Tədqiqatın metodikası : elmi tədqiqat işində Azərbaycan respublukası üzrə mövcud olan bəzi orta
ağbaramalı tut ipəkqurdu hibridlərindən və onları yemləndirmək üçün Çin mənşəli və yerli tut sortlarından
istifadə olunmuşdur. Elmi tədqiqat işi ADAU- da yerinə yetirilmişdir.
Çəkil sortları üzərində fenoloji müşahidələr apararaq qurdların yemləndirilməsinə tut ağaclarında
kütləvi 3-5 yarpaq açılması zamanı başlanmışdir.
Qışlamış qrenalardan inkubasiyaya qoyulmamışdan əvvəl, 3 təkrarda 100 mq dirilmə faizini təyin
etmək üçün sayılıb götürülmüşdür və inkubasiyanın sonunda dirilməyən qrenalar sayılmışdır.
Qrenalar kütləvi dirildikdən sonra müvafiq sayda qurdlar saxlanılmış (4 təkrarda – 4-cü təkrar
ehtiyatdır) və 1 q-da olan qurdun miqdarını bilmək üçün 50 mq qurd çəkilib formalin məhlulunda fiksasiya
edilmiş və sayılmışdır. 3-cü yaşın axırında 4 təkrarda (4-cü təkrar ehtiyat rolunu oynayır) və hər təkrarda 150
qurd götürülmüş və nəzərdə tutulmuş aqrozootexnikaya uyğun yemləndirilmişdir.
5-ci yaşın 5-ci və 6-cı günləri bütün təkrarların qurdları cinsiyyətinə görə (erkər və dişi) seçilmiş və
axıra qədər yemləndirilmişdir. Texnoloji göstəriciləri təyin etmək üçün hər təkrardan 50 ədəd (25 dişi, 25
erkək) barama götürülmüş, çəkilmiş və boğulduqdan sonra açılmaq üçün texnologiya laboratoriyasına
verilmişdir. Diri baramanın ipəkliliyini təyin etmək üçün 50 ədəd (25 dişi və 25 erkək) barama götürülmüş,
pupla birlikdə və pupsuz çəkilərək atılmışdır. Yemləmənin sonunda müqayisə aparılaraq nəticələr müəyyən
olunmuşdur.
Tədqiqat işinin nəticələri : 2022-ci tədqiqat ilində inkubasiya vaxtı istilik ilk gün 12-14
0
S, sonrakı
2-3 gündə 15-16
0
S və bundan sonra tut ağaclarında yarpağın böyümə və inkişaf tempindən asılı olaraq,
temperatur qaldırılaraq 22-23
0
S-yə çatdırılmışdır. Kəşfiyatçı qurdlar çıxmağa başlayanda temperatur 25-26
0
S
olmuşdur. İnkubasiya dövründə nisbi nəmlik 75-80% olmuşdur.
İnkubasiya elə nizamlanmışdır ki, qurdların qrenadan çıxıb yemləndirilməsi tut ağaclarında 3-5-ci
yarpaq kütləvi açan vaxta düşmüş və nəzərdə tutulmuş aqrozootexnikaya uyğun yemləndirilmişdir.
Tədqiqat işində Çin mənşəli və yerli tut sortları ilə yemləmənin tut ipəkqurdunun texnoloji
göstəricilərinə ( quru baramanın ipəkliliyi, quru baramanın kütləsi, quru baramadan ipək çıxımı və s.) təsiri
öyrənilmişdir.
Hər iki varianta eyni mikroiqlim şəraiti yaradılmışdır. Müqayisə əsasən quru baramanın ipəkliliyi və
quru baramadan ipək çıxımı üzrə aparılmışdır.
Aşağıda Cədvəl 1-də texnoloji göstəricilər verilir.