Conference Paper · March 023 citations reads 163 authors


Multidisciplinary Studies of the Turkish World



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə325/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   321   322   323   324   325   326   327   328   ...   357
Eskisehir-25.03.23

Multidisciplinary Studies of the Turkish World
", dedicated to the 125
th
anniversary of
Amin Abid Gultekin 
The 25
th
 of March ISBN: Eskishehir / Türkiye
---247--- 
Təhdid müəyyən şərtlər altında mənfi nəticələrin mənbəyi ola biləcək bir hadisənin baş vermə 
ehtimalıdır. 
Ehtimal, müəyyən bir nəticə əldə etmək şansının mövcud olduğu bir hadisədir. 
Təhlükə müəyyən şəraitdə birbaşa və ya dolayı yolla insan sağlamlığına zərər verə bilən hadisə
proseslər, obyektlərdir (Фирсова, 2014). 
Fikrimzcə, yuxarıda göstərilən təriflərin formalaşmasına böyük təsir, ilk növbədə, insanın risk 
qavrayışına əsaslanır. Təsnifatın öyrənilməsi riskin mahiyyətini tam başa düşməyə imkan verəcək. Onu 
iyerarxik struktur şəklində təqdim edək. Yəni o, taksonomiya şəklində sistemləşdirmə və təsnifat prinsipləri 
haqqında elmdir. Bir çox fərqli risk taksonomiyası var. Aşağıdakı təsnifat nümunəsini nəzərdən keçirək: 
Məruz qalma mənbəyinə görə risklər aşağıdakılardır: 

istehsal - bu, müqavilə üzrə istehsalat tərəfindən öhdəliklərin yerinə yetirilməməsi, həmçinin xərclərin 
artması, müəssisədə prosesin pozulması və ya dayandırılması nəticəsində yaranma ehtimalıdır; 

texniki - personal tərəfindən və ya avadanlıqdan istifadə zamanı yol verilən səhvlər nəticəsində mənfi 
təsir göstərə bilən, qəzalara səbəb olan hadisədir; 

təbii - bütün növ təbii fəlakətlər, məsələn, sürüşmə, sel, zəlzələ, yanğın və s-dir;

sosial - bu, insanın həyatına, sağlamlığına və iş yerində əmək qabiliyyətinə birbaşa təsir edən hadisənin 
baş vermə tezliyidir; 

texnogen - təsərrüfat və digər fəaliyyətlərdə avadanlıqların istismarı zamanı mənfi təsirin əhali üçün 
baş verməsi ehtimalını, habelə təbii mühit üçün mövcud olan arzuolunmaz nəticələri anlamaqdır. 
Müəssisələrdə işçilərin həyat qabiliyyətinə təsir dərəcəsinə görə aşağıdakı risklər vardır: 

narahatlıq və ya zərərin az olduğu əhəmiyyətsiz bir risk varsa, bu risk narahatlıqdan çox
olmayacaqdır. 

məqbul risk - baş verməsi ehtimalı az olan və nəticələri əhəmiyyətsiz olan, cəmiyyətdəki şəxsin və ya 
qrupun bu riski qəbul etməyə hazır olduğu və ya məruz qaldığı hadisədir. 

həddindən artıq risk insan sağlamlığına müəyyən təsirin artan səviyyəsidir və bu zaman hər hansı 
fəaliyyət qadağandır. 
Buradan belə nəticə çıxır ki, təhlükəsizliyə müasir baxış əsasən məqbul riskə əsaslanır. Məqbul riskə 
aşağıdakılar daxildir: sanitar-epidemioloji, sanitar-gigiyena normaları, atmosferə yol verilən qatılıq həddi, su 
hövzələrinə yol verilən qatılıq həddi və s. Bu risk növü həm ölkənin, həm də orada yaşayan insanların rasional 
təhlükəsizliyinin əsasını təşkil edir. Risk faktorlarının məqbulluq dairəsinə riskin həddi dəyərlərə çatdırılması 
üçün tədbirlərin və texniki vasitələrin işlənib hazırlanması daxildir. 
Fəaliyyət sahəsindən asılı olmayaraq, müəyyən şərtlər altında riskləri ehtiva edən istənilən amil işçinin 
səhhətinin qəfil pisləşməsinə və ya zədələnməsinə səbəb ola bilər. İstehsalda bölüşdürülmüş bütün risklər 
müəssisədə işləmə və mümkün hadisələr nəzərə alınmaqla təhlil edilməli və qiymətləndirilməlidir. Fərdi risk
müəyyən bir müddət ərzində təhlükəyə məruz qalma nəticəsində insanın zərər görmə ehtimalını nəzərdə tutur. 
Riskin bütün istiqamətlərdə müşayiət olunacağına görə “mütləq təhlükəsizliyin” [8] olmamasını qeyd 
etmək lazımdır. Buna görə də dövlət ekoloji riskləri məqbul səviyyəyə endirməyə yönəlmiş müxtəlif üsulları 
həyata keçirir. Bu məqsədlə icrasına xüsusi səlahiyyətli dövlət orqanı tərəfindən nəzarət edilən hüquqi-
normativ bazalar yaradılır. 
“Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının qanununa əsasən,“Ekoloji təhlükəsizlik 
sahəsində dövlət siyasəti” maddəsində deyilir (“Ekoloji təhlükəsizlik” haqqında Azərbaycan Respublikasının 
qanunu, 1999).

dövlət tərəfindən ekoloji təhlükəsizliyin təmin edilməsində mühüm istiqamət Azərbaycanın inkişafına 
yönəlmiş strateji tədbirlərin yaradılması və həyata keçirilməsidir

təhlükəsizlik məqsədləri üçün təminatların verilməsinin inkişafına yönəlmiş beynəlxalq əməkdaşlığın 
genişləndirilməsi; 

biosferin və onun tərkib hissələrinin qorunması və saxlanması üçün insanların təhlükəsiz yaşayış 
şəraitinin yaradılması; 

təhlükəli ekoloji vəziyyət barədə xəbərdarlıq etməyə, habelə gələcək nəsillərə təsir potensialına malik 
bu nəticələrin qarşısının alınmasına yönəlmiş layihələrin hazırlanması və həyata keçirilməsi. 

insan sağlamlığına və ətraf mühitə mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmə səviyyələrinə 
uyğunluq. 

insan həyatına və ya sağlamlığına zərər vurulması nəticəsində normativ hüquqi aktlarda müəyyən 
edilmiş hüquq normalarının pozulması, ekoloji təhlükəsizlik baxımından vətəndaşların hüquqlarının 
pozulması deməkdir. 


"

Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   321   322   323   324   325   326   327   328   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin