993) Miokard infarktı nədir?
A) Koronar arteriyanın kəskin okklüziyası nəticəsində ürək əzələsinin nekrozu (ölməsi)
B) Miokardın miokardiopatiya ilə əlaqədar baş vermiş nekrozu
C) Ürək əzələsinin aşkar metabolik dəyişikliklər nəticəsində zədələnməsi
D) Miokardın işemik zədələnməsi
E) Ürək əzələsinin aşkar iltihabi dəyişikliklər nəticəsində zədələnməsi
Ədəbiyyat: Люсов В.А. Кардиология / Рук. для врачей под ред. Оганова Р.Г. и Фоминой И.Г./ М., 2004
994) Aşağıda sadalanan amillərdən hansı miokard infarktının risk amili deyil?
A) Arterial hipertenziya
B) Yaş
C) Az hərəkətli həyat tərzi
D) Kişi cinsinə mənsub olma
E) Alkoholdan mülayim dərəcədə istifadə (15-30 qr-a qədər)
Ədəbiyyat: Национальные клинические рекомендации. М., 2008
995) XÜÇ (xroniki ürək çatışmazlığı) zamanı sol mədəciyin diastolik disfunksiyasının ən yaxşı müayinə üsulu hansıdır?
A) Sutkalıq EKQ monitorlama müayinəsi
B) EKQ
C) Tredmil test
D) Rentgenoloji müayinə
E) Doppler ExoKQ
Ədəbiyyat: Беленков Ю.Н, Мареев В.Ю, Агеев Ф.Т « Хроническая сердечная недостаточность» 2006
996) Kəskin sol mədəcik çatışmazlığında hansı diuretikin istifadəsi daha məqsədəuyğundur?
A) İndapamid
B) Veroşpiron
C) Diakarb
D) Furosemid
E) Mannitol
Ədəbiyyat: Беленков Ю.Н, Мареев В.Ю, Агеев Ф.Т « Хроническая сердечная недостаточность» 2006
Dostları ilə paylaş: |