Multidisciplinary Studies of the Turkish World ", dedicated to the 125
th
anniversary of
Amin Abid Gultekin The 25 th of March ISBN: Eskishehir / Türkiye ---257---
2016-cı ildə 71 ton, 2017-ci ildə 300 ton, 2018-ci ildə 500 ton, 2019-cu ildə 641 ton, 2020-ci ildə 450 ton,
2021-ci ildə 500 ton, 2022-ci ildə 340 tondan çox barama istehsal olunaraq təhvil verilmişdir. Ölkəmizdə
ipəkçiliyi yenidən inkşaf etdirmək üçün qəbul olunmuş “Azərbaycan Respublikasında baramaçılığın və
ipəkçiliyin inkşafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı ”na əsasən 2025-ci ilədək ölkədə barama
istehsalını rekord - 6000 tona çatdırmaq nəzərdə tutulmuşdur.
İpəkçiliyin yem bazasının təşkili və tədarükü məqsədilə 2022-ci ilin dekabrından yerli tut tingləri
ölkədə 40 bölgədə əkilmişdir, bu da ipəkçilik təsərrüfatlarını yem – tut yarpağı ilə təmin edəcəkdir. Bununlada
bol və yüksək keyfiyyətli barama istehsalı mümkün olacaqdır.
Tədqiqat işinin aktuallığı : İpəçiliyin inkişaf etdirilməsi onun yem bazasının yaradılması və səmərəli
istifadə olunmasından bir başa asılıdır ki, bu da məsələnin aktuallığını artırır. Çünki, tut ipəkqurdunun
bəslənməsi və yemləndirilməsinə sərf olunan xərclərin əsas hissəsini onun qidasına - çəkilə çəkilən xərclər
təşkil edir (Sadıqov, Ələkbərova, 1998: s.101-104, Sadıqov, Ələkbərova, 2003:s.38-39; Bədəlov, Məmmədov,
Hacıyeva, Hüseynova, 2002: s.28-30). Yemdən səmərəli istifadə təsərrüfatın rentabelliyini və baramanın
keyfiyyətli olmasını təmin edir.
Tədqiqat işinin məqsədi və vəzifələri : Tədqiqat işində yeni Çin mənşəli və yerli tut sortları ilə
yemləmənin tut ipəkqurdunun texnoloji göstəricilərinə təsirinin öyrənilməsi və təkliflərin verilməsi qarşıya
məqsəd qoyulmuşdur. Məqsədə nail olmaq üçün tut ipəkqurdunun texnoloji göstəriciləri ( quru baramanın
ipəkliliyi, quru baramanın kütləsi, quru baramadan ipək çıxımı və s.) öyrənilmişdir.