721) Övrə və angionevrotik ödemin müalicəsində hansı üsul istifadə olunmur?
A) α-adrenomimetiklər
B) Səbəbkar faktorların eliminasiyası
C) H1-histamin blokatorlarla müalicə
D) Əsas xəstəliklərin müalicəsi
E) Minimal androgen təsiri olan steroidlər
Ədəbiyyat: Terapiya (ingilis dilindən tərcümə edilmiş) A.Q. Çuçalinin redaktəsi ilə. Moskva, 1996 s.460-7
722) 24-yaşlı xəstə sefaklor (sefalosporin qrupundan antibiotik) qəbul edir. 1 həftədən sonra xəstədə temperaturun yüksəlməsi, məxmərək və qızılcayabənzər səpgilər, hər iki diz oynaqlarında artralgiya, limfa düyünlərinin böyüməsi (generalizə olunmuş) qeyd olunur. Xəstədə ən ehtimal edilən diaqnoz nədir?
A) Hemorragik vaskulit
B) İnfeksion mononukleoz
C) Revmatizm
D) Zərdab xəstəliyi
E) Limfoqranulematoz
Ədəbiyyat: Секреты аллергологии и иммунологии, Стэнли М. Нагуа, М. Эрик Гершвин. Москва, 2004
723) 38 yaşlı müntəzəm şəkildə atenolol qəbul edən qadını arı sancıb. 5 dəqiqə ərzində anafilaksiya əlamətləri inkişaf edib. Klinikaya daxil olarkən xəstədə arterial hipotoniya, generalizə edilmiş övrə və stridor qeyd olunur. Xəstəyə adrenalin təyin edilib, amma arterial hipotoniya qalır. Xəstəyə ən uyğun preparat hansıdır?
A) adrenalin aerozol formasında
B) venadaxili qlukaqon
C) β2-adrenergik aqonist aerozol formasında
D) venadaxili aminofillinin yeridilməsi
E) venadaxili ürək qlikozidləri
Ədəbiyyat: Секреты аллергологии и иммунологии, Стэнли М. Нагуа, М. Эрик Гершвин. Москва, 2004 Terapiya (ingilis dilindən tərcümə edilmiş) A.Q. Çuçalinin redaktəsi ilə. Moskva, 1996 s.805-67.
724) 55-yaşlı kişi, 30 il ərzində gündə 30 siqaret çəkir; qanhayxırmaya görə həkimə gəlib. Hər səhər 5-10 ml miqdarda bəlgəmlə öskürək olur. Fizikal və rentgenoloji müayinədə patologiya aşkar olunmadı. Xəstədə qanhayxırmanın ən ehtimal edilən səbəbi nədir?
A) Bronxogen karsinoma
B) Ağciyər vərəmi
C) Ǎ1-antitripsin defisiti
D) Xroniki bronxit (XOAX xroniki obstruktiv ağciyər xəstəliyi)
E) Bronxoektaziya
Ədəbiyyat: Terapiya (ingilis dilindən tərcümə edilmiş) A.Q. Çuçalinin redaktəsi ilə. Moskva, 1996 s.796-17
725) 40-yaşlı özünü həmişə sağlam hiss edən qadında birdən birə döş qəfəsində ağrılar, qızdırma, və tənəffüsün qısalması əmələ gəlib. Qadın siqareti çox çəkir və heç bir dərman qəbul etmir, peroral kontraseptivlərdən başqa. Fizikal müayinədə taxipnoye və temperaturu 38,3ºC qeyd olunur; perkussiya, auskultasiya, və döş qəfəsi rentgenoqrafiyası heç bir patologiya aşkar etmir. Ən çox ehtimal edilən diaqnoz:
A) Atipik pnevmoniya
B) Traxeobronxit
C) Bakterial pnevmoniya
D) Ağciyər xərçəngi
E) Ağciyər damarlarının emboliyası
Ədəbiyyat: Terapiya (ingilis dilindən tərcümə edilmiş) A.Q. Çuçalinin redaktəsi ilə. Moskva, 1996 s.798-28
Dostları ilə paylaş: |