Conference Paper · March 023 citations reads 163 authors


Multidisciplinary Studies of the Turkish World



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə343/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   339   340   341   342   343   344   345   346   ...   357
Eskisehir-25.03.23

Multidisciplinary Studies of the Turkish World
", dedicated to the 125
th
anniversary of
Amin Abid Gultekin 
The 25
th
 of March ISBN: Eskishehir / Türkiye
---259--- 
Key words:
relief, mountain aspects, productivity of forests, sustainability of forests, life factors, tier.
Ərazi kateqoriyası olan relyef müəyən bir ərazidə həyat amillərinin, o cümlədən işığın, istiliyin və 
rütubətin paylayıcısı rolunu oynamaqla bərabər, həm də torpaq örtüyünün formalaşmasında olduqca vacib rol 
oynayır. Belə ki, hər hansı bir ərazidə yayılmış bitki örtüyünün (bizim misalda meşə əmələ gətirən ayrı-ayrı 
ağac cinslərinin) tarixi inkişafı həmin ərazinin relyefindən çox asılıdır. Dağlıq ərazilərdə relyefin, eləcə də 
yamacların səmtinin bitkilərin həyatında oynadığı rolu daha ətraflı müşahidə etmək üçün sadəcə olaraq dağlıq 
ərazilərdə müxtəlif səmtli yamacların işıq və istilik rejimini, yamacların yuxarı və aşağı hissəsinin hidroloji 
rejimini (rütubətlənmə dərəcəsini), yamaclarda baş verən eroziya proseslərini və başqa təbii amilləri yada 
salmaq kifayətdir. Adları çəkilən bu amillərin qarşılıqlı təsiri altında bitkilər aləmi, o cümlədən meşə əmələ 
gətirən ayrı-ayrı ağac cinsləri dağların müxtəlif diklik dərəcəsinə malik olan müxtəlif səmtli yamaclarında bu 
və ya digər yeri tutur və orada yaşayır. İstənilən bitkinin, o cümlədən meşə əmələ gətirən ayrı-ayrı ağac 
cinslərinin sonrakı yaşayışı, eləcə də həmin ağac cinslərinin yaratdığı meşələrin inkişafı, məhsuldarlığı və 
davamlılığı yuxarıda göstərilən amillərdən çox asılıdır. Rusiyada meşəşünaslığın əsasını qoymuş olan rus alimi 
G.F.Morozov (1914) relyefə bitkilərin yayılmasına təsir göstərən ən güclü amil kimi qiymət verirdi. 
G.F.Morozova görə relyef həyatın mövcud ola biləcəyi yer səthini böyüdür və hər hansı bir səthdə həyatın 
mövcudluğunu müəyyən edən şəraitə rəngarənglik gətirir. Dağlıq ərazilərdə yamacların səmtinin meşə əmələ 
gətirən ayrı-ayrı ağac cinslərinin yayılmasına, onların yaratdığı meşələrin inkişafına, məhsuldarlığına və 
davamlılığına təsirini həm ölkəmizdə, həm də xarici ölkələrdə müxtəlif alimlər öyrənmişlər. Bu sahədə 
fəaliyyət göstərmiş tədqiqatçılardan alman alimi R.F.Qrebneri (1914), rus alimi Y.V.Vulfu (1936), isveç alimi 
H.H.Lundeqordu (1936), alman alimi A. Humboldtu (1936), keçmiş sovet alimləri B.A.Kelleri (1940), 
Q.İ.Poplavskayanı (1948), A.A.Qrossheymi (1948), V.V.Alyoxini (1950) və başqa alimləri göstərmək olar. 
Ölkəmizdə də dağlıq ərazilərdə relyefin, eləcə də yamacların səmtinin meşələrin yayılmasına və onların 
məhsuldarlığına təsirini öyrənmiş tədqiqatçılar olmuşdur. Bu cəhətdən N.H.Axundovun, X.M.Mustafayevin 
(1964), M.Y.Xəlilovun (1983), S.R.Tağıyevin (1988, 1991), G.A.Rzayevanın (1994, 1998, 2019, 2022) və 
başqalarının apardıqları elmi işlər daha diqqətə layiqdir. Relyef küləyin istiqamətinə, sürətinə, gücünə, havaya, 
yağıntıların paylanmasına, buxarlanmaya, suyun axınına, qarın ərazi üzrə paylanmasına və əriməsinə, 
yuyulmaya, eroziya proseslərinə, torpağın qalınlığına, günəş enerjisinin yer səthi üzrə paylanmasına və başqa 
təbii proseslərə təsir göstərir. Biz burada dağlıq ərazilərdə yamacların səmtinin, bir amil kimi, meşə əmələ 
gətirən ayrı-ayrı ağac cinslərinin yayılmasına, onların yaratdığı meşələrin inkişafına, həmin meşələrin 
məhsuldarlığına və davamlılığına təsiri haqqında danışacağıq. Dağlıq ərazilərdə yamacların səmtinin həmin 
yamaclarda yayılan ağac cinslərinin yaratdığı meşələrin inkişafına, məhsuldarlığına və davamlılığına heç bir 
2 təbii amilin poza bilməyəcəyi möhür vurur. Böyük Qafqazın cənub-şərq hissəsinin şimal-şərq yamacı 
ölkəmizin ərazisində mövcud olanən meşəli regionlardan biridir. Buregionun ortadağlıq hissəsində şərq 
fıstığının (Fagusorientalis) və gürcü palıdının (Querqus iberica) üstünlük təşkil etdiyi dağ meşələri 
formalaşmışdır. Dağlıq ərazilərdə müxtəlif səmtli yamacların meşə əmələ gətirən ayrı-ayrı ağac cinslərinin 
yayılmasına, onların yaratdığı meşələrin inkişafına, məhsuldarlığına və davamlılığına təsirini öyrənmək üçün 
biz Böyük Qafqazın cənub-şərq hissəsinin şimal-şərq yamacında Qubarayonunun Rustov meşəçilik idarəsinin 
ərazisindəortadağlıq ərazilərdə qonur dağ-meşə torpaqlarının müxtəlif növlərinin üzərində formalaşmış olan, 
şərq fıstığının hakim olduğu 50, 70, 90 və 110 yaşlı meşələrdə müşahidələr apardıq və aşağıdakı faktları aşkara 
çıxardıq: 
Yamacların səmtinin fıstıq meşələrinin yayılmasına və məhsuldarlığına təsiri 
Yamacların səmti 
Meşələrin yaşı və onların yaşa görə bir hektarda yaratdığı oduncağın miqdarı 
50 il 
70 il 
90 il 
110 il 
şimal-qərb 
230 m
3
/ ha 
320 m
3
/ ha 
400 m
3
/ ha 
510 m
3
/ ha 
şimal 
220 m
3
/ ha 
310 m
3
/ ha 
290 m
3
/ ha 
340 m
3
/ ha 
şimal-şərq 
200 m
3
/ ha 
270 m
3
/ ha 
280 m
3
/ ha 
370 m
3
/ ha 
qərb 
meşə yoxdur 
meşə yoxdur 
meşə yoxdur 
meşə yoxdur 
şərq 
meşə yoxdur 
270 m
3
/ ha 
180 m
3
/ ha 
meşə yoxdur 
cənub-qərb 
meşə yoxdur 
meşə yoxdur 
meşə yoxdur 
meşə yoxdur 
cənub-şərq 
200 m
3
/ ha 
110 m
3
/ ha 
meşə yoxdur 
200 m
3
/ ha 
cənub 
meşə yoxdur 
meşə yoxdur 
meşə yoxdur 
meşə yoxdur 
Yuxarıdakı cədvəldən göründüyü kimi, Böyük Qafqaz fiziki-coğrafi vilayətinin cənub-şərq hissəsinin 
şimal-şərq yamacının orta dağlıq rayonlarında formalaşmış olan fıstıqlıqlıqlar dağların nisbətən quraqtəhər və 
daha yaxşı işıqlanan cənub səmtli (cənub-şərq, cənub-qərb və cənub yamaclar) yamaclarına nisbətən daha çox 
rütubətlənən və cənub səmtli yamaclara nisbətən az işıqlanan, kölgəli və nisbətən rütubətli şimal səmtli (şimal-


"

Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   339   340   341   342   343   344   345   346   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin