1344) Xəstənin anamnezində “Q” dişli miokard infarktı keçirtməsi faktı var, AT 140/104 mm c.süt.-dur. Düzgün diaqnoz hansıdır?
A) Arterial hipertenziya II dərəcə, yüksək əlavə risk
B) Arterial hipertenziya II dərəcə, çox yüksək əlavə risk
C) Arterial hipertenziya I dərəcə, çox yüksək əlavə risk
D) Arterial hipertenziya I dərəcə, yüksək əlavə risk
E) Arterial hipertenziya II dərəcə, orta əlavə risk
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol, Bakı 2009
1345) Aşağıdakılardan hansı arterial hipertenziyalı xəstələrdə subklinik orqan zədələnməsi deyil?
A) Qanda ümumi xolesterininin 5 mmol/l (190mq/dl)-dən çox olması
B) Mikroalbuminuriya (30-300 mq/24saat)
C) ExoKQ-də sol mədəciyin hipertrofiyası əlaməti
D) Topuq bazu AT 0,9 azdır
E) EKQ-də Sokolov-Lion göstəricisinin 38 mm çox olması
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol, Bakı 2009
Dostları ilə paylaş: |