Patogenez
İnfeksiyanın mənbəyi – xəstə insan .
Sifilisin / infeksiyanın ötürülmə yolları :
cinsi
transplasentar (anadan dölə cift vasitəsilə ötürülmə – anadangəlmə sifilis )
hemotransfuzion (sifilisin istənilən mərhələsində olan xəstədən donor olaraq qan köçürmədə)
məişət (nadir hallarda )
peşə ilə bağlı (akuşer – genekoloq , cərrahlar , stomatologiya , patoloji anatomiya , laborantlar və başqaları ).
T. pallidum orqanizmə dəri və selikli qişalardakı bir o qədər hiss edilməyən , nəzərə çarpmayan zədələnmələrdən ( giriş qapısı ) daxil olur . Dəri – selikli qişa baryerini aşan T. Рallidumun orqanizmdə əsas yayılma yolları perinevral (epi -, peri- və endonevral bura daxildir) , limfatik və qan –damar sistemidir .
Sifilisdə infeksiyanın davam etdiyi müddət ərzində immunitet , qeyri – steril (infeksion) immunitet əmələ gəlir və solğun treponemaların orqanizmdən çıxması anına qədər mövcud olur .Sifilisdə anadangəlmə immunitet iştirak etmir , qazanılmış immunitet inkişaf etmir .
Sifilisdəki immunitetin xüsusiyyətləri bu anlayışlarla əlaqəlidir , beləki
reinfeksiya –keçmişdə xəstələnmiş və sağalmış şəxslərin yenidən sifilisə yoluxması
superinfeksiya – sağalmamış xəstənin yenidən sifilisə yoluxması , bu zaman solğun treponemalardan azad olmamış orqanizmə yeni “hissəsi “ daxil olur , olan sifilisə yeni sifilis infeksiyası qatı yığılır və orqanizm yeni yoluxmaya hal – hazırda olan mərhələyə uyğun səpgilərlə cavab verir .
Dostları ilə paylaş: |