114) Hansı mənşəli ekssudativ plevritdə maye “şokolad sousuna” bənzəyir?
A) Pnevmoniyada
B) Amöbiozda
C) Vərəmdə
D) Paraqonimozda
E) Exinokokkozda
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
115) Gərgin pnevmotoraks nə zaman yaranır?
A) Qapalı pnevmotoraksda
B) Açıq pnevmotoraksda
C) Hemopnevmotoraksda
D) Piopnevmotoraksda
E) Klapanlı pnevmotoraksda
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
116) Spontan pnevmotoraksda zədələnmiş tərəfdə auskultasiyada nə eşidilir?
A) Quru xırıltılar
B) Plevranın sürtünmə küyü
C) Sərt tənəffüs
D) Krepitasiyalar
E) Tənəffüs küyləri eşidilmir
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
117) İnterstisial pnevmoniyaların əsas auskultativ əlaməti nədir?
A) Vezikulyar tənəffüs
B) Yaş xırıltılar
C) Bronxial tənəffüs
D) Quru xırıltılar
E) Krepitasiyalar
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
Dostları ilə paylaş: |