DƏYİŞƏN MÜHİT ŞƏRAİTİNDƏ ÇİN MƏNŞƏLİ VƏ YERLİ TUT SORTLARI İLƏ YEMLƏMƏNİN TUT İPƏKQURDUNUN MƏHSULDARLIĞINA TƏSİRİ Adıgözəlova Dursun Miri qızı Aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan
Abstract: The article shows that the development of sericulture directly depends on the creation and
effective use of its food base, which increases the relevance of the issue, because the bulk of the costs spent
on growing silkworms are the costs of its nutrition and weight gain. Efficient use of quality feed ensures farm
profitability and cocoon quality. The paper studied the effect of feeding with new Chinese and local varieties
of mulberry on the technological performance of the silkworm. According to the technological indicators of
cocoons, the influence of new Chinese and local varieties of mulberry on the productivity of the silkworm has
been clarified. Among the technological indicators of cocoons, the silkiness of dry cocoons, the mass of dry
cocoons, the yield of silk from dry cocoons, etc. were comparatively studied. The comparison was carried out
mainly by the silkiness of a dry cocoon and the yield of silk from a dry cocoon. For both variants, the same
microclimatic conditions were created and maintained by the same agro-zootechnical method. In scientific
studies, some medium-sized silkworm hybrids available in the Republic of Azerbaijan were used. Top dressing
was carried out in two ways - Chinese and local varieties of mulberry. Dry cocoon silkiness was 1.04% higher
when fed with local varieties, which ultimately translates into extra kilos of silk. Dry cocoon silk yield, a key
indicator, was 0.65% higher when fed with local mulberry varieties, resulting in additional meters of silk fabric
for the textile industry. It is proposed to create extensive orchards of local productive varieties of mulberries
to form a fodder base for sericulture. In this way, abundant and high-quality cocoon production will be
possible.
Key words: Bombyxi mori, silkworm, cocoon, technological indicators.
Dünya ipəkçiliyinin yaşının 5 min il olması bir çox mənbələrdən məlumdur. İpəkçilik ilk dəfə olaraq
Çində yaranmış və oradan dünyaya yayılmışdır. 2000 il bundan əvvəl təşəkkül tapan tarixi “Böyük İpək
Yolu” Çində yaranaraq, Asiyanı, Avropanı və digər dünya ölkələrini əsas iqtisadi, strateji məhsul olan ipək
məhsulu vasitəsilə birləşdirmişdir.
“Böyük İpək Yolu”nun üzərində yerləşən Azərbaycana tut ipəkqurdu V əsrdə gətirilmiş, VII əsrdə bu
diyarda ipəkçilik geniş inkişaf etmişdir. Keçən tarixi dövr ərzində Azərbaycanda ipəkçilik böyük inkişaf və
tənəzzül yolu keçmişdir.
Prezident İlham Əliyevin fərmanı ilə 2015-ci il “Kənd Təsərrüfatı ili” elan olunmuş, heyvandarlığın
və bitkiçiliyin inkişaf etdirilməsinə start verilmişdir. Xüsusən heyvandarlıqda ipəkçiliyin (baramaçılığın),
bitkiçilikdə fındıqçılığın inkişafı ön plana çəkilmişdir. Görülən tədbirlərə müvafiq olaraq 2015-ci ildə 200 kq,