Conference Paper · March 023 citations reads 163 authors


Multidisciplinary Studies of the Turkish World



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə331/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   327   328   329   330   331   332   333   334   ...   357
Eskisehir-25.03.23

Multidisciplinary Studies of the Turkish World
", dedicated to the 125
th
anniversary of
Amin Abid Gultekin 
The 25
th
 of March ISBN: Eskishehir / Türkiye
---252--- 
verilməsi, düşünülməsi şəklində gələcəyə səmtləşdirilməsində, qlobalistikanın bütün problemlərinin dərin 
qarşılıqlı əlaqəsi, onların vahid tətbiq nöqtəsi - Yerin və vahid subyekti - insanın olması ilə birlikdə, qlobal 
problemlərin öz - özlüyündə qarşılıqlı əlaqədə və qismən ardıcıl müxtəliflik halında bulunan müxtəlif təkamül 
nəzəriyyələri nöqteyi - nəzərindən məqbul metodoloji sintezi konsepsiyasını tapmağa imkan verdi. Bu, bizim 
fiziki kainatımızın proses və hadisələrinin gedişi qanunauyğunluqlarının təşəkkülü və bioloji həyat əsaslarının 
əmələ gəlməsi üçün şərait “yaratmağına görə məsuliyyət daşıyan” ümumi kosmik təkamülüdür. Sonra bu, 
birincidən asılı olan və onun tərəfindən şərtləndirilən əsas mərhələlərindən biri şüurlu varlığın yaranması olan 
bioloji təkamülüdür. Və nəhayət bu, sonuncu, əvvəlkilərindən keyfiyyətcə fərqlənən, əvvəlki təkamül 
proseslərinin heç olması sırf həyati problemlər çərçivəsində istiqamətlərin tez və səmərəli bir surətdə 
dəyişdirilməsinə imkan yaradan mədəni təkamülüdür. 
Təkamül prosesinin lap başlanğıcından sırf bioloji növ olan insan, onun qurmağa başladığı zəruri sosial 
aləm ilə təbiət arasındakı sərhəddə yerləşən bir mövqe tutdu. 
Elm artıq bilavasitə məhsuldar qüvvəyə çevrilmiş və cəmiyyətin, eləcə də insanın bütün digər fəaliyyət 
sahələrinin mənafeyini özünün bu funksiyasına tabe etməyə hazırdır. Estetika sözün əsl mənasında ifrat 
siyasətçiliklə, siyasətə laqeyd prinsipsizlik arasında vurnuxur. Din cəmiyyətdə siyasi aspekt dəyişən zaman 
partiturasını həvəslə dəyişə - dəyişə öz mövqeyini itirir. Fəlsəfə təbiət və cəmiyyətdən elə uzaq şeylərin 
təhlilinə qərq olub ki, elə ideologiyalaşdırılıb və təsnif edilib və bəlkə də qrup mənafeləri üzrə qatlara bölünüb 
ki, ondan bəşəriyyətin sağ qalması və inkişafı nöqteyi - nəzərindən bir şey gözləmək çətindir. Hüquq və siyasət 
canlı təbii aspektə heç bir yer saxlamayaraq özləri - özlərini səciyyələndirirlər. 
XX əsrin axırıncı onilliyində təhlükə anlamı ictimai şüurda çox zəif inkişaf etmişdir. Bu da təbiidir. 
Çünki belə bir meyil adamlarda uşaq yaşlarından formalaşmalı, onunla birlikdə boy atmalıdır. Müasir ekoloji 
təhlükə tələb edir ki, ona sistemli və hərtərəfli yanaşılsın, əhalinin bütün təbəqələrinin ekoloji tərbiyəsi ilə ciddi 
məşğul olunsun. 
Ekoloji mədəniyyət təbiət və sosial həyat qanunlarının, onların ekoloji qanunlarla qarşılıqlı əlaqədə 
dərk olunmasına əsaslanır. Ekoloji mədəiyyət, habelə onunla şərtlənir ki, insan bu qanunlarından nə dərəcədə 
ağıllı istifadəyə hazırdır. Nəhayət, dərk etmək lazımdır ki, təbiətə vurulan hər hansı bir ziyan elə bütövlükdə 
cəmiyyətin özünə vurulan ziyan deməkdir. İnsanın təbiət qarşısında yerinə yetirməli olduğu vəzifələr onun 
digər sosial vəzifələrinin bailavasitə davamından ibarətdir. Çünki insanın təbiətə münasibəti elə onun başqa 
adamlara qarşı da münasibəti deməkdir. 
Çıxış yolu ekoloji mədəniyyətin yüksəldilməsi ekoloji təfəkkürün imkanlarından hərtərəfli və daha 
optimal istifadə edilməsi ilə bağlıdır. Mədəniyyət və ekoloji təfəkkürün vəhdəti – budur çıxış yolu! 
Müasir dövrdə ekoloji problemlərin rolunu xüsusi nəzərə çarpdırmağa ehtiyac yoxdur. Çünki həmin 
problemlərqlobal problemlər içərisində birinci sırada durur.Doğrudur, biz yuxarıda qeyd etdiyimiz kimi, 
tarixdə cəmiyyətlə təbiətin qarşılıqlı münasibətlərində böhranlı vəziyyət həmişə olmuşdur. Lakin XX əsrin 2 - 
ci yarısındakı vəziyyət nə kəmiyyət, nə də keyfiyyətcə bütün bəşər tarixi boyu yaranan böhranlı vəziyyətlərlə 
qətiyyən müqayisə edilə bilməz. Çünki XX əsrin II yarısında yaranan ekoloji vəziyyət xarakterinə görə 
bütövlükdə planetimiz üçün, bəşəriyyət üçün görünməmiş bir hadisədir. Cəmiyyət və təbiətin qarşılıqlı 
münasibətlərində olan böyük dəyişikliklər bəşəriyyət qarşısında vacib sosial və mədəni vəzifələr - bu 
münasibətləri optimallaşdırmaq, onların üzərində nəzarət qoymaq və onları idarə etməyi öyrənmək vəzifələrini 
qoymuşdur. Bu problem eyni zamanda təkcə böyük hərflə yazılmış insanın problemi deyil, həm də cəmiyyətin, 
eləcə də mədəniyyətin problemidir. Çox vaxt haqlı olaraq qeyd edirlər ki, təbiətlə cəmiyyət arasındakı prosesə 
insan şüurunun dünyadakı ekoloji vəiyyətə reaksiyası hesab olunmalıdır. Ona görə də, müasir dövrdə təbiətlə 
cəmiyyətin hormoniyası vəzifəsi ön plana keçməlidir. Təbiətin rusurslarına xüsusi mülkiyyət baxımının həm 
təbiətə, həm də bəşəriyyətə böyük ziyan vurduğu heç kim üçün sirr deyildir. Zaman keçdikcə insanlar daha 
aydın şəkildə dərk edirlər ki, təbiət resursları ümumbəşəri sərvətdir və onun müdafiəsi tarixi zərurətdir. 
Təxminən 2 əsrdir, kor Jan - Batist Lamarkın sözü planet üzərində dolaşır. “İnsan Yer kürəsini özünün 
yaşaması üçün yararsız vəziyyətə saldıqdan sonra özünün məhv olması qiymətinə yaxınlaşır” (6). Buna mane 
ola bilən qüvvə vardırsa, o da insanın ağlı və təfəkkürüdür. XX əsrdə mədəniyyət tarixinin bütün nailiyyətlərinə 
yiyələnmiş insan hər cür zorakılıq, eləcə də təbiətə qarşı amansızlıq etməməlidir. Çünki ekoloji mədəniyətin 
əsas vəzifələri sırasına, onun texnoqrafik stereotiplərə qarşı durmasıdır. Yalnız bunun sayəsində sivilizasiyanın 
tarixi gedişi öz ənənəvi məcrasına düşəcək, nəticədə gələcəyin biosferi insansız qalmayacaqdır. 
Artıq ekoloji təşəkkür öz vəzifəsini yerinə yetirməyə başlamışdır.Sosial ekologiya ekoloji təfəkkürün 
tələblərinə qisməm də olsa cavab verir. Bu gün sosial ekologiya maddi və mənəvi mədəniyyətin müxtəlif 
sahələrinə, o cümlədən istehsal fəaliyyətinə, elmə, incəsənətə, siyasi praktikaya fəal surətdə təsir etməkdədir. 
Qeyd etmək lazımdır ki, təbii mühitin çirklənməsi, dağıdılması və tükənməsi səbəbləri içərisində 
insanın antropogen fəaliyyəti xüsusi yer tutur. Obyektiv səbəblərə aşağıdakılar daxildir: 


"

Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   327   328   329   330   331   332   333   334   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin