А50 – А53 sifilis
А54 qonokokk infeksiyası
А56; А74.0 xlamidiya infeksiyası
А59 urogenital trixomoniaz
А60 genital herpes
А63.0 anogenital ziyillər
А57 şankroid (yumşaq şankr)
A58 qasıq qranuloması (donovanoz)
А55 zöhrəvi limfoqranuloma
А63.8 Ureaplasma spp.,
Mycoplasma spp. tərəfindən törədilən urogenital xəstəliklər
Qeyd : Urogenital kandidoz və bakterial vaginoz CYKİ qrupuna aid deyillər , lakin CYKİ xəstələrində heç də nadir aşkar olunmadıqlarından onlara bu bölmədə baxılır.
Sifilis digər CYKİ – dan fərqli olaraq xəstəliklərin polisistem əlamətləri səbəbilə olduqca ağır xəstəlikdir.
Tarixi məlumat
Sifilis 146 ada malikdir (ispan , italyan , fransız xəstəliyi) . «Sifilis» adı italyan həkimi və şairi Cirolamo (İeronimo) Frakastoronun (XVI əsr , Verona , Çiçəklənmə dövrü) , «Sifilis və ya О qall xəstəliyi» poemasının qəhrəmanı , «donuzlarla dostluğuna görə» (yunan dil. sys - donuz + philos – dost) , digər versiyaya əsasən – «allaha olan ədəbsiz tənələrə görə» allah tərəfindən cinsi orqanların xəstəliyi ilə cəzalandırılmış çoban Sifulusun adı ilə əlaqələndirilir .
Sifilisin mənşəyi haqqında 3 nəzəriyyə mövcuddur :
Amerikan– sifilis Avropaya 1492 – ci ildə K . Kolumbun Amerikanı kəşf etməsindən sonra dənizçiləri tərəfindən gətirilmişdir . Dənizçilərin yoluxması heyvandarlıqla məşğul olan , lamalardan yoluxan yerli əhali tərəfindən olmuşdur . Lamalarda spiroxetoz çoxdan məlum və sübut olunmuşdur . 1493 – cü ildə K. Kolumbun səyahətdən Vətənə qayıtması ilə İspaniyanın liman şəhərlərində sifilis xəstəliyi halları qeyd olunmağa başladı . Avropaya infeksiya 1497 – ci ildə Neapolu mühasirəyə almış kral Karl VIII- in aralarında ispanların da olduğu fransız muzdluları ilə yayılmışdır . Orduya yoluxmuş «qorxulu xəstəlik» səbəbindən Karl VIII Neapolun mühasirəsindən geri çəkilməyə , Avropanın digər ölkələrinə infeksiyanı yayan əsgərləri buraxmağa məcbur olmuşdur .
Avropa – Avropa , Asiya və Yaxın Şərq ərazilərində arxeoloji qazıntıların nəticələrinə əsaslı şəkildə sifilisin Avro – Asiya qitəsində tarixəqədərki zamanlardan mövcud olduğunu sübut edir .
Afrikan – sifilisin vətənini Afrika hesab edən tərəfdarlar. T. Cocburn (1961 –ci il.) və E. Hudson (1963 –cü il.) nəzəriyyələrinə əsasən Afrikada geniş yayılmış olan tropik treponematozların törədiciləri (T.pertenue – frambeziyanın törədicisi , T.carateum – pintanın törədicisi, T. bejel/T. pallidum – bedjelin törədicisi ) və zöhrəvi sifilisin törədicisi eyni treponemanın növləridir . T. Cocburn və E. Hudson fikrinə əsasən endemik treponematozların təkamülü insan cəmiyyətinin inkişafı ilə sıx əlaqəlidir . Şəhərlərin yaranması , sivilizasiyanın artması ilə treponemanın məişət yolu ilə birbaşa ötürülmə mümkünlüyü əhəmiyyətli dərəcədə məhdudlaşmış və treponematoz zöhrəvi sifilis formasına keçmişdir .
