1351) Ürəyin işemik xəstəliyinin risk amilinə aşağıdakılardan hansı aid deyil?
A) Piylənmə
B) Qadın cinsinə malik olmaq
C) Podaqra
D) Tütün çəkmək
E) Arterial hipertenziya
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Sabit stenokardiyanın diaqnostika və müalicəsinə dair klinik protokol, 2009
1352) Aşağıdakılardan hansı qeyri-sabit stenokardiyanın meyarıdır?
A) Düz yolla adi sürətlə 100-200 m məsafə gedərkən baş verən stenokardiya
B) Bir mərtəbəyədək qalxarkən baş verən stenokardiya
C) Tox qarına hərəkət edərkən baş verən stenokardiya
D) Yoxuş qalxarkən baş verən stenokardiya
E) Başlanğıcdan sonra iki ay ərzində aktivliyi məhdudlaşdıran yeni əmələ gələn ciddi stenokardiya
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Sabit stenokardiyanın diaqnostika və müalicəsinə dair klinik protokol, 2009
Dostları ilə paylaş: |