1253) Fəsilli allergik riniti zamanı hansı kliniki əlamət qeyd olunmur?
A) Müsbət dəri sınaqları
B) Konyuktivit
C) Qızdırma
D) Fəsil kəskinləşmələri
E) Anamnezdə allergiya
Ədəbiyyat: «Иммунопатология и аллергология. Стандарты диагностики и лечения». Под ред. Акад. РАМН, проф. Хаитова Р.М. Москва, 2001
1254) Hansı faktorlar anafilaktik şokun ağırlığını gücləndirir?
A) AÇF - inhibitorları ilə müalicə
B) Beta-adrenoblokatorlarla müalicə
C) Yanaşı gedən ürək-damar xəstəlikləri
D) Hamısı
E) Xəstədə bronxial astmanın olması
Ədəbiyyat: «Аллергические болезни. Диагностика и лечение» Рой Паттерсон, Лесли К. Грэммер, Пол А. Гринбергер. Москва, 2000
1255) 63 yaşlı xəstədə ÜİX, hipertoniya və aspirin formalı bronxial astma olduğu zaman arterial təzyiqin nəzarəti üçün sadalanan hansı preparatdan istifadə etmək məsləhət deyil?
A) Propranolol
B) Kaptopril
C) İzosorbid dinitrat
D) Nifedepin
E) Eufillin
Ədəbiyyat: «Аллергические болезни. Диагностика и лечение» Рой Паттерсон, Лесли К. Грэммер, Пол А. Гринбергер. Москва, 2000
1256) Hansı xəstəliklərdə hemolitik anemiya müsbət Kumbs reaksiyası ilə müşahidə olunur?
A) Sistemli qırmızı qurd eşənəyində
B) Düyünlü periarteriitdə
C) Dermatomiozitdə
D) Trombositopenik purpurada
E) Sistemli sklerodermiyada
Ədəbiyyat: В.И.Маколкин, С.И.Овчаренко. «Внутренние болезни».М., 1999 г
Dostları ilə paylaş: |