Gülnar Əkbərova,
ADPU-nun Folklorşünaslıq və
mifologiya ixtisası üzrə magistrı
EPİK ƏNƏNƏDƏ MÖCÜZƏLİ DOĞUŞ
MOTİVİNİN İRFANİ MAHİYYƏTİ
82
DƏDƏ QORQUD ARAŞDIRMALARI
və hadisələrin də əsas təkanverici elementi butadır. Butanı verən
müqəddəs övliya qəhrəmana yuxusunda şərab içirəndən sonra
naməlum məkanı və həmin məkanda olan butasını göstərib qeyb
olur. Onda, sual oluna bilər, müqəddəs övliyanın qəhrəmana şərab
içirməkdə məqsədi nədir? Bu şərabın funksiyası nədən ibarətdir?
Görəsən bunsuz buta vermək mümkün olmazdı? Bu məsələni ay-
dınlaşdırmaq üçün əvvəlcə şaman (qam) mərasimlərinə üz tut-
maq daha məqsədəuyğundur.
Belə ki, şaman (qam) olacaq seçilmiş insan bitkilərdən ha-
zırlanan xüsusi içkidən qəbul etdikdən sonra bir müddət yuxuya
dalır və yuxuda qəribə görüntülər görməyə başlayır. Həmin içki
beynin dərin qatlarına təsir edərək qəribə varlıqları göz önündə
canlandırır. Bu görüntüləri adi halda yatan insanın görməsi müm-
kün olmur və yalnız, ölüm ərəfəsində olan insanlar bu görüntüləri
görə bilir.
Qeyd edək ki, insanı xüsusi hala salaraq ilahi aləmə qovuş-
duran magik içkidən qədim hind mərasimlərində, zərdüşt (Ha-
oma içkisi) ayinlərində də istifadə olunmuşdur. Haoma içkisi,
bu müqəddəs şirə haqqında tarixi “Zərdüşt mifologiyası” kita-
bında “Zərdüşt və Haoma” adlı bir rəvayət-hekayə verilir və bu
müqəddəs içkinin çox qədim tarixə malik olduğundan danışılır.
Dünyanın böyük, ölməz, ali insanlarına həyat verdiyi və onların
uğurları tərənnüm olunur.
“Bəktaşiyyə təriqətinin üzvlüyünə qəbulla bağlı keçirilən ri-
tualda mahnı və musiqi sədaları altında andiçmə keçirilir və sonra
şərbət, pendir verilir. Yalnız, bu halda, bir, iki qurtum üzümdən
hazırlanan şərbətdən ağzına alandan sonra siravi aşıq (məhəbbətə
tutulan aşıq-Haqq aşığı ) statusunu alırdı. Məhz həmin ritual son-
ralar dastanlarımızdakı butada dərvişdən, yaxud Xızırdan şərbət
alıb içmək şəklinə salınaraq yaşadılmışdır” (4,8).
Qeyd etdək ki, bəktaşiyyə təriqətində də bu kimi elementdən
|