902) Qanhayxırma nədir?
A) Istənilən miqdarda təmiz və ya dəyişilmiş qanın öskürəklə xaric olması
B) Bəlğəmlə təmiz halda 50 ml - ə qədər qanın xaric olması
C) Qan qarışığı, o cümlədən mikroskopik qan qarışmış bəlğəmli öskürək simptomu
D) Sutka ərzində 300 ml - ə qədər yeni və /və ya dəyişilmiş qanın öskürəklə xaric olması
E) Bəlğəmdə yalnız yeni eritrositlərin tapılması
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с
903) Böyüklərdə və 8 yaşdan yuxarı uşaqlarda ürək - ağciyər reanimasiyası zamanı ürəyin qapalı masajı : ventilyasiya nisbəti necə olmalıdır?
A) 15 : 1
B) 15 : 2
C) 30 : 2
D) 10 : 1
E) 3 : 1
Ədəbiyyat: American Health Association Guidelines CPR ECC 2010
904) Aşağı ətrafın səthi venalarının tromboflebitində hansı simptom tez-tez rast gəlinir?
A) Lokal ağrı
B) Distal ödem
C) Hərarətin qalxması
D) Palpasiyada kəskin ağrı
E) Dərinin hiperemiyası və vena gedişi boyu ödem
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с
Dostları ilə paylaş: |