Çox fazlı axınlar


TƏZYIQ PROFİLİNƏ GÖRƏ KOMPYUTER ALQORİTMİ



Yüklə 1,02 Mb.
səhifə16/26
tarix25.11.2022
ölçüsü1,02 Mb.
#70484
1   ...   12   13   14   15   16   17   18   19   ...   26
C fakepathfontan yeni(mьhazir )-1

TƏZYIQ PROFİLİNƏ GÖRƏ KOMPYUTER ALQORİTMİ

Təzyiqin təyin olunması mühəndis qarşısında duran əsas məsələlərdən biridir. Belə ki, quyu dibi təzyiqini təyin etməklə quyuda baş verən bir çox prosesləri öyrənmək olar. Quyuda olan qaldırıcı boyu təzyiqin paylanmasını bilməklə quyunu optimal rejimdə işlətmək olar. Əgər quyu qazlift üsulu ilə işləyirsə təzyiqin paylanması məlumdursa quyuya vurulan qazın və ya havanın həcmini optimallaşdırmaq olar.


Deyilənləri nəzərə almaqla təzyiq düşgüsünü aşağıdakı düsturla tapmaq olar.

Qeyd etmək lazımdır ki, təzyiq qradientininin bu tənlik vasitəsi ilə hesablanması həm sıxılan və həm də az sıxılan mayelərə tətbiq edilə bilər. Bunu çox fazalı sistemlərə, və tərkibində qaz həll olunmuş neflərə şamil etmək olar. Neft və qaz quyularında təzyiq qradientinin dəyişməsi təzyiqin, temperaturun dəyişməsindən və quyunun mailliyindən asılıdır. Alqoritm vasitəsi ilə təzyiq düşgüsünü hesabladıqda entalpiya qradientini də tapmaq olar.
Təzyiq qradientinin dəyişməsində istifadə olunan alqotitm marş – alqoritmi adlanır. Bu proqramla işlədikdə hər bir hesabat kiçik diapazonlarda aparılır. Hesabatı apararkən ilkin göstəriciləri bilmək lazımdır. Əgər hesabat quyu ağzından aparılırsa, ilkin nöqtə kimi quyu ağzı parametrlər, quyu başmağından aparılarsa ilkin nöqtə kimi quyu dibi parametrlər götürülür. Hesabatlar göstərir ki, hansı nöqtədən asılı olmayaraq son nəticə kimi quyu boyu təzyiqin paylanmasını tapmaq olar. Təcrübə zamanı quyuları profilinə görə beş və ya artıq hissələrə ayırmaq məqsədə uyğundur. Bunlara seqmentlər deyilir. Çalışmaq lazımdır ki, hər bir seqmentin başlanğıcı quyunun profilinin dəyişilməsi nöqtəsi ilə üst – üstə düşsün.
Maye fazasının kütləsinin dəyişməsi qazlift üsulu ilə quyuya qaz vurduqda və ya qaldırıcı boyu kütlə dəyişməsi zamanı baş verir. Neft quyularında bu neftdə həll olmuş qazın təzyiq və temperatur düşgüsü zamanı ayrılması nəticəsində baş verir. Seqmentlər çox böyük ola bilərlər. Qeyd olunan sahələrdə təzyiq qradientinin dəyişməsi sıxlıqdan, özlülükdən, maye və qazın həcmindən, temperaturdan və s.i. asılı olacaqdır. Ona görə də hər bir qradienti hesablayarkən, seqment daxili təzyiq qradientini sabit qəbul etmək olar. Onda təzyiq itkisi aşağıdakı tənliklə ifadə edilə bilər.

Sonuncu nəticə axırıncı seqmenti (aşağıdan yuxarı və yuxarıdan aşağı hesabatda) hesablayarkən əldə edilir. Hər bir seqmentdə ilkin təzyiq və temperatur hesabata daxil edilir və sonrakı tapılır. İstismar prosesindən asılı olaraq hesabat ,yəni marş – alqoritmi aşağıdan yuxarı və ya yuxarıdan aşağı aparılır. Bütün bunlar quyunun, qaldırıcının diametrini, uzunluğunu, mailliyini, qaldırıcıda hərəkət edən maye və qazın fiziki xassələrini, temperatur dəyişilməsini təyin etməklə aparılır.

Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin