Dövrülük /mərhələlik sifilisin klassik gedişinə xasdır , bu halda sifilis infeksiyasının dövrləri xarakterik kliniki əlamətlərə uyğun olaraq ardıcıllıqla dəyişir .
Xəstəliklərin X müzakirəsinin (XBT – 10) Beynəlxalq klassifikasiyasına uyğun olaraq qazanılmış sifilisin ( A51 – A53 ) gedişində ayırd edilir :
inkubasion period – orta davam etmə müddəti 3-4 həftə
erkən sifilis (А51) , aşağıdakılar daxildir
birincili sifilis (А51.0 – А51.2) – orta davam etmə müddəti 6-8 həftə
ikincili sifilis (А51.3 – А51.4) – orta davam etmə müddəti 3-4 il
Dövrləri və xarakter kliniki əlamətləri ilə sifilisin klassik gedişindən fərqlənən sifilisin atipik gedişi də ola bilər:
gizli ( latent ) sifilis (syphilis latens) – diaqnozu daxili orqanlarda və sinir sistemində spesifik zədələnmə əlamətləri , dəri və selikli qişalarda xəstəliyin qeyri – aktiv əlamətləri , müsbət seroloji reaksiyaları olan şəxslərdə qoyulur . Gizli sifilis erkən – yoluxduqdan sonra 2 yaşa qədər olan müddətdə , gecikmiş – yoluxduqdan sonra 2 yaşdan yuxarı müddətdə və aşkar edilməmiş– yoluxmanın zamanını təyin etmək mümkün olmur .
hemotransfuzion, sin.başsız, sifilis (syphilis transfusionalis syn. syphilis decapitate/d’emblee) – yoluxmuş donor qanının köçürülməsi ilə inkişaf edir və bərk şankrın olmaması ilə xarakterizə edilir . Belə ki , solğun treponemalar birbaşa qan axınına düşdüyündən xəstəlik tez bir zamanda ikincili sifilis əlamətləri ilə başlayır .
kəskinləşən, sin.bədxassəli, sifilis (syphilis maligna) – yanaşı olaraq gedişi ağırlaşdıran xəstəliyi ( QİÇS – infeksiyası , vərəm , şəkərli diabet ) olan şəxslərdə bu diaqnoz qoyulur , sifilisin kiliniki əlamətlərinin ( miliar papulyoz sifilid , pustulyoz sifilid və başqaları ) nadir formaları və sifilis dövrlərinin qısalması ilə xarakterizə edilir .
Sifilis də digər infeksiyalar kimi inkubasion period (stadium incubationis) – yoluxma anından başlayaraq solğun treponemanın daxil olduğu yerdə bərk şankr əmələ gəlməsi ilə başlayır . İnkubasion periodun orta davam etmə müddəti 2 həftədən 2 aya qədərdir . İnkubasion period 3-3,5 aya qədər uzana bilər və ya 8-10 gün qısala da bilər .
İnkubasion dövrün uzanmasına sifilis infeksiyasının gedişini dəyişə bilən , xəstəliyi ağırlaşdıran xəstəliklərin ( OP3 , angina , qonoreya , pnevmoniya , furunkulyoz və s. ) müalicəsində antibiotiklərin istifadəsi səbəb ola bilər .
İnkubasion dövrün qısalması müşahidə edilir
reinfeksiya zamanı
sifilisə yoluxmuş , yanaşı ağırlaşdıran xəstəlikləri (QİÇS – infeksiyası , vərəm , şəkərli diabet və s.) olan şəxslərdə
sifilis törədicisinin orqanizmə bir neçə giriş qapısından daxil olması nəticəsində bipolyar yerləşmiş bərk şankrlar tez bir zamanda orqanizmin T pallidum ilə doymasına imkan yaradır , generalizə olunmuş infeksiyanı və orqanizmdə immun dəyişikliklərin inkişafını sürətləndirir.