə olunmasının faydalarını müəssisə rəhbərlərinə
inandıra bilmişlər. İctimaiyyətin artan rolu isə zavodda ekoloji təhlükəsizlik və əməyin mühafizəsi sahəsində
risklərin idarə edilməsi prinsiplərinin tətbiqinə töhfə vermişdir.
Ekoloji risk ekoloji təhlükə ölçüsünə aiddir, ekoloji təhlükənin kəmiyyət və ya keyfiyyət ifadəsidir
(Кривошеин, Дмитренко, Федотова, 2015: s.27). Sahibkar öz fəaliyyəti zamanı qəbul etdiyi hərəkətlərdən
və qəbul edilən qərarlardan asılı olan mümkün riskləri qabaqcadan görməlidir.
Bu gün riskologiya XXI-ci əsrin elmidir, həm müəssisədə, həm də insanların gündəlik həyatında
planlaşdırma, proqnozlaşdırma sahəsində qiymətləndirmə, mümkün fəsadlar, eləcə də hər cür fəlakətlərlə sıx
bağlı olan elmdir. İndiki cəmiyyətdə bizə elə gəlir ki, hər kəs riskdən xəbərdar olmalıdır. “Risk” anlayışı hər
yerdə baş verən neqativ hadisələrin baş vermə ehtimalı ilə müşayiət olunduğu üçün əlverişsiz mühitdə insan
və cəmiyyət üçün qaçılmaz reallığa çevrilmişdir. Buna görə də, bütün dünya ölkələri qəza və təbii fəlakətlərdən
sonra riskləri azaltmaq və nəticələrini yumşaltmaq üçün müxtəlif yollar hazırlamağa çalışır.
Elmi-texniki və elmi ədəbiyyatda risk haqqında ümumi anlayış yoxdur. “Risk” anlayışının
öyrənilməsinə mühüm töhfələr bir sıra alim və müəlliflər tərəfindən verilmişdir: F.B.Eminov, İ.B.Xəlilov
(Eminov, Xəlilov, 2016). Ə.H.Hacıyev, F.B.Eminov, İ.B.Xəlilov (Hacıyev, Eminov, Xəlilov, 2017), G.M.
Kutlyeva, V.B. Alekseenko, O.N.Kusakina, S.S. Timofeeva, E.N. Kamenskaya və s. ədəbiyyatlarda “risk”
anlayışının bir sıra şərhləri mövcuddur (Риск-менеджмент, 2016; Фирсова, 2014; Тимофеева, 2014).
E.N.Kamenskaya görə risk təhlükənin təzahürü ehtimalını və ya tezliyini və onun həyata
keçirilməsinin nəticələrini göstərən təhlükə ölçüsüdür (Каменская, 2018).
S.S.Timofeyevaya görə risk həmişə situasiyada tam aydınlıq və əminlik olmadığı hallarda ortaya çıxır
və gecikmədən qərar vermək və hərəkətə keçmək lazımdır (Тимофеева, 2014).
A.N.Fomiçevə görə risk, maliyyə-təsərrüfat fəaliyyətinin həyata keçirilməsi şəraitində qeyri-
müəyyənlik şəraitində gəlir və ya kapitalın itirilməsi şəklində mənfi nəticələrin baş vermə ehtimalıdır (Риск-
менеджмент, 2016).
Buna görə də, yuxarıda göstərilən təriflərdən, bizim fikrimcə, riskin tərifinin vizual təsviri var.