907) Qulaqcıq - mədəcik düyünü ( Aşof - Tavar ) harada yerləşir?
A) Sağ mədəciyin miokardında
B) Tac cibindən yuxarı qulaqcıq arakəsməsinin arxa aşağı şöbəsində
C) Sol qulaqcığın miokardında
D) Sağ mədəcik - qulaqcıq dəliyinindən dorzal tərəfdə
E) Sol mədəciyin miokardında
Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с
908) Mədənin qanaxan xorasının diaqnozunu dəqiqləşdirmək məqsədilə ilk növbədə hansı yerinə yetirilir?
A) Fibroqastroskopiya
B) Mədənin kontrast rentgenoskopiyası
C) Mədə şirəsinin gizli qan görə müayinəsi
D) Nəcisin gizli qana görə müayinəsi
E) Hemoqlobin və hematokritin təyini
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s
909) Mədə və ya 12 - barmaq bağırsaq xorasının perforasiyasına hansı dəlalət edir?
A) Epiqastral güclü ağrılar
B) Leykositozun 15000 qədər yüksəlməsi
C) Bel nahiyəsində ağrı
D) Taxta qarın
E) Sklera və dəri örtüyünün yüngül sarılığı
Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с
910) Kəskin pankreatitdə aktivləşmiş fermentlərin ən çox toplaşdığı maye mühit hansıdır?
A) Sidik
B) Qarın boşluğu eksudatı
C) Arterial qan
D) Limfa
E) Venoz qan
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с
Dostları ilə paylaş: |