1325) Arterial təzyiqinin hansı səviyyədə olması təsnifata əsasən III – hipertenziya hesab edilir?
A) Sistolik (SAT) 140 - 159, diastolik (DAT) 90 - 99 mm.c.st
B) Sistolik (SAT) 120 - 129, diastolik (DAT) 80 - 84 mm.c.st
C) Sistolik (SAT) ≥ 180, diastolik (DAT) ≥ 110
D) Sistolik (SAT) 160 - 179, diastolik (DAT) 100 - 109 mm.c.st
E) Sistolik (SAT) < 120, diastolik (DAT) < 80 mm.c.st
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 8
1326) Hansı şkalanın köməyi ilə insultun xəstəxanaya qədərki,mərhələdə qiymətləndirilməsi mümükündür?
A) Qlazqo
B) Apqar
C) Sinsinatti
D) Duboviç
E) Silverman
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 23
1327) Xəstədə beyin qan dövranının kəskin pozulması güman edilirsə, antihipertenviz terapiya aparılmasına hansı halda icazə verilir?
A) Sistolik (SAT) > 180, diastolik (DAT) > 105 mm.c.st
B) Sistolik (SAT) 160 - 179, diastolik (DAT) 100 mm.c.st
C) Sistolik (SAT) < 120, diastolik (DAT) < 80 mm.c.st
D) Sistolik (SAT) 120 - 129, diastolik (DAT) 80 - 84 mm.c.st
E) Sistolik (SAT) 140 - 159, diastolik (DAT) 90 - 99 mm.c.st
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 22
1328) Beyin qan dövranının kəskin pozulması güman edilən xəstənin stasionara çatdırılmasının optimal müddəti nə qədərdir?
A) İlk 2 saat
B) 3 saat
C) 3, 5 saatdan sonra
D) 2 saatdan sonra
E) 4 saatdan sonra
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-İşemik insultun diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 22
1329) İnsultlu xəstələrdə bədən temperaturu hansı dərəcədə olduqda temperaturu aşağı salınmalıdır?
A) ≥37,5 0
B) 36,80
C) 37,1 0
D) 37 0
E) 37,3 0
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-İşemik insultun diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 26
1330) İnsultun başlanmasından 24 - 48 saat ərzində təyin edilən aspirinin başlanğıc dozasını göstərin:
A) 250 mq
B) 325 mq
C) 650 mq
D) 50 mq
E) 100 mq
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-İşemik insultun diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 26
1331) İnsultdan sonra pulmonar emboliya və dərin venaların trombozunun qarşısını almağa yönəldilmiş tədbirlər planına hansı aid deyil?
A) Xəstənin erkən mobilizasiyası
B) Erkən rehidratasiya
C) Antitrombotik preparatların təyini
D) Elastiki corablardan istifadə
E) Ayaqlara aşağı vəziyyət vermək
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-İşemik insultun diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 34
1332) Şəkərli diabetli xəstələrdə insult riskini azaltmaq məqsədilə qan təzyiqi hansı səviyyədə saxlanılmalıdır?
A) 140 / 90 mm.c.st
B) < 130 / 80 mm.c.st
C) 150/100 mm.c.st
D) > 169 / 90 mm.c.st
E) 135 / 85 mm.c.st
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-İşemik insultun diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 11
1333) Qanda xolesterinin səviyyəsi yüksək olan xəstələr hansı qrupa aid preparatları qəbul etməlidirlər?
A) Qlükokortikoidlər
B) Statinlər
C) Adremomimetiklər
D) Aminoqlikozidlər
E) Makrolidlər
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-İşemik insultun diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 11
Dostları ilə paylaş: |