1334) Kaptopril hansı qrup preparatlara aiddir?
A) β adrenoblokatorlar
B) Metilksantinlərə
C) Qlükokortikoidlərə
D) AÇF inhibitorlarına
E) Ftorxinolonlara
Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник практического врача-Москва-2005,стр-422
1335) Aşağıdakı preparatlardan hansı AÇF inhibitorlarına (angiotenzin çevirici fermentin) aiddir?
A) Perindopril
B) Hipotiazid
C) İndapamid
D) Nifedipin
E) Bromkriptin
Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник практического врача-Москва-2005,стр-422
1336) Etamzilat hansı qrup preparatlara aiddir?
A) Prokoaqulyantlara
B) Ca antoqonistlərinə
C) Antikoaqulyantlara
D) AÇF - inhibitorlarına
E) Statinləri
Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник практического врача-Москва-2005,стр-422
1337) Stivens - Conson sindromu aşağıdakı preparatlardan hansının əlavə təsiri kimi meydana çıxa bilər?
A) Karbamazepin
B) Amantadin
C) Lamotridjin
D) Fenobarbital
E) Pirasetam
Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник практического врача-Москва-2005,стр-72
1338) İşemik insultun ikincili profilaktikası məqsədilə ilk seçim preparatı kimi hansı qrup antihipertenziv preparatlara üstünlük verilməlidir?
A) Ftorxinolonlara
B) Antiaqreqantlara
C) Ca - antoqonistlərinə
D) AÇF - inhibitorlarına
E) β adrenoblokatorlar
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-İşemik insultun diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 37
Dostları ilə paylaş: |