Beləliklə, sifilisin ilk olaraq Mərkəzi Amerikada , Avro – Asiya qitəsində və ya Afrikada mı yaranması haqqındakı suallara cavab tapılmış olur . Aydın olan bir şey var ki , sifilis Yer kürəsində insanla eyni zamanda yaranmışdır .
Sifilidologiyanın tarixində tez- tez tədqiqatçıların cəsarəti və özünü qurban verməsi ilə əlaqəli bir çox əhəmiyyətli kəşf və müşahidələr olmuşdur . Lakin sifidologiyanın tarixində səhvlər, yanılmalar, insanlar üzərində onların həyatlarını və sağlamlıqlarını təhlükəyə ataraq təcrübə keçən tədqiqatçıların qeyri – etik davranışları da məlumdur. Beləliklə, bir neçə yüzilliklər ərzində sifilitik infeksiyanın mahiyyətinə iki baxış nöqtəsi olmuşdur . Birinə əsasən , sifilis və qonokokk infeksiyası eyni infeksiyanın müxtəlif təzahürü hesab olunur , digərinə əasasən – bu iki fərqli infeksiyadır . Birinci baxışın tərafdarlarını unitaristlər, ikincisini – dualistlər adlandırırdılar .
Bu mübahisələrə son qoymaq məqsədilə 1767 – ci ildə ingilis alimi D . Hanter (J. Hunter) qonorreyalı xəstədən götürülmüş irini öz uretrasına yeritmişdir . Bir neçə gündən sonra onda ifrazat , bir neçə həftə sonra – bərk şankr əmələ gəlmişdir . Burada üzücü yanlışlıq baş vermişdir : materialın götürüldüyü xəstə eyni zamanda həm sifilis , həm də qonorreyadan əziyyət çəkirmiş . Məşhur alim tərəfindən özünü qurban verməklə aparılmış bu təcrübə böyük təəssürat yaradır və sualın düzgün həllini uzunmüddətli ( 60 -70 ilə) gecikdirir . Yalnız 1838 –ci ildə J . Hunterin təcrübəsinə lazımi şərh verilir . Fransız alimi F . Rikor (F. Ricord) 1831 - dən 1837 - ci ilə qədər 26 zöhrəvi xəstədən alınan ifrazatı inokulyasiya yolu ilə ölümə məhkum edilmiş məhbuslara inokulyasiya edərək 700 nəfəri sifilisə və 677 nəfəri qonoreyyaya yoluxdurur . Unitaristlərin və dualistlərin mübahisəsi qəti şəkildə həll olunur . F. Ricordun aldığı nəticələr alimlər tərəfindən qəbul edilməyə bilməzdi , lakin həqiqəti açan bu təcrübələr təqdirə layiq hesab edilmir .
Zöhrəvi xəstəlik kimi sifilis infeksiyasının müstəqilliyi , törədicisi yalnız 1905 – ci ildə protozoloq F. Shaudin və veneroloq E. Hoffman tərəfindən rəngi zəif qəbul etməsi səbəbindən solğun spiroxetlər adlandırdıqları treponemanın kəşf olunmasından sonra qəbul olunmuşdur . Bununla da sifilisin etiologiyası haqqındakı sual həll olundu . Sifilidologiyada digər əhəmiyyətli kəşf A. Wassermanın A.Neisser və C. Bruck ilə birgə sifilisdə seroloji reaksiyanın – VR (Vasserman reaksiyası ) 1906 – cı ildə qoyulması ilə olmuşdur .
Sifilis – dövrü gedişi və dərini , selikli qişaları , daxili orqanları , dayaq – hərəkət aparatını , sinir sistemini zədələməsilə xarakterizə edilən , solğun treponema (Treponema pallidum) tərəfindən törədilən , CYKİ –dir.
Dostları ilə paylaş: |