Cədvəl 2. Azərbaycan Respublikasının şəhərləri üzrə təhlükəli istehsalat tullantıların yaranması və onlardan istifadə edilməsi, min ton Təhlükəli tullantılar yaranmışdır
Təhlükəli tullantılardan istifadə
edilmişdir
2015
2018
2020
2015
2018
2020
Azərbaycan Respublikası
üzrə
262,6
338,7
317,2
5.8
3.6
6,3
Bakı
139,2
183,5
294,7
5,5
3,3
6,3
Sumqayıt
0,7
1,2
1,0
-
-
-
Şirvan
0,07
0,06
1,2
0,04
0,03
0,009
Mənbə : Azərbaycan Dövlət Statistika Komitəsi (Azərbaycanda ətraf mühit, 2020:
s.86)
Cədvəldə 2-də verilmiş göstəricilərin təhlili göstərir ki, ölkədə yaranan təhlükəli tullantıların həcminə
görə Bakı şəhəri birinci yerdə durur. Belə ki, 2020 –ci ildə yaranmış təhlükəli istehsalat tullantılarının həcmi
bu şəhərdə 294,7 min ton olmuşdur ki, bu da ümumi təhlükəli tullantı həcminin 99,2% təşkil edir. Bakı
şəhəri üzrə bu göstərici 2015 –ci illə müqayisədə 2020 –ci 1,6 dəfə coxdur. Qeyd etmək lazımdır ki, Bakı
şəhəri üzrə təhlükəli tullantıların həcminin artmasına baxmayaraq, onlardan istifadə göstəriciləri fərqli
olmuşdur. Belə ki, 2015 –cu ildə yaranmış 139.2 min ton təhlükəli tullantıdan 5.5 min tonu istifadə edildiyi
halda, 2020- ci ildə isə 294.7 min ton təhlükəli istehsalat tullantısından cəmisi 6.3 min tonu istifadə
olunmuşdur (Azərbaycanda ətraf mühit, 2020).
Sumqayıt şəhəri üzrə 2015-ci ildə yaranan təhlükəli tullantının həcmi aşağıdakı kimi olmuş və
onlardan istifadə olunmamışdır. Belə ki, Sumqayıt şəhəri üzrə bu göstərici 2015- 2020 -ci illərdə 0.7-1.0
min ton təşkil etmiş, lakin təhlükəli istehsalat tullantılarından istifadə olunmamışdır (Azərbaycanda ətraf
mühit, 2020).