Conference Paper · March 023 citations reads 163 authors


Multidisciplinary Studies of the Turkish World



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə344/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   340   341   342   343   344   345   346   347   ...   357
Eskisehir-25.03.23

Multidisciplinary Studies of the Turkish World
", dedicated to the 125
th
anniversary of
Amin Abid Gultekin 
The 25
th
 of March ISBN: Eskishehir / Türkiye
---260--- 
şərq, şimal-qərb və şimal yamaclar) yamaclarında həm 50, həm 70, həm 90 və həm də 110 yaşında ən böyük 
məhsuldarlığa malikdir. Tədqiqat apardığımız ərazidə fıstıq meşələri cənub səmtli yamaclarda ya yoxdur, ya 
da az məhsuldarlığa malikdir. Digər səmtli yamaclarda fıstıq meşələri orta məhsuldarlığa malikdir, yəni az 
məhsuldarlığa malik olmasa da çox yüksək məhsuldarlığa da malik deyil. Tədqiqat apardığımız ərazidə 
dağların cənub səmtli yamaclarında 50, 70, 90 və 110 yaşlı fıstıq meşələrinə demək olar ki, təsadüf olunmur. 
Belə ki, tədqiqat apardığımız ərazidə dağların cənub səmtli yamaclarında palıd və ekoloji xüsusiyyətləri palıd 
ağacının ekoloji xüsusiyyətlərinə xeyli dərəcədə yaxın olan vələs ağaclarının sıxışdırıcı təsiri altında fıstıq 
meşələrinin təzələnməsi pis gedir və ya demək olar ki, getmir. Belə bir səhnənin yaranması fıstıq ağacının 
ekoloji xüsusiyyətləri ilə əlaqədardır. Belə ki, bir meşə əmələ gətirən ağac cinsi kimi, şərq fıstığı gürcü palıdı 
ilə müqayisədə rütubətə daha çox tələbkardır. Dağlıq ərazilərdə, o cümlədən bizim tədqiqat apardığımız 
ərazidə də, günəş şüalarının daha yaxşı işıqlandırdığı quraqtəhər cənub səmtli yamaclarda fıstıq ağacları öz 
ömürlərinin ilk illərində yaz günəş qarsalamasından zərər çəkir. Tədqiqat apardığımız ərazidə günəş şüalarının 
cənub səmtli yamaclara nisbətən az işıqlandırdığı nisbətən kölgəli və 3 rütubətli şimal səmtli yamaclarda 
yüksək məhsuldarlığa malik olan meşələr yaradan şərq fıstığı nisbətən günəş şüalarının daha yaxşı 
işıqlandırdığı cənub səmtli qurutəhər yamaclarda bitdikdə onun gövdəsinin qabığını və onun altında olan 
kambi qatını günəş şüaları yandırır və bu yanmadan fıstıq ağacı ölür. Bu səbəblərə görə fıstıq ağacları cənub 
səmtli yamaclarda köklü meşələr yarada bilmir və yaşayış uğrunda mübarizə prosesinin nəticəsində zaman 
keçdikcə işığa və istiliyə daha çox tələbkar olan və cənub səmtli yamaclarda daha sürətlə inkişaf edən palıd və 
vələs ağaclarının sıxışdırıcı təsiri altında tədricən sıradan çıxır. Fıstıq ağacının bütün növləri, o cümlədən şərq 
fıstığı kölgəyə davamlı ağac cinsidir. Kölgəyə davamlı meşə əmələ gətirən ağac cinsi kimi fıstıq çox vaxt bir 
mərtəbəli (bir yaruslu) ağaclıqlar yaradır. Onun əmələ gətirdiyi kölgəli meşə örtüyü altında işığa xeyli 
tələbkar olan palıd, vələs və s. kimi ağac cinslərinin cücərtiləri bitə bilmir. Tədqiqat apardığımız ərazidə fıstıq 
ağacının ən əlverişli bitmə şəraiti günəş şüalarının nisbətən az işıqlandırdığı kölgəli və rütubətli şimal səmtli 
yamaclardır. Bu yamaclarda fıstıq meşələri həm çox yayılır, həm də ən yüksək məhsuldarlığa malik olur. Başqa 
sözlə desək, tədqiqat apardığımız ərazidə cənub səmtli yamaclarda əmələ gəlmiş fıstıq meşələri gələcəkdə 
günəş şüalarının daha yaxşı işıqlandırdığı və günəş şüalarına daha çox tələbkar olan və bu şəraitdə daha sürətlə 
inkişaf edən palıd və palıd-vələs ağaclıqları tərəfindən sıxışdırılaraq sıradan çıxarılacaq və məhv olacaqdır. 
Gəldiyimiz maraqlı nəticələrdən biri də budur ki, tədqiqat apardığımız ərazidə fıstıq meşələri dağların daha 
kölgəli və daha rütubətli şimal səmtli yamaclarında ən yüksək məhsuldarlığa malik olması üstünlüyünü özünün 
müxtəlif yaş dövrlərində (bizim misalda 50, 70, 90 və 110 yaşlı meşələrdə) qoruyub saxlayır. 
Daha sonra biz dağlıq ərazilərdə müxtəlif səmtli yamacların meşə əmələ gətirən ayrı-ayrı ağac 
cinslərinin yayılmasına, onların yaratdığı meşələrin inkişafına, məhsuldarlığına və davamlılığına təsirini 
öyrənmək üçün Böyük Qafqazın cənub-şərq hissəsinin şimal-şərq yamacında Quba rayonunun Rustov 
meşəçilik idarəsinin ərazisində orta dağlıq ərazilərdə qəhvəyi dağ-meşə torpaqlarının müxtəlif növlərinin 
üzərində formalaşmış olan, gürcü palıdının üstünlük təşkil etdiyi 50, 70, 90 və 110 yaşlı meşələrdə müşahidələr 
apardıq və aşağıdakı faktları aşkara çıxardıq: 
Yamacların səmtinin palıd meşələrinin yayılmasına və məhsuldarlığına təsiri. 
yamacların səmti 
meşələrin yaşı və onların yaşa görə bir hektarda yaratdığı oduncağın miqdarı 
50 il 
70 il 
90 il 
110 il 
cənub 
100 m
3
/ ha 
meşə yoxdur 
meşə yoxdur 
meşə yoxdur 
cənub-şərq 
120 m
3
/ ha 
150 m
3
/ ha 
150 m
3
/ ha 
meşə yoxdur 
cənub-qərb 
100 m
3
/ ha 
120 m
3
/ ha 
80 m
3
/ ha 
meşə yoxdur 
qərb 
meşə yoxdur 
meşə yoxdur 
meşə yoxdur 
meşə yoxdur 
şərq 
90 m
3
/ ha 
130 m
3
/ ha 
110 m
3
/ ha 
meşə yoxdur 
şimal-şərq 
80 m
3
/ ha 
110 m
3
/ ha 
150 m
3
/ ha 
meşə yoxdur 
şimal 
meşə yoxdur 
meşə yoxdur 
meşə yoxdur 
meşə yoxdur 
şimal-qərb 
80 m
3
/ ha 
80 m
3
/ ha 
meşə yoxdur 
meşə yoxdur 
Yuxarıdakı cədvəldən göründüyü kimi, Böyük Qafqazın cənub-şərq hissəsinin şimal-şərq yamacında 
yerləşən Rustov meşəçilik idarəsinin ərazisində formalaşmış və gürcü palıdının üstünlük təşkil etdiyi palıd 
meşələri dağların cənub və cənub-şərq 4 yamaclarında ən böyük məhsuldarlığa, şimal-qərb, şimal və qərb 
yamaclarda isə ən az məhsuldarlığa malikdir. Digər səmtli yamaclarda palıd meşələri orta məhsuldarlığa 
malikdir, yəni az məhsuldarlığa malik olmasa da çox yüksək məhsuldarlığa da malik deyil. Hətta tədqiqat 
apardığımız ərazidə dağların daha kölgəli və daha rütubətli şimal səmtli yamaclarında 50, 70, 90 və 110 yaşlı 
palıd meşələrinə ya çox az təsadüf olunur, ya da demək olar ki, təsadüf olunmur. Ümumiyyətlə tədqiqat 
apardığımız ərazidə gürcü palıdının üstünlük təşkil etdiyi meşələrdə palıd şimal yamaclarda məhsuldarlığı çox 


"

Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   340   341   342   343   344   345   346   347   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin