Conference Paper · March 023 citations reads 163 authors


Multidisciplinary Studies of the Turkish World



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə330/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   326   327   328   329   330   331   332   333   ...   357
Eskisehir-25.03.23

Multidisciplinary Studies of the Turkish World
", dedicated to the 125
th
anniversary of
Amin Abid Gultekin 
The 25
th
 of March ISBN: Eskishehir / Türkiye
---251--- 
Tükənməkdə olan xammalın əvəzinə yenilərinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Onu da nəzərdən 
qaçırmaq olmaz ki, bir çox hallarda inzibatçılıq və amiranə - bürokratik rəhbərlik üsullarının əhəmiyyətini də 
danmaq olmaz. Məsələn, ulu öndərimiz Heydər Əliyevin “Hər bir ağacı kəsəndə elə bilirəm mənim qolumu 
kəsirlər” kimi təbiətə, yaşıllığa vurulan zərbələrə belə kəskin reaksiya verməsi, prezdentimizin İlham Əliyev 
cənablarının 23 aprel 2009 - cu il tarixdə Nazirlər Kabinetində keçirdiyi müşavirədə “Mən ağacların 
kəsilməsini qadağan edirəm” deməsi buna əyani sübutdur(1). 
Bununla əlaqədər elmi-texniki tərəqqinin kompleks proqramları mütləq ictimaiyyətin geniş 
müzakirəsinə verilməlidir. Sənaye və kənd təsərrufatı istehsalatı, nəqliyyat və kommunal təsərrüfat - bütün 
bunlar ətraf mühitdir ki, onun vasitəsilə insan təbiətə təsir edir və eyni zamanda onun təsirinə məruz qalır. Bir 
sözlə, çıxış yolu elmi - texniki inkişafa humanist istiqamət vermək, qabaqcadan onun sosial nəticələrini görmək 
və vaxtında qarşısını almaq imkanındadır. Tanınmış sovet filosofu İ. T. Frolov özünün “İnsanın perspektivləri” 
kitabında yazırdı ki, qlobal problemlərin həlli elmi – texniki inqilabın inkişafı üçün mühüm şərtdir (4). 
Ekoloji mədəniyyət təbiətin inkişaf qanunauyğunluqlarını nəzərə alaraq mənimsənilməsinə
məqsədəuyğun şəkildə dəyişdirilməsinə, mühafizəsinə və qorunmasına yönəldilmiş insan fəaliyyətinin bütün 
növlərinin məcmusudur. 
Təbiətə təsir göstərərkən insan mənimsədiyi təbii və humanitar biliklərdən istifadə etməlidir. Ekoloji 
tərbiyənin, ekoloji biliklərin artması vacibliyini hələ bəşər sivilizasiyasının ilkin pillələrində əcdadlarımız 
özlərini təbiətin ayrılmaz hissəsi hesab etdikləri vaxt anlamışdılar. (Müasir anlamda yox). 
Təbiətin inkişafı insana lazım olan bioloji iqlim şəraitinin yaranmasına gətirib çıxarmışdır. İnsan təbiət 
münasibətlərinin inkişafındakı tədricilik, təkamülçülük müasir elmi - texniki inqilab sahəsində könüllü bir 
sıçrayışa gətirib çıxarmışdır. Təbiət qüvvələrinin insan tərəfindən ağıllı surətdə idarə olunması üçün birdən - 
birə qüdrətli və eyni zamanda dağıdıcı vasitələr yaradılmışdır. Ancaq, elmi - texniki inqilabın genişlənməsi ilə 
əlaqədar olaraq məhz ekologiya ilə bağlı böyük bir problem ortaya çıxmışdır. Dünyanın bir sıra ölkələrində 
ekoloji durumun yaxşılaşdırılması sahəsində “yaşıllar” hərakatı genişlənmişdir. Ekoloji mədəniyyət və 
təfəkkür cəmiyyətin toplamış olduğu ekoloji əxlaqı, etikanı, davranış qaydalarını özündə birləşdirir. Bir sözlə, 
ekoloji mədəniyyət cəmiyyət tərəfindən işlənmiş qanunların, ənənələrin, təsərüfat iqtisadi fəaliyyət və s. 
