1373) Hepatomeqaliya, hiperqlikemiya, dərinin hiperpiqmentasiyası, qan zərdabında dəmirin miqdarının artması aşağıdakı halın hansı üçün xarakterikdir?
A) Qara ciyərin sirrozu
B) Böyrəküstü vəzin hiperfunksiyası zamanı
C) Vilson-Konovalov xəstəliyi zamanı
D) Hemoxromatoz
E) Virus etiologiyalı xroniki hepatit
Ədəbiyyat: В.Т.Ивашкин «Гастроэнтерология. Национальное руководство». Москва, 2008
1374) Ezofaqoqastroduodenal qanaxma üçün aşağıda qeyd olunan hansı hal xarakterik deyil?
A) Xəstənin ümumi vaziyyətinin pisləşməsi
B) Hemodinamika göstəricilərinin pisləşməsi
C) Leykositlərin sayının artması
D) Al qanla qusma
E) Hemoqlobin səviyyəsinin aşağı düşməsi
Ədəbiyyat: В.Т.Ивашкин «Гастроэнтерология. Национальное руководство». Москва, 2008
1375) Mədənin rentgenоqrafiyası zamanı antral hissədə taxça simptomu qeyd edilmişdir. Taxçanın diametri 2,5 sm, kənarları girintili-çıxıntılıdır, xora ətrafı selikli qişanın relyefi atipik görünür, lokal peristaltika itib. Bu hansı hal üçün xarakterikdir?
A) Maliqnizasiya olunmuş xora
B) Penetrasiya edən xora
C) Mədənin antral hissəsinin fəsadsız xorası
D) Başlanğıc mərhələsində eroziyaya uğramış mədənin xərçəngi
E) Mədənin papilloması
Ədəbiyyat: S.N.Alimetov, X.İ.Qurbanova Mədə-bağırsaq sistemi xəstəlikləri. I hissə Bakı -2011, s.162
Dostları ilə paylaş: |