Multidisciplinary Studies of the Turkish World ", dedicated to the 125
th
anniversary of
Amin Abid Gultekin The 25 th of March ISBN: Eskishehir / Türkiye ---250---
Təbiət həmişə mükəmməl olsa da, onun haqqında biliklərimiz hələ də mükəmməl deyil. Məhz buna
görə də insan öz təlabat və mənafeyinə müvafiq olaraq onu səmərəli, düzgün ağılla dəyişdirir. Lakin, bu proses
elə getməlidir ki, insanın təlabatları, mənafeyi və məqsədi ilə təbiətin imkanları, mənafeyi və təlabatları
uyğunlaşsın. Elə ona görə də, ətraf mühitin dəyişdirilməsinin xarakteri və miqyası qabaqcadan müəyyən
edilməlidir. Yəni bu poses kortəbii şəkildə olmamalıdır, buna böyük mənəvi məsuliyyətlə yanaşmaq lazımdır.
Bu isə öz bəhrəsini insanla təbiətin qarşılıqlı münasibətinin həqiqi elmi - nəzəri konsepsiyaya əsaslandığı
zaman baş verir. Ekoloji tərbiyənin, ekoloji şüurun formalaşması o vaxt səmərəli olar ki, insanın mənimsədiyi
ekoloji normalar eyni zamanda onun təbiətə münasibətinin davranış normalarına çevrilsin.
Ekoloji böhran bir yandan torpaqlarımızın işğalı faktını təsdiqləyir, o biri tərəfdən gənc nəsildə ekoloji
mədəniyyətin ardıcıl inkişafını təşkil etməklə onda təbiətə humanist münasibət hissləri formalaşdırılmasının
böyük rolu var. Əgər vaxtilə biz təbiəti ümumilli və ümumbəşəri sərvət kimi qiymətləndirərək, onun taleyinə
böyük məsuliyyət hissi ilə yanaşsaydıq bu gün torpaqlarımız yadların əlinə keçməzdi. Hər bir ictimai quruluş
dövlət səviyyəsində ətraf mühitin dəyişdirilməsinin miqyasını və xarakterini müəyyən etsəydi, ekoloji
tərbiyənin norma və metodlarını seçsəydi, bu gün ekoloji problem qlobal problemə çevrilməzdi. Onu da qeyd
etmək lazımdır ki, bəşəriyyət ümumi inkişafı ilə bağlı olan qlobal problemlər içərisində ekoloji problemlər
müasir dövrdə birinci yerə çıxmışdır. Əgər bunu və bunun əsasında bəşəriyyətlə ətraf mühitin qarşılıqlı
təsirinin yeni mərhələsini bu gün insanlar dərk etmək istəmirlərsə demək biz özümüzün, gələcək nəslin və yer
kürəsinin ölüm hökmünü vermiş oluruq. Yəni mərhələnin başlıca xüsusiyyəti bir tərəfdən insanın təbiəti
mənimsəməsinin hüdudunun genişlənməsidirsə, digər tərəfdən onun, planetin ehtiyatlarının tükənməsi faktı
ilə hesablaşmağa məcbur olmasıdır. Bu şərait isə bir sıra elmlərin qarşısında təbiətdən səmərəli istifadə
modellərini tapmaq vəzifəsini ön plana çıxarır. Burada söhbət cəmiyyət və ətraf mühitin qarşılıqlı təsir ilə
əlaqədar nəzarət, nizamlanma, idarəetmə imkanlarının elmi axtarışlarından gedir. İnsanla ətraf mühitin
hormonik inkişafını təmin etməklə yanaşı, mühüm ekoloji çətinlik və ziddiyətlərin aradan qaldırılması olduqca
vacibdir. Təbii proseslərə insanın müdaxiləsi nəticəsində insanla təbiətin qarşılıqlı münasibətində baş verə
biləcək anlaşılmazlığın bəşəriyyət üçün necə qlobal əhəmiyyət daşıdığını anlamaq şübhəsiz vacib şərtlərdən
biridir. Elə buna görə də elmin ekolojiləşməsi əbədi problem hesab edilən təbiət və cəmiyyət probleminin həlli
yolunda irəliyə doğru atılan mühüm addım kimi dəyərləndirmək olar.
