1353) Qeyri koronar səbəblərdən sadalananların hansında anginoz ağrılar ola bilər?
A) Ürəyin qapaq xəstəlikləri, hipertrofik obstruktiv kardiomiopatiya
B) Hipotireoz
C) Orta ağırlıqlı xəstəxanadan kənar pnevmoniya
D) Şəkərli diabet
E) Metabolik sindrom
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Sabit stenokardiyanın diaqnostika və müalicəsinə dair klinik protokol, 2009
1354) Stenokardiyanın diaqnostikasında ən informativ funksional müayinə hansıdır?
A) Farmakoloji stress testlər
B) ExoKQ müayinə
C) Veloerqometriya
D) 12 aparmalı EKQ müayinə
E) Fiziki yük sınaqlarının təsir üsulları ilə kombinasiyası
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Sabit stenokardiyanın diaqnostika və müalicəsinə dair klinik protokol, 2009
1355) Hansı dərman preparatı sabit stenokardiyalı xəstələrdə proqnozu yaxşılaşdırmır?
A) β-adrenoblokatorlar
B) Antitrombotik dərmanlar
C) Nitratlar
D) AÇF inhibitorları
E) Statinlər
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Sabit stenokardiyanın diaqnostika və müalicəsinə dair klinik protokol, 2009
Dostları ilə paylaş: |