Conference Paper · March 023 citations reads 163 authors



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə334/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   330   331   332   333   334   335   336   337   ...   357
Eskisehir-25.03.23

Key words:
economy, development, analysis, waste, disposal, reuse, safety
Hazırki dövrdə Azərbaycanda iqtisadiyyatın inkişafı kifayət qədər sürətlə davam edir. Əsas iqtisadi 
göstərici kimi Ümumi Daxili Məhsul həcminə görə ölkəmiz dünyada qabaqcıl yerlərdən birini tutur. Beləki, 
2010 –cu ildə ölkəmizdə Ümumi Daxili Məhsulun həcmi 42465 mln.man, 2020 –ci ildə isə artaraq 72432,2 
mln. manat olmuşdur. Əgər bunu 2010-cu ilin göstəriciləri ilə müqayisə etsək görəri ki, 10 il ərzində ömumi 
daxili məhsulun həcmi təxminən 1,7 dəfə artmışdır. 2020-ci ildə ölkə üzrə adambaşına düşən Ümumi Daxil 
Məhsulun həcmi isə 7262,8 manat olmuşdur 
(
Azərbaycanın statistik göstəriciləri, 2001: s. 19). 
2020-ci ildə ölkədə fəaliyyət göstərən sənaye obyektlərinin sayı 3389 olmuş, əsas fondlarının dəyəri 
isə 234159, mln. manat təşkil etmişdir. 2020-ci ildə ölkəmizin sənayesində əsas kapitala istiqamətlənən 
investisiyaların həcmi 9065,3 mln. manat olmuşdur. Bu isə ölkə iqtisadiyyatına qoyulan investisiyaların 
52.6, % -ni təşkil edir 
(
Azərbaycanın statistik göstəriciləri, 2001: s.424). 
Fəaliyyət göstərən sənaye müəssisələrinində külli miqdarda istehsal tullantıları yaranır. Buna görə də 
həmin tullantılardan istifadə edilməsi və utilizasiyası çox mühüm məslələrdən biri hesab olunur. 
Ölkəmizdə sənaye–istehsal təsərrüfat fəaliyyəti nəticəsində təhlükəli istehsalat tullantılarının əmələ 
gəlməsi, onların utilizasiyası və istifadə olunmasını səciyyələndirən göstəricilər 1 saylı cədvəldə öz əksini 
tapmışdır. 
Cədvəl 1–də verilən statistik məlumatların təhlili göstərir ki, 2015-2020 –ci illərdə 1235,5 min ton 
təhlükəli istehsalat tullantıları əmələ gəlmiş, onlardan 40.3min tonu istifadə olunmuş, 402,7min tonu isə 
zərərsizləşdirilmişdir. Bu dövrdə 792,5 min ton təhlükəli tullantı isə ətraf mühitə atılmışdır. Bunun qarşısını 
almaq üçün və belə halların aradan qaldırılması məqsədilə ətraf mühitin öyrənilməsi, ekoloji təhlükəsizliyin 
tam təmin edilməsi ölkəmizin əsas prioritet məsələsi hesab edilir.

Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   330   331   332   333   334   335   336   337   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin