Pedaqogika, Fəlsəfə, Psixologiya M.Ə.Elxanovun pedaqoji fəaliyyətində diqqətı cəlb edən əsas
cəhət mütərəqqi rus pedaqoji fıkrini, o cümlədən K.D.Uşinskinin
ideyalarını mənimsəməsi və öz əməli pedaqoji fəaliyyətində ona
istinad etməsidir. Uşinskinin məlum prinsiplərinə istinad edən və
ondan yaradıcı surətdə istifadə edən M.Ə.Elxanov 1880-ci ildə
«Azərbaycan dili əlifbası» adlı dərslik yazmışdır”.
Arxiv sənədlərindən məlum olur ki, həmin dərsliyin əlyazması
İrəvan gimnaziyasının inspektoru tərəfındən 1880-ci il noyab-
rın 28-də 455 saylı rəsmi məktubla Qafqaz Tədris Dairəsinin
popeçitelinə göndərilmişdir. Həmin məktubda deyilir: «İrəvan
gimnaziyasının tatar dili müəllimi M.Ə.Elxanov K.D.Uşinskinin
«Vətən dili» dərsliyi nümunəsində tərtib etdiyi və tatar əlifbası
ilə yazılmış «Tatar dili» dərsliyini mənə təqdim edərək onu Siz
cənablara təqdim etməyi və əgər bu kitab bəyənilərsə, QTD
tabeliyində olan və tatar dili öyrədilən məktəblərdə ondan istifadə
edilməsinə sərəncam vermənizi xahiş etdi».
M.Ə.Elxanovun 130 mətndən ibarət olan dərsliyi sadədən
mürəkkəbə prinsipi əsasında tərtib edilmişdir. Buraya, əsasən,
qiraət üçün oxu mətnləri, o cümlədən xristian aylarının ad-
ları, həmçinin astronomik hadisələrə, məsələn, Aya, Günəşə,
ulduzlara aid məlumat verən materiallar, müəllim, valideyn,
insanın anatomik və fizioloji quruluşundan bəhs edən mövzu-
lar seçilərək daxil edilmişdi. Həmin dərslik müəllif tərəfındən
yenidən işlənmiş və İrəvan gimnaziyası direktorunun 1882-ci
il 25 iyul tarixli məktubu ilə S.-Peterburqa-Rusiya Xalq Maa-
rif Nazirliyinə göndərilmiş və əgər bəyənilərsə nəşr olunmasma
və QTD tabeliyində olan məktəblərdə ondan istifadə edilməsinə
icazə verilməsi xahiş edilmişdir.
M.Ə.Elxanov həmin dərsliyi nəşr etmək üçün, özündə əlavə
nüsxəsi olmadığından, QTD popeçiteli vasıtəsilə RXMN-nə
müraciət edərək əlyazmasının ona qaytarılmasını xahiş etmişdir.
Təəssüf ki, M.Ə.Elxanovun vəfatı bu xeyirxah işin sona