Conference Paper · March 023 citations reads 163 authors


Multidisciplinary Studies of the Turkish World



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə329/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   325   326   327   328   329   330   331   332   ...   357
Eskisehir-25.03.23

Multidisciplinary Studies of the Turkish World
", dedicated to the 125
th
anniversary of
Amin Abid Gultekin 
The 25
th
 of March ISBN: Eskishehir / Türkiye
---250--- 
Təbiət həmişə mükəmməl olsa da, onun haqqında biliklərimiz hələ də mükəmməl deyil. Məhz buna 
görə də insan öz təlabat və mənafeyinə müvafiq olaraq onu səmərəli, düzgün ağılla dəyişdirir. Lakin, bu proses 
elə getməlidir ki, insanın təlabatları, mənafeyi və məqsədi ilə təbiətin imkanları, mənafeyi və təlabatları 
uyğunlaşsın. Elə ona görə də, ətraf mühitin dəyişdirilməsinin xarakteri və miqyası qabaqcadan müəyyən 
edilməlidir. Yəni bu poses kortəbii şəkildə olmamalıdır, buna böyük mənəvi məsuliyyətlə yanaşmaq lazımdır. 
Bu isə öz bəhrəsini insanla təbiətin qarşılıqlı münasibətinin həqiqi elmi - nəzəri konsepsiyaya əsaslandığı 
zaman baş verir. Ekoloji tərbiyənin, ekoloji şüurun formalaşması o vaxt səmərəli olar ki, insanın mənimsədiyi 
ekoloji normalar eyni zamanda onun təbiətə münasibətinin davranış normalarına çevrilsin. 
Ekoloji böhran bir yandan torpaqlarımızın işğalı faktını təsdiqləyir, o biri tərəfdən gənc nəsildə ekoloji 
mədəniyyətin ardıcıl inkişafını təşkil etməklə onda təbiətə humanist münasibət hissləri formalaşdırılmasının 
böyük rolu var. Əgər vaxtilə biz təbiəti ümumilli və ümumbəşəri sərvət kimi qiymətləndirərək, onun taleyinə 
böyük məsuliyyət hissi ilə yanaşsaydıq bu gün torpaqlarımız yadların əlinə keçməzdi. Hər bir ictimai quruluş 
dövlət səviyyəsində ətraf mühitin dəyişdirilməsinin miqyasını və xarakterini müəyyən etsəydi, ekoloji 
tərbiyənin norma və metodlarını seçsəydi, bu gün ekoloji problem qlobal problemə çevrilməzdi. Onu da qeyd 
etmək lazımdır ki, bəşəriyyət ümumi inkişafı ilə bağlı olan qlobal problemlər içərisində ekoloji problemlər 
müasir dövrdə birinci yerə çıxmışdır. Əgər bunu və bunun əsasında bəşəriyyətlə ətraf mühitin qarşılıqlı 
təsirinin yeni mərhələsini bu gün insanlar dərk etmək istəmirlərsə demək biz özümüzün, gələcək nəslin və yer 
kürəsinin ölüm hökmünü vermiş oluruq. Yəni mərhələnin başlıca xüsusiyyəti bir tərəfdən insanın təbiəti 
mənimsəməsinin hüdudunun genişlənməsidirsə, digər tərəfdən onun, planetin ehtiyatlarının tükənməsi faktı 
ilə hesablaşmağa məcbur olmasıdır. Bu şərait isə bir sıra elmlərin qarşısında təbiətdən səmərəli istifadə 
modellərini tapmaq vəzifəsini ön plana çıxarır. Burada söhbət cəmiyyət və ətraf mühitin qarşılıqlı təsir ilə 
əlaqədar nəzarət, nizamlanma, idarəetmə imkanlarının elmi axtarışlarından gedir. İnsanla ətraf mühitin 
hormonik inkişafını təmin etməklə yanaşı, mühüm ekoloji çətinlik və ziddiyətlərin aradan qaldırılması olduqca 
vacibdir. Təbii proseslərə insanın müdaxiləsi nəticəsində insanla təbiətin qarşılıqlı münasibətində baş verə 
biləcək anlaşılmazlığın bəşəriyyət üçün necə qlobal əhəmiyyət daşıdığını anlamaq şübhəsiz vacib şərtlərdən 
biridir. Elə buna görə də elmin ekolojiləşməsi əbədi problem hesab edilən təbiət və cəmiyyət probleminin həlli 
