104) Plevral maye hansı xəstəliklər zamanı transudat xarakterli olur?
A) Vərəm zamanı
B) Ağciyər arteriyasının tromboemboliyası zamanı
C) Parazitar infeksiyalarda
D) Plevranın şişləri zamanı
E) Durğunluq ürək çatışmazlığı zamanı
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
105) Plevral maye hansı xəstəliklər zamanı ekssudat xarakterli olur?
A) Qara ciyər sirrozu
B) Metastatik plevrit (bədxassəli)
C) Peritoneal dializ
D) Miksedema
E) Nefrotik sindrom
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
106) Plevral ekssudatın xüsusiyyəti deyil?
A) Plevral mayedə və plazmada zülal konsentrasiyasının nisbəti 0,5 - dən yuxarı olması
B) Plevral mayedə zülalın miqdarı 30q/l – dən az olması
C) Rivalt sınağının müsbət olması
D) Plevral mayedə zülalın miqdarı 30q/l - dən çox olması
E) Plevral mayedə və plazmada LDQ konsentrasiyasının nisbəti 0,6 - dən yuxarı olması
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
107) Ekssudativ plevritlərdə torakosentez zamanı bir dəfəyə maksimal nə qədər maye xaric etmək tövsiyə olunur?
A) 1000 ml
B) 1500 ml
C) 500 ml
D) 3000 ml
E) 2000 ml
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
Dostları ilə paylaş: |