Yaşlı insanlar üçün tövsiyələr
• COVID-19 epidemiyasından mənfi təsirlənən qrup yaşlı insanlar olduğundan, əvvəlcə sosial təmaslarını məhdudlaşdırmalıdırlar.
• Tək yaşayan yaşlı insanların şəxsi və sosial ehtiyacları dövlət qurumları, qeyri-hökumət təşkilatları və ya digər insanlar tərəfindən təmin edilməlidir.
• İnternet və sosial mediadan digər yaş qruplarından daha az istifadə edə bilən yaşlı insanlara COVID-19 pandemiyası haqqında düzgün və kifayət qədər məlumat verilməlidir.
• Bəzi ölkələrdə yaşlı insanlar küçələrə çıxdıqda, digər insanların təhqiramiz söz və davranışlarına məruz qala bilərlər. Bu vəziyyət yaşlıların psixologiyasına mənfi təsir göstərə bildiyindən dövlət qurumları və qeyri-hökumət təşkilatları tərəfindən belə halların qarşısı alınmalıdır.
• Yaşlılıqda yüksək olan ölüm qorxusunun bu müddətdə artmasının qarşısını almaq üçün psixoloji dəstək fəaliyyətləri mümkün qədər genişləndirilməlidir.
• Tək yaşayan yaşlı insanlar, ailə üzvləri və ya dostları ilə, hətta onlayn olaraq daima əlaqə saxlamalıdırlar.
• Güclü stres və qorxu yaşayan yaşlı insanlar üçün mütəxəssislər tərəfindən onlayn psixoloji dəstək göstərilməlidir.
Dostları ilə paylaş: |