1491) Varfarin qəbul edən xəstələrdə hansı göstəriciyə nəzarət etmək lazımdır?
A) Qanın laxtalanma müddətinə
B) Trombositlərin sayına
C) Fibrinogenin səviyyəsinə
D) Aktivləşmiş hissəvi tromboplastin vaxtına
E) Beynəlxalq normallaşma indeksinə (İNR)
Ədəbiyyat: ESC Clinical Practice Guidelines. Atrial Fibrillation. 2012. (www.escardio.orq)
1492) Aşağıdakılardan hansı infeksion endokarditin əlamətlərinə aid deyil?
A) Splenomeqaliya
B) Petexial qansızmalar
C) Canuey ləkələri
D) Osler düyünləri
E) Exokardioqrafik olaraq vegetasiyanın aşkar edilməməsi
Ədəbiyyat: ESC Clinical Practice Guidelines. İnfective Endocarditis. 2009
Dostları ilə paylaş: |