Conference Paper · March 023 citations reads 163 authors


Multidisciplinary Studies of the Turkish World



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə332/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   328   329   330   331   332   333   334   335   ...   357
Eskisehir-25.03.23

Multidisciplinary Studies of the Turkish World
", dedicated to the 125
th
anniversary of
Amin Abid Gultekin 
The 25
th
 of March ISBN: Eskishehir / Türkiye
---253--- 
Birincisi, Yer təbiətinin özünütənzimləmə və özününizamlama sahəsindəki qabiliyyətləri və 
bacarığıdır. Müəyyən dövrə qədər Yer təbiəti özünü zərərli təsirlərdən qoruyaraq istehsalın tullantılarını 
təmizləyə bilir. Lakin onun imkanları məhduddur. Təbii mühitin tutumu insanın təsərrüfat fəaliyyətinin 
tullantılarını həmişə təmizləməyə imkan vermir, onların getdikcə artması ətraf mühitin qlobal çirklənməsi 
təhlükəsini yaradır. 
İkincisi, bir planet çərçivəsində yer ərazisinin fiziki məhdudluğudur. Bunun nəticəsi olaraq insanlar 
tərəfindən istifadə olunan faydalı qazıntılar ehtiyatı, o cümlədən neft, daş kömür və s. Tədricən işlədilərək 
tükənir və yox olur. Bəşəriyyət qarşısında alternativ enerji mənbələrinin axtarışı kimi daha böyük və nəhəng 
vəzifələr durur. 
Üçüncüsü, təbiətdə istehsalın tullantısız olması, sənayedə isə istehsalın tullantılı xarakterinə malik 
olmasıdır. Təbiətdə istehsal qapalı tsikldə həyata keçir. O tullantısızdır. İstehsal fəaliyyətinin son məhsulu yeni 
istehsal tsiklinin çıxış nöqtəsi olur. Təbiətdəki istehsaldan fərqli olaraq, bəşəri istehsal öz kütləsi və əsasına 
görə tullantılıdır. Bşqa sözlə desək, istehsalın son məhsulu digər tsiklin çıxış nöqtəsinə çevrilmir və yalnız 
tullatıya çevrilir. Hesablanmışdır ki, hər bir insanın həyat fəaliyyəti üçün bir ildə 20 t təbii resurslardan istifadə 
olunmalıdır.Onlardan yalnız 5 - 10 faizi məhsula çevrilir, qalan 90-95 faizi isə tullantıya çevrilir (7).
Konkret faktlara keçsək deyə bilərik ki, maddi ehtiyatlardan dəfələrlə tsiklik, qənaətlə istifadə edilməsi 
nəinki bütün dünyada geniş müzakirə olunur, eyni zamanda bir çox inkişaf ölkələrdə çoxdan tətbiq 
edilməkdədir. Məsələn, bir sıra qabaqcıl ölkələrdə qurğuşunun 65 faizi, dəmirin 60 faizi, misin 40 faizdən 
çoxu, nikelin 40 faizi, alüminimun 33 fazii, 32 faizi və s. təkrar istifadə olunur. Keçmiş SSRİ - də ən çox qeyri 
- səmərəli istifadə olunan enerji idi. Məsələn Yaponiyada hələ 80 - ci illərdə 1 ton poladı əritmək üçün 18,8 
milyard coul, ABŞ - da 23,9 milyard coul, SSRİ - də isə 33 milyard coul enerji sərf olunurdu. Təkcə ABŞ - 
dakından 4,5 dəfə artıq enerji sərf olunmuşdur. 
Enerji istehsalı isə sənayenin ekoloji cəhətdən ekoloji cəhətdən ən zərərli sahəsi hesab olunur. Bundan 
əlavə, planetin ciyərləri hesab olunan meşələrdən dəhşətli şəkildə istifadə olunur, (Bunu son illərin Azərbaycan 
meşələrindən istifadə haqqında daha kəskin şəkildə demək olar). 
Ümumiyyətlə, insanın istehsal fəaliyyətinin fövqaləladə dərəcədə tullantılı olması təbiəti dəhşətli 
dərəcədə zərərli maddələrlə çirkləndirir, nəticədə təbii resursların vaxtından əvvəl tükənməsinə, təbiətin 
ekoloji sisteminin dağılmasına gətirib çıxarır. 
Dördüncüsü, insan təbiətin inkişaf qanunlarını dərk etməli və onlardan istifadə etməlidir. Məsələ 
burasındadır ki, insan fəaliyyətinin nəticələrini müəyyən edən təbiətin inkişaf qanunlarını insanlar abstrakt 
şəkildə deyil, laboratoriya analizləri yolu ilə deyil, təbiətdən istifadə prosesində, təsərrüfatın aparılması 
gedişində toplanan təcrübə yolu ilə dərk edir. Burada insanın təbii mühitə təsirinin nəticələrinin təzahürünün 
iki xüsusiyyətini göstərmək lazımdır. Birincisi, zamanda (müəyyən vaxtda)göstərilən təsirdir. İstehsal - 
təsərrüfat fəaliyyətinin nəticələri - ətraf mühitin çirklənməsi, onun ekoloji əlaqələrinin dağılması təkcə indiki 
nəslin yaşadığı zamanda təzahür etmir, həmçinin gələcəkdə sonrakı nəsillərin yaşadığı dövrdə də təzahür edir. 
Bu zaman insan təbiət üzərində hökmranlığının dəhşətli nəticələrinin şahidi ola bilmir. İkinci xüsusiyyət 
təsərrüfat fəaliyyətinin nəticələrinin məkanda təzahürü ilə əlaqədardır. Təsərrüfatçılıqla bağlı təbiətə təsir 
müəyyən yerdə göstərilsə də həmin təsir özünün dogər regionlarda da göstərir. İkinci qrupp səbəblər subyektiv 
səbəblər hesab olunur. Onların içərisində aşağıdakıları xüsusi qeyd etmək lazımdır.: Birincisi, ətraf mühitin 
mühafizəsi sahəsində dövlətin təşkilati - hüquqi və iqtisadi fəaliyyətindəki qüsurlar; ikincisi, ekoloji tərbiyə və 
təhsildəki nöqsanlar; XX əsrin sonuna yaxın ictimai və texniki tərəqqinin nailiyyətlərinə baxmayaraq, insanın 
təbiətə münasibətində istehlakçı psixologiyası hakim mövqedə durmaqdadır. 
Ətraf mühitə təsir edən subyektiv faktorlar içərisində iki amilin adını çəkmək olar. Bunlar ekoloji 
cəhalət (buna mədəniyyətsizlik də demək olar) və ekoloji nihilizm hesab olunur. Onların ümumi cəhəti budur 
ki, insanla ətraf mühütin ünsiyyətində (təmasında) ekoloji qanunauyğunluqlar laqeydlik və biliyə 
əsaslanmamaqdır. Bu isə öz növbəsində ekoloji anarxizmə aparıb çıxarır. Ekoloji cəhalət (mədəniyyətsizlik) 
mühüm əhəmiyyətə malikdir. Burada insanla ətraf mühitin qarşılıqlı əlaqəsinin öyrənilməsi, mövcud biliklər 
əsasında yaranan təcrübədən səmərəli istifadə edilməsində laqeydlik mühüm yer tutur. 
Nihilist müəyyən ekoloji biliklərə yiyələnmiş ola bilər. Lakin təcrübədə ondan istifadə etməməklə 
özünün nihilizmini bir daha sübut edər.Bir sözlə, ekoloji cəhalət və ekoloji nihilizm istehlakçı psixologiyası 
ilə birlikdə ekoloji mədəniyyətin düşməni rolunda çıxış edir. 
Qeyd etmək lazımdır ki, ağılın təfəkkürün olması insanın bütün canlı varlıqlardan yüksəkdə durmasına 
imkan verir və insan cəmiyyəti özünün sosial və iqtisadi qanunları ilə inkişaf etmişdir. Lakin bütün bunlara 
baxmayaraq, insan daim təbiətin bir hissəsi olaraq qalmışdır və qalacaqdır. Bu, o deməkdir ki, nə qədər 
müstəqil olursa - olsun, insan bütün başqa canlılar kimi ətraf mühitdən, ekoloji şəraitdən asılı olaraq qalmaqda 
davam edir. Deməli, özünün, gələcək nəsillərin xətrinə o təbiəti qorumağa borcludur. 


"

Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   328   329   330   331   332   333   334   335   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin