Multidisciplinary Studies of the Turkish World ", dedicated to the 125
th
anniversary of
Amin Abid Gultekin The 25 th of March ISBN: Eskishehir / Türkiye ---251---
Tükənməkdə olan xammalın əvəzinə yenilərinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Onu da nəzərdən
qaçırmaq olmaz ki, bir çox hallarda inzibatçılıq və amiranə - bürokratik rəhbərlik üsullarının əhəmiyyətini də
danmaq olmaz. Məsələn, ulu öndərimiz Heydər Əliyevin “Hər bir ağacı kəsəndə elə bilirəm mənim qolumu
kəsirlər” kimi təbiətə, yaşıllığa vurulan zərbələrə belə kəskin reaksiya verməsi, prezdentimizin İlham Əliyev
cənablarının 23 aprel 2009 - cu il tarixdə Nazirlər Kabinetində keçirdiyi müşavirədə “Mən ağacların
kəsilməsini qadağan edirəm” deməsi buna əyani sübutdur(1).
Bununla əlaqədər elmi-texniki tərəqqinin kompleks proqramları mütləq ictimaiyyətin geniş
müzakirəsinə verilməlidir. Sənaye və kənd təsərrufatı istehsalatı, nəqliyyat və kommunal təsərrüfat - bütün
bunlar ətraf mühitdir ki, onun vasitəsilə insan təbiətə təsir edir və eyni zamanda onun təsirinə məruz qalır. Bir
sözlə, çıxış yolu elmi - texniki inkişafa humanist istiqamət vermək, qabaqcadan onun sosial nəticələrini görmək
və vaxtında qarşısını almaq imkanındadır. Tanınmış sovet filosofu İ. T. Frolov özünün “İnsanın perspektivləri”
kitabında yazırdı ki, qlobal problemlərin həlli elmi – texniki inqilabın inkişafı üçün mühüm şərtdir (4).
Ekoloji mədəniyyət təbiətin inkişaf qanunauyğunluqlarını nəzərə alaraq mənimsənilməsinə,
məqsədəuyğun şəkildə dəyişdirilməsinə, mühafizəsinə və qorunmasına yönəldilmiş insan fəaliyyətinin bütün
növlərinin məcmusudur.
Təbiətə təsir göstərərkən insan mənimsədiyi təbii və humanitar biliklərdən istifadə etməlidir. Ekoloji
tərbiyənin, ekoloji biliklərin artması vacibliyini hələ bəşər sivilizasiyasının ilkin pillələrində əcdadlarımız
özlərini təbiətin ayrılmaz hissəsi hesab etdikləri vaxt anlamışdılar. (Müasir anlamda yox).
Təbiətin inkişafı insana lazım olan bioloji iqlim şəraitinin yaranmasına gətirib çıxarmışdır. İnsan təbiət
münasibətlərinin inkişafındakı tədricilik, təkamülçülük müasir elmi - texniki inqilab sahəsində könüllü bir
sıçrayışa gətirib çıxarmışdır. Təbiət qüvvələrinin insan tərəfindən ağıllı surətdə idarə olunması üçün birdən -
birə qüdrətli və eyni zamanda dağıdıcı vasitələr yaradılmışdır. Ancaq, elmi - texniki inqilabın genişlənməsi ilə
əlaqədar olaraq məhz ekologiya ilə bağlı böyük bir problem ortaya çıxmışdır. Dünyanın bir sıra ölkələrində
ekoloji durumun yaxşılaşdırılması sahəsində “yaşıllar” hərakatı genişlənmişdir. Ekoloji mədəniyyət və
təfəkkür cəmiyyətin toplamış olduğu ekoloji əxlaqı, etikanı, davranış qaydalarını özündə birləşdirir. Bir sözlə,
ekoloji mədəniyyət cəmiyyət tərəfindən işlənmiş qanunların, ənənələrin, təsərüfat iqtisadi fəaliyyət və s.
Sahələrdə təbiətlə özünün qarşılıqlı münasibətlərinin hormonikləşdirilməsi deməkdir. Ekoloji mədəniyyət
təfəkkürün yardımı ilə daha sürətli inkişaf yolu əldə edir. Cəmiyyətlə təbiətin qarşılıqlı münasibətinin düzgün
başa düşülməsinin onların qarşılıqlı təsirinin prinsiplərini düzgün anlamağa imkan verir. Bununla bərabər
cəmiyyətlə təbiətin qarşılıqlı münasibətinin optimallaşdırılmasının taktiki vəzifələrinə ekoloji problemlərinə
elmi - texniki həlli kompleks daxildir. Elmi - texniki tərəqqinin ekoloji problemlərin həllinə yönəldiyi əsas
istiqamətlər: yeni “ekolojiləşdirilmiş” texnologiyanın yaradılması, kompyuterləşdirmə, kosmik tədqiqatlar,
dünya okeanının mənimsənilməsi və s. - dir.
ETT – nin müasir mərhələsi tamamilə yeni, əvvəllər elmi - texniki işlərə və praktiki tətbiqlərə aid
olmayan iki texniki yeniliklə səciyyələnir; birincisi onlar bir sıra “ekoloji” parametrlərlə müşaiyət olunan
şərtləri yerinə yetirməlidirlər. Yəni onlar təbiətə ziyan vurmamalı (suyu, havanı, yer təkini çirkləndirməməli,
mikro və makroiqlimi pozmamalı, yüksək səs və vibrasiya yaratmamalı, yer qabığına toxunmamalı, flora və
faunanın normal inkişafına mane olmamalıdır və s. ikincisi, bir sıra “etik” parametrlərlə bağlı şərtlərə əməl
etməlidir. Yəni onlar insana və mədəniyyətə (adamları oyuncağa çevirməməli, onun fiziki və mənəvi aləmini
və s. təhrif etməməlidir) ziyan vurmamalıdır. Bütün bunlar isə mədəniyyətin və ekoloji təfəkkürün vəhdəti
həyata keçirilə bilər (5).
Müasir dövrün sürətlə artan maddi və mənəvi praktikası, elmi - texniki inqilab, elmi biliklərin
inteqrasiyası prosesləri əxlaq və sosial fəaliyyətin qarşılıqlı münasibətləri probleminin məhdud etik məsələdən
son dərəcə geniş, hər bir konkret insan fəaliyyəti üçün bilavasitə əhəmiyyət kəsb edən dünyagörüşü və
metodoloji problem səviyyəsinə qədər artırır.
Sonuncu sistem bütövlük anlayışları ilə təyin edilən idrakın yeni istiqaməti kimi inkişaf edən
qlobalistika nöqteyi - nəzərindən xüsusilə düzgündür. Məsələn, qlobalalistikanın ən perspektivli istiqaməti
olan ekologiya bir sıra elə etik problemlər yaradıb ki, onları köhnə metodoloji mövqelərdən çıxış edərək həll
etmək mümkün deyildir. İndi insanın mənəvi məsuliyyəti məsələləri artıq təbiətlə qarşılıqlı münasibətlər
sahəsin də, heyvanlar aləminə münasibətə də şamil edilir, yəni məsuliyyət qlobal xarakter qazanır və o da öz
növbəsində insanın dəyişmiş həyat və fəaliyyət şəraitində sosial fəaliyyətini müəyyən etməli
istiqamətləndirilməlidir.
Yaxın keçmişin ənənəvi elmi istiqamətlərindən fərqli olaraq qlobalistika özünün tətbiq sahəsini əsasən
iki aspektdə görür və təsdiq edir, birincisi sosial - siyasi və elmi dünyagörüşü səciyyəli problemlər
müxtəlifliyinin son dərəcə inteqrasiya edilməsində və onların həllində, ikincisi tədqiqatların həyati əhəmiyyətə
malik olan və buna görə də hərtərəfli anlama tələb edən müxtəlif halların praqnozu, qabaqcadan xəbər