53) Ağciyər arteriyasının tromboemboliyasının əsas və daha tez-tez rast gəlinən klinik təzahürləri hansılardır?
A) Yüksək hərarət, qanhayxırma, taxikardiya
B) Quru öskürək, xışıltılı tənəffüs, boğulma tutması
C) Təngnəslik, döş qəfəsində ağrı, taxikardiya, qanhayxırma
D) Yüksək hərarət, irinli bəlğəmlə öskürək, döş qəfəsində ağrı
E) Döş qəfəsində və qarın nahiyəsində ağrı, hərarət
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
54) Hansı klinik simptom ağciyər arteriyasının tromboemboliyası diaqnozunu təstiqləmək üçün spesifik sayılır?
A) Döş qəfəsində ağrı
B) Taxikardiya və ürəyin ritm pozğunluğu
C) Ağ ciyər arteriyasının tromboemboliyası diaqnozunu təsdiqləmək üçün spesifik simptom yoxdur
D) Qanhayxırma
E) Təngnəslik
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
55) Hansı müayinə metodu ağciyər arteriyasının tromboemboliya diaqnozunun təsdiqində hələ də “qızıl standart” hesab olunur?
A) Angiopulmonoqrafiya
B) Perfuzion stsintiqrafiya
C) Rentgengrafiya
D) Exokardioqrafiya
E) Kompüter tomoqrafiyası
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
56) Ağciyər arteriyasının tromboemboliyası zamanı baş verən qanhayxırmanın müalicəsində hansı preparatın istifadəsi tövsiyyə olunmur?
A) Kleksan
B) Aminokapron turşusu
C) Heparin
D) Fibrinolizin
E) Streptokinaza
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000г.
57) Ağ ciyər arteriyasının tromboemboliyası zamanı hansı pnevmoniya yarana bilər?
A) Kazeoz pnevmoniya
B) İnfarkt pnevmoniya
C) Ocaqlı pnevmoniya
D) Krupoz pnevmoniya
E) İnterstisial pnevmoniya
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
Dostları ilə paylaş: |