Sahələrdə təbiətlə özünün qarşılıqlı münasibətlərinin hormonikləşdirilməsi deməkdir. Ekoloji mədəniyyət 
təfəkkürün yardımı ilə daha sürətli inkişaf yolu əldə edir. Cəmiyyətlə təbiətin qarşılıqlı münasibətinin düzgün 
başa düşülməsinin onların qarşılıqlı təsirinin prinsiplərini düzgün anlamağa imkan verir. Bununla bərabər 
cəmiyyətlə təbiətin qarşılıqlı münasibətinin optimallaşdırılmasının taktiki vəzifələrinə ekoloji problemlərinə 
elmi - texniki həlli kompleks daxildir. Elmi - texniki tərəqqinin ekoloji problemlərin həllinə yönəldiyi əsas 
istiqamətlər: yeni “ekolojiləşdirilmiş” texnologiyanın yaradılması, kompyuterləşdirmə, kosmik tədqiqatlar
dünya okeanının mənimsənilməsi və s. - dir. 
ETT – nin müasir mərhələsi tamamilə yeni, əvvəllər elmi - texniki işlərə və praktiki tətbiqlərə aid 
olmayan iki texniki yeniliklə səciyyələnir; birincisi onlar bir sıra “ekoloji” parametrlərlə müşaiyət olunan 
şərtləri yerinə yetirməlidirlər. Yəni onlar təbiətə ziyan vurmamalı (suyu, havanı, yer təkini çirkləndirməməli, 
mikro və makroiqlimi pozmamalı, yüksək səs və vibrasiya yaratmamalı, yer qabığına toxunmamalı, flora və 
faunanın normal inkişafına mane olmamalıdır və s. ikincisi, bir sıra “etik” parametrlərlə bağlı şərtlərə əməl 
etməlidir. Yəni onlar insana və mədəniyyətə (adamları oyuncağa çevirməməli, onun fiziki və mənəvi aləmini 
və s. təhrif etməməlidir) ziyan vurmamalıdır. Bütün bunlar isə mədəniyyətin və ekoloji təfəkkürün vəhdəti 
həyata keçirilə bilər (5). 
Müasir dövrün sürətlə artan maddi və mənəvi praktikası, elmi - texniki inqilab, elmi biliklərin 
inteqrasiyası prosesləri əxlaq və sosial fəaliyyətin qarşılıqlı münasibətləri probleminin məhdud etik məsələdən 
son dərəcə geniş, hər bir konkret insan fəaliyyəti üçün bilavasitə əhəmiyyət kəsb edən dünyagörüşü və 
metodoloji problem səviyyəsinə qədər artırır. 
Sonuncu sistem bütövlük anlayışları ilə təyin edilən idrakın yeni istiqaməti kimi inkişaf edən 
qlobalistika nöqteyi - nəzərindən xüsusilə düzgündür. Məsələn, qlobalalistikanın ən perspektivli istiqaməti 
olan ekologiya bir sıra elə etik problemlər yaradıb ki, onları köhnə metodoloji mövqelərdən çıxış edərək həll 
etmək mümkün deyildir. İndi insanın mənəvi məsuliyyəti məsələləri artıq təbiətlə qarşılıqlı münasibətlər 
sahəsin də, heyvanlar aləminə münasibətə də şamil edilir, yəni məsuliyyət qlobal xarakter qazanır və o da öz 
növbəsində insanın dəyişmiş həyat və fəaliyyət şəraitində sosial fəaliyyətini müəyyən etməli 
istiqamətləndirilməlidir. 
Yaxın keçmişin ənənəvi elmi istiqamətlərindən fərqli olaraq qlobalistika özünün tətbiq sahəsini əsasən 
iki aspektdə görür və təsdiq edir, birincisi sosial - siyasi və elmi dünyagörüşü səciyyəli problemlər 
müxtəlifliyinin son dərəcə inteqrasiya edilməsində və onların həllində, ikincisi tədqiqatların həyati əhəmiyyətə 
malik olan və buna görə də hərtərəfli anlama tələb edən müxtəlif halların praqnozu, qabaqcadan xəbər 


"

Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   326   327   328   329   330   331   332   333   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin