Conference Paper · March 023 citations reads 163 authors


The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World"



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə76/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   72   73   74   75   76   77   78   79   ...   357
Eskisehir-25.03.23

The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" 
The 25
th
 of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye 
 
---60--- 
göstərir. Bunu yaxşı dərk edən T. Elçin bayatıların mövzu və ideya xüsusiyyətlərindən deyil, bədii formasından 
bəhrələnməyi daha münasib saymış və nəticə etibarı ilə düzgün hərəkət etmişdir: 
Yaşar beş alma aldı, 
Birini yolda saldı, 
Birini mənə verdi, 
Neçəsi ona qaldı? (Elçin, 1977: s. 60) 
Əslində bu şeir məzmunca tapmacadır. Lakin şair bədii forma kimi bayatı janrını əsas götürmüşdür. 
Xalq ədəbiyyatının kiçik yaşlılar üçün ən ümdə janrlarından biri də laylalardır. Belə bir qənaətə 
tamamilə haqq qazandırmaq mümkündür ki, uşaq sənətinin şah əsəri layladır. Laylalarda anaların şairliyi və 
bəstəkarlığı qovuşur. Anaların ruhu, ürəyi laylada uşağa keçir. 
T. Elçinin “Analar və laylalar” silsilə şeirlərinin uğuru sənətkarın layla janrının imkanlarından 
ustalıqla istifadə etməsi ilə bağlıdır. Bu silsuləyə “Ananın laylası”, “Turacın laylası”, “Delfinin laylası”, 
“Qurbağanın laylası”, “Canavarın laylası”, “Kirpinin laylası” kimi maraqlı şeirlər daxildir. Hər biri mövzu və 
ideyaca müstəqil olan bu şeirləri birləşdirən layla janrı və onun poetik sistemidir. Ümumi ideyanı isə belə ifadə 
etmişdir: 
Hər anaya –
öz balası, 
Hər balaya – 
öz laylası.
Gecələrin yuxusu var, 
Gecələrin qorxusu var. 
Gecələri oyaq qalır, 
Layla çalır
Analar, 
Hər biri öz dilində. (Elçin, 1969: s.71) 
Laylalar kimi oxşamalar da T. Elçin yaradıcılığına təsir göstərmişdir. Bu da təbiidir. Çünki layla və 
oxşamalar dünyaya göz açan körpələrin mənəvi-ruhi dünyasına zövq verən, onlarda lirik ovqat yaradan estetik 
sərvətdir. 
T. Elçin oxşamalardan bəhrələnərək janra bir başqa uğurlu ad da tapmış və bu tipli şeirlərini həmin 
adla oxuculara təqdim etmişdir: “Sevməcələr”. Bu, sənətkar tərəfindən edilən yeni termin kəşfidir və yazılan 
şeirlərin ruhunu, ideyasını daha mənalı edir. Şair sevimli kiçik qəhrəmanlarını sevməcə dili ilə bu cür oxşayır: 
Gün çıxdı, gündüz oldu
Düzənlər dümdüz oldu. 
Oyandı Günay balam, 
Bir sevincim yüz oldu, 
Ay balam, - Günay balam. (Elçin, 1995: s. 20) 
Bu tipli şeirlərdə sənətkar oxşamaların həm ideia-məzmun, həm də forma gözəlliyini hifz edə 
bilmişdir. 
Şifahi ədəbiyyatın populyar janrlarından biri də tapmacalardır. Onlar bilavasitə uşaq folkloruna 
daxildir və kiçik yaşlılar arasında geniş yayılmışdır. Uşaqların mənəvi-zehni qabiliyyətinin, agıl və 
mühakiməsinin inkişafında tapmacaların böyük rolu vardır. Uşaq ədəbiyyatımızın tədqiqatçılarından olan Q. 
Namazov yazmışdır: “Tapmacaların köməyi ilə uşaqlarda müəyyən əşya və hadisə haqqında tənqidi mühakimə 
yürütmək vərdişi, əlamət və keyfiyyətlərə uyğun fəal nəticə çıxarmaq bacarığı, hazırcavablıq tərbiyə olunur”. 
(Namazov, 2008: s.14) 
T. Elçin müəllifli tapmaca janrının öz orijinallığı ilə seçilən nümunələrini yazmağa müvəffəq 
olmuşdur. Azərbaycan uşaq ədəbiyyatında müəllifli tapmacalar azdır. Onun ən yaxşı nümunələrini 
yaradanlardan biri T. Elçindir.Şairin üst-üstə 40-a qədər tapmacası vardır. Bunlardan çoxu “Tapmacalar” 
silsiləsinə daxildir. Onun “Tapın görək”silsiləsində, habelə, ayrı-ayrı poemalarının daxilində də tapmacalarına 
təsadüf edirik. 
Müəllifin tapmacaları həm məzmun, həm də bədii keyfiyyəti ilə diqqəti cəlb edir: 
Dörd armudum var idi, 
Bacım dedi: Gəl bölək. 
Dördü böldüm ikiyə,
Sən hesabla, biz bilək. (Elçin, 1977: s. 61) 



Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin