1371) Nazik bağırsağın selikli qişasının biopsiyası aşağıda qeyd olunan xəstəliklər üçün qiymətli diaqnostik metoddur, birindən başqa. Bu xəstəlik hansıdır?
A) Qlüten xəstəliyi
B) Onikibarmaq bağırsaqın xora xəstəliyi
C) Uippl xəstəliyi
D) Kron xəstəliyi
E) Sklerodermiya
Ədəbiyyat: А.В.Тополянский, В.И.Бородин. «Внутренние болезни». Москва, 2012, стр.548-564
1372) Uzun müddət mədə xorası xəstəliyindən əziyyət çəkən 35 yaşlı xəstədə birdən epiqastral nahiyyəsində kəskin ağrılar əmələ gəldi, taxikardiya qeydə alındı və A/T aşağı düşdü. Rentgenoloji tədqiqat xəstənin qarın boşluğunda qazın olduğunu aşkar etdi. Hansı patoloji hal barədə düşünmək lazımdır?
A) Mədə-bağırsaq qanaxması
B) Mədə xorasının perforasiyası
C) Xoranın mədəaltı vəzə penitrasiyası
D) Miokard infarktı
E) Nazik bağırsaqda fistulanın əmələ gəlməsi
Ədəbiyyat: В.Т.Ивашкин «Гастроэнтерология. Национальное руководство». Москва, 2008,стр.144
Dostları ilə paylaş: |