Çoxmərtəbəli çərçivələrin praktiki hesablanması Müəyyən addımla yerləşdirilmiş və örtüklə əlaqələndirilmiş müstəvi çərçivələr planda temperatur və ya çökmə tikişləri arasında məsafə qədər fəza çərçivə blokunu yaradır. Daimi və müvəqqəti şaquli yüklər və həmçinin horizontal külək yükləri blokun bütün çərçivələrinə eyni zamanda təsir edir.Ona görə də bu zaman blokun fəza işi nəzərə alınmır və hər bir müstəvi çərçivə ayrılıqda hesablanır. Çoxmərtəbəli dəmir-beton çərçivə statik həll olunmayan sistem olunduğundan onun hesablanması üçün əvvəlcə sütun və rigellərin en kəsik ölçüləri, onların sərtlikləri və sərtlikləri nisbəti təyin edilməlidir. Bu məqsədlə təcrübələrə əsaslanaraq rigelin işçi hündürlüyünü aşağıdakı düsturla təyin edirlər:
Burada - -rigeldə yaranan əyirici moment olub, biraşırımlı sadə bir tir üçün olduğu kimi təyin edilir.
Sütunların en kəsiyini isə təqribi olaraq aşağıdakı kimi təyin edirlər:
Burada -N-rigel və sütunların çəkisini nəzərə almadan, yalnız dam və mərtəbəarası örtükdən təsir edən yükdür.
Monolit konstruksiyalarda betonlamanı yaxşı yerinə yetirmək məqsədilə sütunların kiçik tərəfinin ölçüsü minimal olaraq qəbul edilir.
Təyin edilmiş ölçüləri rigel ilə sütun arasında əlaqələndirilib dəqiqləşdirirlər.
Sütun və rigelin ətalət momentlərini tam beton kəsik üçün hesablayırlar.
Çoxmərtəbəli çərçivələrin layihələndirilməsi zamanı hesabatların həcmini azaltmaq məqsədilə aşağıdakılara icazı verilir:
Aşırımlar arasında fərq -dən az olarsa, aşırımların orta qiymətinə bərabər olan bərabəraşırımlı sxem qəbul etmək olar;
Maillik olduqda rigelləri horizontal və mərtəbə hündürlüyünü sütunların orta hündürlüyünə bərabər qəbul etmək olar.
Çərçivələrin şaquli yüklərə hesablanması Çoxaşırımlı çoxmərətəbli karkas binaların çərçivələri adətən bərabəraşırımlı olub eyni yarus yükünə malikdirlər. Bu cür çərçivələrin sütunlarının düyünləri eyni şaquli müstəvidə olub düyünlərdə eyni moment və dönmə bucağı olmaqla və mərtəbə hündürlüyünün ortasında “0” nöqtə momentinə malikdirlər.Bu, çoxmərtəbəli çərçivəni hündürlüyü mərtəbə hündürlüyünün yarısı qədər, sütunları oynaqlı bərkidilmiş olan bir neçə birmərtəbəli çərçivələrə ayırmağa imkan vermir. Şaquli yüklərə ədəd bu cür çərçivəni hesablamaq lazımdır: yuxarı, orta və mərtəbə. Çərçivənin aşırımları üçdən çox olduqda praktiki olaraq onu üçaşırımlı çərçivə ilə əvəz edib, orta aşırımlardakı əyici momentləri üçaşırımlı çərçivənin orta aşırımındakı momentlər kimi qəbul edirlər. Lakin hesablamaları sadələşdirmək məqsədilə cədvəllər tərtib edilmişdir(əlavə 5).
Çərçivəyə təsir edən şaquli yüklərin təyini Monolit konstruksiyalarda mərtəbəarası örtük-tavalar konturu üzrə oturduğundan onlardan rigellərə düşən yüklər üçbucaq (qısa tərəfə) və ya trapes şəklində (uzun tərəfə) olurlar. Rigelin öz çəkisini isə müntəzəm yayılmış yük kimi qəbul edirlər.
Hesablamaları asanlaşdırmaq məqsədilə üçbucaq və trapes yükləri onlara ekvivalent müntəzəm yayılmış yüklərlə əvəz edirik.
Üçbucaq yük üçün -
Trapes yük üçün -
Çərçivələrin horizontal yüklərə hesablanması Horizontal(külək) yüklərə çərçivələri təqribi üsulla hesablayırlar. Müntəzəm yayılmışkülək yükünün təsirini mərtəbə səviyyəsində topa yüklər ilə əvəz edirlər:
Burada -k- hündürlük asılı olaraq külək yükünün intensivliyini nəzərə alan əmsaldır: ə qədər hündürlük üçün , -ə qədər hündürlük üçün və -ə qədər hündürlük üçün və s. (aralıq hündürlüklər üçün k-nın qiyməti interpolyasiya yolu ilə tapılır); W- külək yükünün intensivliyidir, tikinti rayonundan asılı olaraq normalarda verilir(əlavə 13); L-çərçivələrin addımıdır; və planda binanın formasından asılı olaraq aerodinamiklik əmsallarıdır. Planda düzbucaqlı binalar üçün və qəbul edilir; yükə görə etibarlıq əmsalıdır.
Sütunlarda əyirici momentin “0” olan nöqtələrini mərtəbənin ortasında (1 mərtəbədə isə təməldən məsafədə) qəbul edirlər. Onda çərçivənin yarus kəsici qüvvələri aşağıdakı düsturla hesablanır:
Bu kəsici qüvvələr sərtliklərə mütənasib olaraq sütunlar arasında paylanır:
Burda kənar və orta sütunların şərti sərtliklərinin cəmidir.
Kənar sütunlara rigellər ancaq bir tərəfdən birləşdiyindən onlar hətta sütunlara nisbətən düyündə bir qədər zəif sərt bərkidilmiş olurlar və yarus kəsici qüvəsinin az hissəsini qəbul edirlər. Bunu da kənar sütunların sərtliyinin şərti azalması kimi qəbul edərək əmsalına vururlar. Bu zaman orta sütunların sərtliyini vahidə qəbul edirlər. əmsalının qiymətləri cədvəl 1-də verilir.
Cədvəl 1