Hazırda ekoloji problem bəşəriyyət üçün çox mühüm məna kəsb edir və özünün hərtərəfli tədqiqini
tələb edir. Daha çox diqqəti biosferdə gedən dəyişikliklərin qlobal xarakteri cəlb edir. Çünki, insanı əhatə edən
təbiətin böhranı göz qabağındadır: xamal böyük sürətlə azalır, biosfer tullantılarla çirklənir, atmosferdə
oksigen qıtlığı meylləri göz qabağındadır. Bütün bunlar insan fəaliyyətinin təbiətin özünüidarəsinə zəruri edən
böyük bir sübutdur. Hazırda insan fəaliyyəti biosfer və onun özü üçün təhlükəli olan ən güclü amil hesab edilə
bilər.
Məhz buna görə müasir dövrdə insan və təbiətin qarşılıqlı təsiri nəticəsində ortaya çıxan təhlükəli
meyllərin tədqiqi və onların praktiki surətdə aradan qaldırılması problemi mühüm vəzifələrdən biridir.
Qlobal ekoloji problem bizim təbiətə olan münasibətlərimizin radikal dəyişməsini tələb edir. Müasir
ekoloji şüur və təfəkkür üçün tamamilə aydındır ki, insanla təbiət münasibətləri “Domokl qılıncı”
vəziyyətindədir. Bu problemin həlli yollarında müxtəlif, hətta antielmi konsepsiyalar meydana çıxmışdır. Elə
elmi nəzəriyyələr var ki, onlar elmi - texniki inkişafı məhdudlaşdırmağa, hətta dayandırmağa çağırırlar. Belə
halda sual olunur: Doğrudanmı daha elmi - texniki inkişafa ehtiyac yoxdur? Əlbəttə bu olduqca mübahisəli
məsələdir. Son vaxtlar texnokratik əhval - ruhiyyəyə qarşı tez - tez ədalətli iradlar tutulur, xüsusilə, insanın
təbiətə müxtəlif sənaye və texniki qurğuların vasitəsilə etdiyi mənfi təsirləri nəzərə almayanda, bu daha aydın
görünür. Bununla yanaşı antitexniki meylləri bizim zənimizcə düzgün hesab etmək olmaz. Sosial tərəqqi
tarixinin dialektikası ilə hesablaşmamaq mümkün deyil.
İnsanlar yaratdıqları istehsal alətləri ilə təbiətə təsir göstərməyə bilməzlər. Unutmaq olmaz ki, elmi -
texniki tərəqqinin mənfi nəticələrindən yaxa qurtarmaq, ekoloji təhlükəsizliyi təmin etmək yalnız və yalnız
elm və texnikanın əsasında mümkündür. Ancaq bu yolda ətraf mühitin qorunub saxlanılması üçün şərait
yaratmaq olar, bununla da sivilizasiyanın sonrakı inkişafını təmin etmiş olarıq. Başqa imkan yoxdur və
gözlənilmir. Söhbət təkcə texnosferin ekoloji cəhətdən təhlükəsizliyindən getmir. Əsas məqsəd ondan ibarətdir
ki, elə yeni texnoloji vasitə və qurğular yaradılmalıdır ki, onlar texnogen təsiri təbiətə vurduğu zərəri ödəmək
imkanını tezliklə gerçəkliyə çevirə bilsinlər. İlk növbədə energetikada, sənayedə, nəqliyyatda, meşə
təsərrüfatında, şəhərsalmada və xalq təsərrüfatının digər mühüm sahələrində təbiətdən istifadənin texoloji
strategiyanın işləyib hazırlanması nəzərdə tutulur. Bütün bunlar ətraf mühüti fiziki, kimyəvi və bioloji xarakter
daşıyan antropogen təsirindən mühafizə etməlidir. Daha sonra istehsalın enerji, material və su tutumunun
azaldılması, təbii xammal resurslarının kompleks istifadəsinin, istehsal tullantılarının sahələrarası və
sahələrdaxili təkrar istifadə olunmasının perspektiv istiqamətlərinin aşkara çıxarılması meydana çıxarır.