DƏDƏ QORQUD ARAŞDIRMALARI oldu, (alçaqlığın üzündən xan əmim məhv oldu). Qırğız xanlığı-
nın başçısı, (əmim üçün) başdaşı qaldırdım» (1; 235). Mogilya-
nın şərəfinə yazılmış başqa bir mənbədə eyni vəziyyətin şahidi
oluruq, atadan sonra əmiyə ehtiram türk xalqlarının ailədaxili sa-
bit ənənəsi kimi üzə çıxır: «Xan əmim xan olduqda dörd tərəfə
(yerləşən) bu qədər xalqı (təşkil etmiş)» (1; 267).
Digər tərəfdən qəhrəmanlığı, igidliyi ilə bütün türk ellərində
məşhur Kül-Tigin hakimiyyətə məhz öz fədakarlığı, cəsarəti ilə
güclü namizəd olduğu halda və böyük qardaşının bu vəziyyətə
razılaşdığı məqamda hakimiyyətin yalnız vuran əli, quran biləyi
və dövlət qurucusu kimi bir mövqe seçərək böyük qardaşı Bilgə
xanı taxta çıxarır və ömrünün sonuna qədər ona sədaqətli olur.
Bilgə xaqan Kül-Tigini sevə-sevə xatırlayır, kitabədə oxuyuruq:
«Kiçik qardaşım Kül-Tigin ilə (gizlicə) razılığa gəldik, atamızın,
babamızın əldə (etdikləri xalqın adı, şərəfi yox olmasın) deyə türk
xalqının yolunda gecə yatmadım, gündüz dincəlmədim. Kiçik
qardaşım Kül-tigin ilə, iki şad ilə birlikdə (bunu) çətinliklə əldə
etdim» (1; 235-236) və ya kiçik qardaşının qəhrəman xasiyyətini
xatırlarkən: «(Ey) türk bəyləri, onun necə hücuma keçdiyini ha-
mınız bilirsiniz» (1; 236), bildirir; onun ölümünü böyük faciə
kimi diqqət önünə gətirir: «Kül-Tigin öldü, özüm qəm-qüssəyə
batdım, görən gözüm (ağlamaqdan) görməz kimi, düşünən başım
düşünməz kimi oldu, özüm qəm-qüssəyə batdım». (1; 238)
Beləliklə, Orxon-Yenisey yazılı abidələri ailədaxili davranış
tərbiyəsinin gözəl nümunəsi və örnəyi ola bilərlər. Burada ailə
tərbiyəsinin təşkili üçün xüsusi məqamlar məhz davranış vasitəsilə
üzə çıxarılır. Ailə daxilində hər bir üzvün öz mövqeyini, rolunu
və vəzifəsini bilməsi və real türk mədəni-mənəvi dəyərlərini
qoruması güclü dövlətin yaradılmasına əsaslı bir bünövrə kimi
göstərilməklə müasir cəmiyyətimizin də təşkilində bu cür
təfəkkür tərzi əhəmiyyətli rol oynaya bilər. Belə ki, «milli mənlik
şüuru millətin varlığını, özünəməxsusluğu, milli özünüdərk və