295) Hansı kimyəvi maddələr işçilərdə dərinin xərçəngini törədə bilər?
A) Asbest
B) Xrom
C) Dəm qazı
D) His, koks-(daş kömürdən alınan yanacaq)
E) Benzol
Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
296) Hansı peşə amillərin təsirindən əksər hallarda burun çəpərinin perforasiyası baş verir?
A) Neft və onun məhsulları
B) Kükürdhidrogen
C) Xrom və ya arsen birləşmələri
D) Xlor
E) Amonyak buxarları
Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
297) Sənaye toksikologiyasının eksperimentində istifadə olunan inqalyasiya təsirinin növləri hansılardır?
A) Statik-dinamik
B) Statik və dinamik
C) Kəskin inqalyasion
D) Xroniki inqalyasion
E) Kəskin
Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
298) Xronik təsir həddi toksikoloji əhəmiyyət daşıyaraq hansı vacib göstəricinin əsaslandırılmasında istifadə olunur?
A) DL50 və ya CL50
B) Kimyəvi maddənin təhlükəlilik sinfinin təyini
C) Yol verilən hədd konsentrasiyası
D) Kcum-kumulyasiya əmsalı
E) Limac-kəskin hədd konsentrasiyası
Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
Dostları ilə paylaş: |