915) Aşagıdakılardan hansı yanıq xəstəliyinin dövrlərinə aid deyil?
A) Septikotoksemiya
B) Kəskin yanıq toksemiyası
C) Koma dövrü
D) Yanıq şoku
E) Bərpa (reabilitasiya )
Ədəbiyyat: Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009 - cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı – 2009
916) Yanıq şokunun müalicəsində birinci 8 saat ərzində hansı məhlulun vurulması məsləhətdir?
A) Poliqlükin
B) 5% - li albumin
C) Jelatinol
D) Plazma
E) 5% - li qlükoza
Ədəbiyyat: Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009 - cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı – 2009
917) Hansı əlamət turşuların istifadəsi zamanı yaranan kimyəvi yanığın xarakterik əlaməti deyil?
A) Toxumalar susuzlaşır, kənarlarında iltihab zonası olur
B) Yaş nekroz törədir, qasnaq yumşaq olur
C) Aydın sərhədlərə malik quru qasnaq əmələ gəlir
D) Zədələnmə çox vaxt dərin olur, iltihab zonası olur
E) Toxuma zülallarının koaqulyasiyası yaranır
Ədəbiyyat: Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009 - cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı – 2009
Dostları ilə paylaş: |