Conference Paper · March 023 citations reads 163 authors


Multidisciplinary Studies of the Turkish World



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə328/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   324   325   326   327   328   329   330   331   ...   357
Eskisehir-25.03.23

Multidisciplinary Studies of the Turkish World
", dedicated to the 125
th
anniversary of
Amin Abid Gultekin 
The 25
th
 of March ISBN: Eskishehir / Türkiye
---249--- 
Result.
In conclusion, the author concludes that the progress of society, the dynamic development of 
productive forces and, as a result, the rapid growth of material production have always been possible at the 
expense of nature. On the other hand, natural conditions have had a strong influence on historical development, 
especially on the rate of development, the division of labor and the rate of growth of productive forces. 
Disclosure of the essence of the mutual, dialectical influence of nature and society and the elimination of 
environmental crises is possible in the conditions of scientific and technological progress. The philosophical 
essence of nature shows that this is a contradictory system that exists independently of the human mind and 
other living beings and is constantly striving for internal completeness and unity. 
Key words:
global problems, sustainable development, technogenic impact, universal catastrophe. 
 
Artıq hamıya məlumdur ki, insan fəaliyyəti nəticəsində ətraf mühitə düşən yük təkcə cəmiyyətin 
inkişafını müəyyən edən faktora çevrilmir. Bu həm də təbiətin özündə ekoloji tarazlığın pozulmasına səbəb 
olur. XX əsrin əvvələrində ekoloji problemlərin mövcudluğu adi adamlar üçün (bu problemlə məşğul 
olmayanlar üçün) həmişə yox səviyyəsində olmuşdur. XX əsrin ikinci yarısında isə vəziyyət 180 dərəcə 
dəyişmişdir. Əvvələr ekoloji problemlər ayrı - ayrı alimləri, siyasi və ictimai xadimləri narahat edirdisə, 
hazırda bu problemlər çoxlarını narahat etməyə başlamışdır. Artıq çoxlarına bəllidir ki, qlobal ekeloji 
problemlərin həllindən sivilizasiyasının, bəşəriyyətin taleyi, gələcəyi asılıdır. 
Məhz cəmiyyətdə ekoloji şüurun yüksək inkişaf mərhələsində ekoloji problemlərə bu cür münasibət 
yaranmışdır. 
Elmi-texniki tərəqqinin XX əsrdə daha çox qlobal xarakter daşıması onun nailiyyətlərindən 
planetimizdə yaşayan bütün milllətlər və xalqlar faydalanır. Elmi - texniki tərəqqi cəmiyyətin inkişafı üçün 
yeni imkanlar açmaqla yanaşı bir sıra problemlər də yaratmışdır. Bu da təbiidir. İnsanlar yeni yaratdığı texniki 
vasitələrlə təbiətdən bacardıqları qədər çox faydalanmağa meyllidirlər. Bütün bunlar milyon illər ərzində 
yaranmış ekoloji tarazlığa mənfi təsir göstərmiş, planetimizin bəzi regionlarında ekoloji böhran vəziyyətinə 
səbəb olmuşdur. Digər tərəfdən elmi - texniki tərəqqinin özü cəmiyyətlə təbiət arasında yaranmış zidiyyətləri 
aşkara çıxarmışdır. Ekoloji problemlərin aktuallığını, bu problemlərin cəmiyyətin bütün üzvlərinə çatdırılması, 
bəşəriyyət üçün tale yüklü olmasını, hər birimizin sağlamlığı üçün real təhlükə olmasını, yaratdığı fəsadların 
elmin köməyi ilə araşdırılmasını tələb edir. Elmi - texniki tərəqqi ekoloji problemlərin yaranma səbəblərini və 
xüsusiyyəylərini aşkara çıxarmış, pozulmuş ekoloji problemlərin yaranma səbəblərini və xüsusiyyətlərini 
aşkara çıxarmış, pozulmuş ekoloji tarazlığın bərpa edilməsinin elmi - texnoloji yollarını göstərmişdir. 
Göründüyü kimi, ekoloji problemlərin yaranmasına əsas səbəb sənaye istehsalının yüksək templə inkişafı və 
elmi tərəqqi olmuşdur. Həmçinin, unutmaq olmaz ki, ekoloji problemlərin yaranma səbəblərinin yayılma 
dinamikasını, bu problemlərin optimal həlli yollarını elmi - texniki tərəqqi şəraitində həll etmək mümkün 
olmuşdur. Ekoloji problemlərin yaranmasına səbəb olan təbiətin və cəmiyyətin qarşılıqlı təsiri dialektikasının 
elmi təhlili göstərir ki, təbiət və cəmiyyət bir sistemin iki tərəfidirlər (1). 
Bu sistem ziddiyyətlidir. Ziddiyyətlərin yaranmasına səbəb isə sistemin tərəfləri arasında gedən 
mübarizədir. 
Bu sistemdə ziddiyyətlərin yaranmasına əsas səbəb cəmiyyətin fəal, dəyişdirici fəaliyyətidir. 
Cəmiyyətin tərəqqisi, məhsuldar qüvvələrin dinamik inkişafı və bunun nəticəsində maddi istehsalın yüksək 
templə artımı həmişə təbiətin hesabına mümkün olmuşdur. Digər tərəfdən təbii şərait tarixi inkişafa, xüsusilə 
inkişafın sürətinə, əmək bölgüsünə, məhsuldar qüvvələrin artım tempinə güclü təsir göstərmişdir. Təbiət və 
cəmiyyətin qarşılıqlı, dialektik təsirinin mahiyyətinin açıqlanması və ekoloji böhranların aradan qaldırıılması 
elmi - texniki tərəqqi şəraitində mümkündür. Təbiətin fəlsəfi mahiyyəti onun insan zəkasından və başqa canlı 
varlıqdan asılı olmayaraq mövcud olan, daim daxili tamlığa və vəhdətə can atan ziddiyyətli bir sistem olduğunu 
göstərir. 
Ekoloji problemlərin yaradıcısı olan insanın özü təbiətin bir hissəsi, ən ali məhsulu kimi ondan ayrı 
yaşaya bilməz. Cəmiyyətin yaşaması və inkişafı üçün sağlam təbiət, yəni daxili tarazlığı və sabit 
özünütənzimləmə prosesi olan təbii şərait lazımdır. İctimai şüurda “sağlam təbiət”, “sağlam insan” anlayışı 
özünə daha möhkəm yer tutduqca cəmiyyətdə ekoloji problemlərə münasibət də dəyişmişdir. Ekoloji 
problemlərin yaranması, onların yayılma dinamikası və insanların sağlamlığına mənfi təsirinin dərk olunması 
ekoloji şüurun inkişaf səviyyəsindən aslıdır (2). 
Təbiətin mövcudluğu mədəniyyətin varlığı üçün əsas amildir. Eləcə də təbiət öz “tamlığı” və 
“mükəmməlliyi” üçün mədəniyyətə minnətdardır. Təbiətin “öz - özünə” inkişafı məhz mədəniyyətlə təmasda 
daha hormonik, daha rəngarəng mahiyyət kəsb etməsidir. Hətta bir çox sənətkarların dediyinə istinad edərək 
göstərmək olar ki, təbiətin solğun, kasıb olduğu yerlərdə isə mədəniyyət elemenentlərilə tamamlanır. İnsan əl 
qabiliyyətinin potensial insan əqlinin möcüzəsi ilə çulğalaşanda, qovuşanda tərəflər bir - birini daha da 
zənginləşdirir. 


"

Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   324   325   326   327   328   329   330   331   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin