110) Ekssudativ plevritlərdə rentgenoloji maye səviyyəsi nə zaman üfuqi olur?
A) Hemotoraksda
B) Hidro(pio)pnevmotoraksda
C) Xilotoraksda
D) Kisələşmiş plevritlərdə
E) Adi ekssudativ plevritdə
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
111) Empiyemada plevral ekssudatın xarakterinə aşağıdakılardan hansı aid deyil?
A) İrinli
B) Seroz
C) Seroz - irinli
D) Seroz - fibrinoz
E) Fibrinoz
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
112) Empiyema törədicilərin xarakterinə aid deyil?
A) Qeyri - spesifikdir
B) Spesifikdir
C) Aseptikdir
D) Aerobdur
E) Anaerobdur
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
113) Empiyemanın cərrahi müalicəsinə göstəriş deyil?
A) 2 aylıq effektsiz müalicə
B) Bronxoplevral fistullada qalıq boşluğun empiyeması
C) Total empiyema
D) Kəskin empiyema
E) Ağciyərin əhəmiyyətli kollapsı
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
Dostları ilə paylaş: |