yolunda irəliyə doğru atılan mühüm addım kimi dəyərləndirmək olar. 
Hazırda ekoloji problem bəşəriyyət üçün çox mühüm məna kəsb edir və özünün hərtərəfli tədqiqini 
tələb edir. Daha çox diqqəti biosferdə gedən dəyişikliklərin qlobal xarakteri cəlb edir. Çünki, insanı əhatə edən 
təbiətin böhranı göz qabağındadır: xamal böyük sürətlə azalır, biosfer tullantılarla çirklənir, atmosferdə 
oksigen qıtlığı meylləri göz qabağındadır. Bütün bunlar insan fəaliyyətinin təbiətin özünüidarəsinə zəruri edən 
böyük bir sübutdur. Hazırda insan fəaliyyəti biosfer və onun özü üçün təhlükəli olan ən güclü amil hesab edilə 
bilər.
Məhz buna görə müasir dövrdə insan və təbiətin qarşılıqlı təsiri nəticəsində ortaya çıxan təhlükəli 
meyllərin tədqiqi və onların praktiki surətdə aradan qaldırılması problemi mühüm vəzifələrdən biridir. 
Qlobal ekoloji problem bizim təbiətə olan münasibətlərimizin radikal dəyişməsini tələb edir. Müasir 
ekoloji şüur və təfəkkür üçün tamamilə aydındır ki, insanla təbiət münasibətləri “Domokl qılıncı” 
vəziyyətindədir. Bu problemin həlli yollarında müxtəlif, hətta antielmi konsepsiyalar meydana çıxmışdır. Elə 
elmi nəzəriyyələr var ki, onlar elmi - texniki inkişafı məhdudlaşdırmağa, hətta dayandırmağa çağırırlar. Belə 
halda sual olunur: Doğrudanmı daha elmi - texniki inkişafa ehtiyac yoxdur? Əlbəttə bu olduqca mübahisəli 
məsələdir. Son vaxtlar texnokratik əhval - ruhiyyəyə qarşı tez - tez ədalətli iradlar tutulur, xüsusilə, insanın 
təbiətə müxtəlif sənaye və texniki qurğuların vasitəsilə etdiyi mənfi təsirləri nəzərə almayanda, bu daha aydın 
görünür. Bununla yanaşı antitexniki meylləri bizim zənimizcə düzgün hesab etmək olmaz. Sosial tərəqqi 
tarixinin dialektikası ilə hesablaşmamaq mümkün deyil. 
İnsanlar yaratdıqları istehsal alətləri ilə təbiətə təsir göstərməyə bilməzlər. Unutmaq olmaz ki, elmi - 
texniki tərəqqinin mənfi nəticələrindən yaxa qurtarmaq, ekoloji təhlükəsizliyi təmin etmək yalnız və yalnız 
elm və texnikanın əsasında mümkündür. Ancaq bu yolda ətraf mühitin qorunub saxlanılması üçün şərait 
yaratmaq olar, bununla da sivilizasiyanın sonrakı inkişafını təmin etmiş olarıq. Başqa imkan yoxdur və 
gözlənilmir. Söhbət təkcə texnosferin ekoloji cəhətdən təhlükəsizliyindən getmir. Əsas məqsəd ondan ibarətdir 
ki, elə yeni texnoloji vasitə və qurğular yaradılmalıdır ki, onlar texnogen təsiri təbiətə vurduğu zərəri ödəmək 
imkanını tezliklə gerçəkliyə çevirə bilsinlər. İlk növbədə energetikada, sənayedə, nəqliyyatda, meşə 
təsərrüfatında, şəhərsalmada və xalq təsərrüfatının digər mühüm sahələrində təbiətdən istifadənin texoloji 
strategiyanın işləyib hazırlanması nəzərdə tutulur. Bütün bunlar ətraf mühüti fiziki, kimyəvi və bioloji xarakter 
daşıyan antropogen təsirindən mühafizə etməlidir. Daha sonra istehsalın enerji, material və su tutumunun 
azaldılması, təbii xammal resurslarının kompleks istifadəsinin, istehsal tullantılarının sahələrarası və 
sahələrdaxili təkrar istifadə olunmasının perspektiv istiqamətlərinin aşkara çıxarılması meydana çıxarır. 


"

Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   325   326   327   328   329   330   331   332   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin