1257) Anafilaktik şokda təcili yardım nədən başlayır?
A) 2 - 4 ml laziksi yeritməkdən
B) antihistamin dərmanlardan
C) oksigen ilə inhalyasiya
D) çox miqdarda məhlulları yeritməkdən
E) adrenalinin hər hansı məhlulda damardaxili yeritməkdən
Ədəbiyyat: «Лечение внутренних болезней».Справочник., под редакцией Г.П.Матвейкова, Минск, 1997
1258) Layyel – sindromu hansi tip allergik reksiyasına aiddir?
A) sitotoksik
B) hüceyrəvi
C) immunokompleksli
D) qarışıq
E) reagin
Ədəbiyyat: «Лечение внутренних болезней».Справочник., под редакцией Г.П.Матвейкова, Минск, 1997
1259) Bronxial astma zamanı inhalyasiya formalı ß2 adrenomimetikləri istifadə edən zaman yadda saxlamaq lazımdır:
A) Qlükokortikosteroidlərlə birlikdə istifadə etmək məsləhət görülmür
B) Ardıcıl olaraq 3-5 gündən artıq təyin etmək məsləhət görülmür
C) Effekt olmadıqda dozanı tədricən artırmaq lazımdır
D) Yalnız bronxial obstruksiya olduqda təyin etmək lazımdır
E) Tam remissiya dövründə kəskinləşmənin profilaktikası məqsədilə göstərişdir
Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г
1260) Atopik bronxial astma diaqnozunun qoyulmasında vacib olan müayinə hansıdır?
A) Bronxoskopiya
B) Allergenlərlə dəri sınağı
C) Bəlğəmin əkilməsi
D) Döş qəfəsinin rentgenoskopiyası
E) Qanda T və B limfositlərin təyin edilməsi
Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г
Dostları ilə paylaş: |