Conference Paper · March 023 citations reads 163 authors


Multidisciplinary Studies of the Turkish World



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə345/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   341   342   343   344   345   346   347   348   ...   357
Eskisehir-25.03.23

Multidisciplinary Studies of the Turkish World
", dedicated to the 125
th
anniversary of
Amin Abid Gultekin 
The 25
th
 of March ISBN: Eskishehir / Türkiye
---261--- 
da yüksək olmayan meşələr yaradır. Bunun əsas səbəbi gürcü palıdının və şərq fıstığının ekoloji tələbatlarının 
bir-birindən fərqli olmasıdır. Belə ki, tədqiqat apardığımız ərazidə dağların daha kölgəli və daha rütubətli şimal 
və qərb yamaclarında fıstıq və ekoloji tələbatları fıstığa yaxın olan vələs ağaclarının sıxışdırıcı təsiri altında, 
işığa və istiliyə daha çox tələbkar olan, palıd meşələrinin təzələnməsi pis gedir və ya demək olar ki, getmir. 
Çünki palıd ağacı fıstıq ağacı ilə müqayisədə işığa və istiliyə xeyli dərəcədə tələbkardır, çox rütubətlənməyə 
fıstıq ağacı qədər davamlı deyil (torpağın optimal rütubətlənməsi şəraitində o daha sürətli inkişafa malik olur). 
Bu xüsusiyyətləri onu cənub səmtli yamaclarda hakim ağaca çevirir. Çünki bu yamaclarda palıd özünü tam 
sərbəst hiss edir və həmin yamaclarda meşə əmələ gətirən digər ağac cinslərinin mövcud olmasına demək olar 
ki, imkan vermir. Tədqiqat apardığımız ərazidə nisbətən kölgəli və rütubətli şimal səmtli yamaclarda palıd 
normal inkişaf edə bilmir və əksər hallarda öz yerini fıstığa və vələsə verir. Başqa sözlə desək, tədqiqat 
apardığımız ərazidə dağların şimal səmtli yamaclarında əmələ gəlmiş palıd meşələri gələcəkdə fıstıq və fıstıq-
vələs ağaclıqları tərəfindən sıxışdırılaraq sıradan çıxarılacaq və məhv olacaqdır. Gəldiyimiz maraqlı 
nəticələrdən biri də budur ki, fıstıq meşələri dağların şimal səmtli yamaclarında ən yüksək məhsuldarlığa malik 
olması liderliyini saxladığı kimi, palıd meşələri də dağların cənub səmtli yamaclarında ən yüksək 
məhsuldarlığa malik olması liderliyini özünün bütün yaş dövrlərində (bizim misalda 50, 70, 90 və 110
 
yaşlı 
meşələrdə) əsasən qoruyub saxlayır. Onu da qeyd etmək yerinə düşər ki, dağlıq ərazilərdə yamacların səmti 
meşə əmələ gətirən ayrı-ayrı ağac cinslərinin hansı yamacda yaxşı bitəcəyini və məhsuldarlığı yüksək olan 
meşələr yaradacağını demək olar ki, müəyyənləşdirir və gələcəkdə həmin meşənin davamlı olacağına zəmin 
yaradır. Bu isə öz növbəsində dağlıq ərazilərdə yamacların səmtinin, ekoloji amillərdən biri kimi, meşə əmələ 
gətirən ayrı-ayrı ağac cinslərinin yayılmasına və onların yaratdıqları meşələrin məhsuldarlığına və 
davamlılığına təsirini açıb göstərir. Dağlıq ərazilərdə meşə əmələ gətirən ayrı-ayrı ağac cinslərinin 
yayılmasına, onların yaratdıqları meşələrin məhsuldarlığına və davamlılığına yamacların səmtinin təsirinin 
öyrənilməsinin meşə təsərrüfatı və dağlıq ərazilərdə meşə salınması baxımından böyük əhəmiyyəti var. Belə 
ki, dağlıq ərazilərdə meşə əmələ gətirən ayrı-ayrı ağac cinslərinin yayılması qanunauyğunluğunun öyrənilməsi 
ölkəmizin dağlıq rayonlarında gələcəkdə meşə salma işlərində meşə təsərrüfatı mütəxəssislərinə lazım ola 
bilər.

Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   341   342   343   344   345   346   347   348   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin