Key words: economy, development, analysis, waste, disposal, reuse, safety
Hazırki dövrdə Azərbaycanda iqtisadiyyatın inkişafı kifayət qədər sürətlə davam edir. Əsas iqtisadi
göstərici kimi Ümumi Daxili Məhsul həcminə görə ölkəmiz dünyada qabaqcıl yerlərdən birini tutur. Beləki,
2010 –cu ildə ölkəmizdə Ümumi Daxili Məhsulun həcmi 42465 mln.man, 2020 –ci ildə isə artaraq 72432,2
mln. manat olmuşdur. Əgər bunu 2010-cu ilin göstəriciləri ilə müqayisə etsək görəri ki, 10 il ərzində ömumi
daxili məhsulun həcmi təxminən 1,7 dəfə artmışdır. 2020-ci ildə ölkə üzrə adambaşına düşən Ümumi Daxil
Məhsulun həcmi isə 7262,8 manat olmuşdur
(
Azərbaycanın statistik göstəriciləri, 2001: s. 19).
2020-ci ildə ölkədə fəaliyyət göstərən sənaye obyektlərinin sayı 3389 olmuş, əsas fondlarının dəyəri
isə 234159, mln. manat təşkil etmişdir. 2020-ci ildə ölkəmizin sənayesində əsas kapitala istiqamətlənən
investisiyaların həcmi 9065,3 mln. manat olmuşdur. Bu isə ölkə iqtisadiyyatına qoyulan investisiyaların
52.6, % -ni təşkil edir
(
Azərbaycanın statistik göstəriciləri, 2001: s.424).
Fəaliyyət göstərən sənaye müəssisələrinində külli miqdarda istehsal tullantıları yaranır. Buna görə də
həmin tullantılardan istifadə edilməsi və utilizasiyası çox mühüm məslələrdən biri hesab olunur.
Ölkəmizdə sənaye–istehsal təsərrüfat fəaliyyəti nəticəsində təhlükəli istehsalat tullantılarının əmələ
gəlməsi, onların utilizasiyası və istifadə olunmasını səciyyələndirən göstəricilər 1 saylı cədvəldə öz əksini
tapmışdır.
Cədvəl 1–də verilən statistik məlumatların təhlili göstərir ki, 2015-2020 –ci illərdə 1235,5 min ton
təhlükəli istehsalat tullantıları əmələ gəlmiş, onlardan 40.3min tonu istifadə olunmuş, 402,7min tonu isə
zərərsizləşdirilmişdir. Bu dövrdə 792,5 min ton təhlükəli tullantı isə ətraf mühitə atılmışdır. Bunun qarşısını
almaq üçün və belə halların aradan qaldırılması məqsədilə ətraf mühitin öyrənilməsi, ekoloji təhlükəsizliyin
tam təmin edilməsi ölkəmizin əsas prioritet məsələsi hesab edilir.