713) Ağciyərlərin Xronik Obstruktiv Xəstəliyinə nə aid deyil?
A) Kəskin başlama,tez inkişaf və qısa müddətli olma
B) Anamnezdə uzun müddətli siqaret çəkmənin olması
C) Dəri sınağının mənfi olması
D) Tədrici başlama və uzun müddətli olma
E) Ağciyər emfizeması və ağciyər ürəyinin daha tez inkişaf etməsi
Ədəbiyyat: “Аллергология” Г.Б.Федосеева “Аллергология” Г.Б.Федосеева
714) Atopik dermatit zamanı ilkin əlamətlərə hansılar aid deyil?
A) Çapıq
B) Hiperemiya
C) Mikrovezikula
D) Ekssudasiya
E) Qaşınma
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya. Prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə. Bakı 2010. Səh. 101-110.
715) 18-yaşlı bronxial astma xəstəsində bərk baş ağrıları, ürəkbulanma, qusma, və işiğa dözülməzlik əmələ gəlib. Baş ağrıları həftədə 1-2 dəfə olur. Müalicədə aşağıdakılardan hansından istifadə etmək olmaz?
A) Amitriptilin
B) Verapamil
C) Propranolol
D) Naproksen
E) Qidanın asta şəkildə qəbulu
Ədəbiyyat: Terapiya (ingilis dilindən tərcümə edilmiş) A.Q. Çuçalinin redaktəsi ilə. Moskva, 1996 s.810-93.
Dostları ilə paylaş: |